Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 115 (Paul Alone With the Governor and His Wife; The Second Hearing of Paul’s Trial)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

10. Paulun vali və arvadı ilə şəxsi görüşləri (Həvarilərin İşləri 24:24-27)


HƏVARİLƏRİN İŞLƏRİ 24:24-27
24 Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 25 Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam». 26 Digər tərəfdən də Pauldan rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi. 27 İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi.

Valinin arvadı Drusilla, 12-ci fəsildə qorxunc ölümü haqqında oxuduğumuz Padşah Hirodun qızı idi. O, çox gözəl qadın idi və daha öncə Suriyanın padşahına ərə getmişdi. Lakin Feliks yəhudi bir cadugərin köməyi ilə onu ərinin əlindən alıb öz arvadı eləmişdi. Tarixdən öyrənirik ki, bu qadın b.e. 79-cu ildə ölüb. Vezuvi vulkanının püskürməsi zamanı tökülən qızğın lavanın altında qalıb.

Feliksin arvadı Qeysəriyyədə olanda ərinə yalvarırdı ki, bu təsirli vaizin gözəl sözlərinə qulaq asmaq üçün onu çağırsın. Paulun azadlığa çıxmaq üçün əla fürsəti var idi. Hiyləgər və özündən razı varlı adam gözəl və zinakar arvadı ilə balışlara söykənib oturmuşdular. Onların önündə məhbus Paul döyülməkdən, daşlardan yaralı halda dururdu. Qəlbində insanları xilas etmək arzusu alov kimi yanırdı. Paul bu sınağa düşdümü? Vali ilə arvadına yaltaqlandımı? Xeyr, o, bir saniyə belə, öz azadlığı barədə düşünmədi. Qabağında şəhvətdə batıb məhv olan iki yazıq adamı görürdü. Onların xilas olmasını ürəkdən arzulayırdı və şişi üstdən müalicə etmək əvəzinə bıçaqla kəsib çıxardan həkim kimi zalım valini “kəsir”, ədalətsiz əməllərini ifşa edir, Allahın həqiqət, ədalət və salehliyin tərəfində olduğunu öyrədirdi. Valinin arvadına deyirdi ki, o, iffətli olmalıdır, çünki zinakarlar Allahın Padşahlığına girməyəcəklər. Məhbus həvari bu ər-arvadın vicdanını oyatdıqdan sonra Allahın ədalətli mühakiməsini, Müqəddəs Olanın qəzəbini elan etdi. Onları həlak edəcək şəxs Paul deyil idi, Öz nuru ilə onları ifşa edən Allahın Özü idi. Feliks (bu ad “xoşbəxt” deməkdir) çox qorxdu. Pauldan başqa heç kəs ona həqiqəti söyləməyə cürət etməmişdir. Arvadı da yəqin ki, həyatındakı yalanı ifşa etdiyinə görə Allahın elçisinə qəzəbləndi, nifrət etdi və Feliksi Paulu buraxmamağa inandırdı. Valinin vicdanı narahat idi, o neytral bir mövqe tutmağa çalışırdı: Allahın tövbəyə çağırışını rədd etmirdi, lakin öz vicdanının səsinə də qulaq asmırdı və həm özünün xilası barədə qərarını, həm də Paulu azad etmək qərarını təxirə salırdı.

Bundan əlavə, ona elə gəlirdi ki, Pauldan çox pul əldə etmək olar. Güman ki, həvari Yerusəlimə aparmış olduğu ianələrdən ona danışmışdı. Vali məsihilərin öz rəhbərlərini azad etdirmək üçün çox pul verəcəyinə ümid edirdi. Əlbəttə, imanlılar bu iş üçün heç nəyi əsirgəməzdilər, lakin millətlərin həvarisi təkcə öz vicdanına görə yox, acgöz Feliksə nümunə olmaq, ona xilas fürsəti verməkdən ötrü əsla belə fikri ağlına gətirməzdi. Vali həqiqətə bağlı olan bu adamın ona bağışladığı təəssüratdan azad ola bilmirdi. O həm dünyəvi, həm də ruhani məsələlərdə Paulla məsləhətləşirdi. Onun ərtafı yalandan ona yaltaqlanırdı və Paulun şəxsində o, Allahın həqiqətini əldə etmişdi. Paul ona həmişə həqiqəti söyləyirdi və arada onun vicdanına təsir etməyə müvəffəq olurdu. Bununla belə, bütün bu ruhani təsirlərə baxmayaraq, vali Allahın önündə özünü aşağı tutmadı və onun iman gətirməsi və ya xilas olması haqqında heç nə yazılmamışdır.


11. Yeni valinin önündə məhkəmənin ikinci iclası (Həvarilərin İşləri 25:1-12)


HƏVARİLƏRİN İŞLƏRİ 25:1-12
1 Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi. 2 Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladı. 3 Onlara bir yaxşılıq etsin deyə Paulun Yerusəlimə gətirilməsini Festə yalvararaq xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular. 4 Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm. 5 Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin». 6 Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi. 7 Paul girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər. 8 Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi. 9 Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə cavab verdi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?» 10 Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm. 11 Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm». 12 Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».

Roma İmperatorluğunun qanununa görə vəzifəli şəxslər uzun müddət eyni yerdə yaşayaraq vəzifələrindən şəxsi mənafeləri üçün istifadə edə bilməsinlər deyə hərdənbir başqa yerlərə köçürülərdi.

“Xoşbəxt” Feliks xəstə vicdanı ilə Qeysəriyyədəki vəzifə müddətinin son hissəsində yəhudiləri razı salmaq istədi, çünki yəhudilərin qeysərin önündə onu tərifləyəcəklərinə ümid etdi. Allahın iradəsi ilə Paulu azad buraxmayan bu pulpərəst, şöhrətpərəst, tamahkar adam Allahın gələcək mühakiməsinə sürətlə yaxınlaşırdı.

Yeni vali Fest vəzifəsini yerinə yetirməyə çox fəal başladı. Feliksdən qalmış bütün problemləri həll etmək istədi. Odur ki, dərhal yəhudilərin mərkəzi Yerusəlimə səfər etdi. Yerusəlimin hiyləgər başçıları fürsətdən istifadə edib ondan Paulu onların yanına göndərməsini xahiş etdilər. Onlar dedilər ki, Paulu bir cinayətkar kimi mühakimə etmək istəyirlər, lakin həqiqətdə Yerusəlim yolunda onu öldürmək niyyətində idilər.

Fest xaxamların bu işə aydınlıq gətirə biləcək nümayəndələrinin Qeysəriyyəyə, onun yanına göndərilməsini buyurdu. Üstündən bir neçə gün keçəndən sonra o, dənizin sahilindəki paytaxtında Paulun məhkəməsinin rəsmi iclasının keçirilməsini təşkil etdi. Yəhudilər Paula qarşı ağır ittihamları irəli sürdülər, Paulun dünyanın əsaslarını məhv etdiyindən, məbədi murdarladığından, Tövratın həqiqətini tapdaladılğından və hətta Məsihi insanların Sahibi və padşahların Padşahı adlandıraraq qeysərə qarşı çıxdığından şikayət etdilər.

Paul bu ittiham və şikayətləri böyük uydurma və açıq-aşkar yalan adlandırdı. O heç bir yəhudi ilə haqsız rəftar etməmişdi. Paul bir suçu olsa ölməyə hazır idi, lakin onu ittiham edənlər onun heç bir cinayətini sübut edə bilmirdilər.

Vali bu məsələnin tamamilə dini məsələ olduğunu tez anladı və buna görə Paul üçün Yerusəlimdə bir məhkəmə təşkil etməyi təklif etdi. Paul Tövrat və İncil haqqında ruhani müzakirədə iştirak etməkdən qorxmurdu, lakin öz düşmənlərinin hədsiz nifrətini, fanatizmini, onu öldürmək niyyətini bilirdi. Onlar ədalətli mühakiməyə hazır deyil idilər. Odur ki, Paul özü üçün qərəzsiz Roma məhkəməsini tələb etdi və onun ölümünü arzulayan fanatik yəhudilərin arzusunu rədd etdi. Yəhudilərin Ali Şurası, şübhəsiz, Nazaretli İsaya və ardıcıllarına qarşı idi. Məsih çarmıxa çəkiləndən sonra otuz il keçmişdi və Paulun məhkəməsində yəhudilərin qarşıdurması göz qabağında idi.

Paul görəndə ki, yeni vali onu Ali Şuraya təslim etməklə öz mövqeyini möhkəmləndirmək və vətəndaşların rəğbətini qazanmaq istəyir, anadan olandan malik olduğu və bu vəziyyətdə onu ölümdən xilas edə bilcək yeganə hüququndan – Roma vətəndaşlığından istifadə etməyi qərara aldı. O bu hüququndan artıq istifadə etmişdi: Filipidə böyük zəlzələ ilə zindanın qapıları açıldığı zaman və Yerusəlimdə əsgərlər onu qamçılamağa hazırlaşanda. Bu dəfə Paul yeni valinin onu Yerusəlimdəki düşmənlərinin əlinə verməsini qabaqlamaq üçün təkrar bu hüququndan istifadə etdi. O, cəsarətlə qeysərin qarşısında mühakimə olunmağı tələb etdi. Bir Roma vətəndaşının bu tələbini heç kəs rədd edə bilməzdi.

O vaxt Romada əxlaqsız və qəddar imperator Neron hakimiyyətə gəlmişdi. Fest Paulu bu zalım qeysərin yanına göndərəcəyini düşünərək gülümsəyib... Paulun Romaya gedəcəyi vaxt imperatorluğun məhkəmə sistemindəki korrupsiya, yalan, haqsızlıq ilə üz-üzə gələcəyini bilirdi. Paul orada uzun müddət həbsdə qalacaqdı, amma ürəyi sakit idi, çünki Rəbbin onu Romaya apardığını bilirdi. Bu yolu o özü seçməmişdi, Rəbb elçisini azad və qalib kimi yox, məhbus kimi imperatorluğun paytaxtına aparırdı.

DUA: Ya Rəbb İsa Məsih, hikməti, həqiqəti, cəsarəti və həlimliyi Sən mənə öyrət, qoy mən çətin vaxtlarda özümü xilas etmək üçün əyri yol seçməyim, lakin səbri öyrənim və həqiqəti gizlətməyim, amma əziyyət çəkən bütün imanlılarla birlikdə Sənin adına şəhadət edim!

SUAL:

  1. Paulun iki Roma valisinin hakimiyyəti zamanı həbsdə ikən hansı davranışı sənə daha çox təsir edir?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 08:56 AM | powered by PmWiki (pmwiki-2.3.3)