Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 204 (The Fifth Woe)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

7. Beşinci “vay halınıza!” (Matta 23:23-24)


MATTA 23:23-24
23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. 24 Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz!
(Lev. 27:30; Mik. 6:8; Luka 18:12)

Adam öz puluna, mal-mülkünə, sərvətinə bağlı olur və xəzinəsindən qurban vermək ona çox ağır gəlir. Öz sərvətindən qurban vermək arzusu təəccüb doğurur! Ancaq adam ölümdən sonra özünə cənnətdə bir yer təmin etmək məqsədilə, xilas üçün pulundan bir qədər qurban verməyə də hazır ola bilər.

Dinçilər öz salehliyini xeyirli işlərinə əsaslandırmaqda o yerə çatıblar ki, göyərtinin belə ondabir hissəsini verirdilər! Bu həyatda istifadə etdikləri hər şeydən məbədə on faiz ayırırdılar. Bu yolla Allahdan salehlik qazanmağa çalışırdılar, sanki Allahla “ticarət” eləmək olar!

Ancaq Məsih bizdən ondabir hissəni verməyi tələb etməyib, O bizə haqq işlər görmək, mərhəmət göstərmək, imanda möhkəm durmaq əmrini verir. Biz yalnız ondabir hissəni verməklə kifayətlənməməliyik, Məsihin bizə görə verdiyi kamil qurbana şükür ifadəsi olaraq, özümüzü əsirgəmədən tamamilə Ona həsr etməliyik. Məhəbbətlə özünü qurban verən iman Allahın qarşısında məqbul olan əsil möminlikdir. Yalnız ondabir hissəni ödəyən adam Musanın Qanununa uyğun olaraq yaşayır, öz varlığını, vaxtını, pulunu qurban verən isə Məsihin ardıcılı olaraq Məsihin Qanununa tabe olur.

İsa özlərini saleh sayan bu dindar adamları həqiqət və salehlik barəsində kor adlandırdı, çünki onlar Allahın doğru yolunu görmədilər və tanımdadılar. Onlar özlərini xalqa səmavi yolu göstərən rəhbərlər saydılar. Həqiqətdə isə onlar önəmsiz xırdalıqlara çox əhəmiyyət verirdilər, önəmli şeylərə isə yox.

Luka Müjdəsində Məsihin farisey və vergiyığan barəsində danışdığı məsəl var. O məsəldə Məsih Qanunun detallarına əməl edən, lakin Allah məhəbbəti, ürəkdən tövbə, ehtiyac içində olanlara xidmət, yenilənmə, həmd ilə Məsihi qəbul etmə kimi mühüm əmrlərə əhəmiyyət verməyən dindar adamın obrazını yaratdı. Dinçilər öz xalqının çiyinləri üzərinə ağır yük qoyduqları halda, Allahın məhəbbəti ilə xilasa, lütf ilə bağışlanmağa xor baxdılar. İkiüzlülük, zina, qürur, tamahkarlıq, yalandan and içmə, boşanma və qisas alma kimi ciddi günahları heç günah saymadıqlarına görə Məsih onları ikiüzlülər və kor rəhbərlər olaraq adlandırdı.

Biz də özümüzə sual verməliyik: Biz çoxlu günahlarımızı Allahın gözü ilə görürükmü? Yoxsa qonşularımızın nöqsanlarına fikir verir və onları mühakimə etməyə tələsirik? Öz günahlarımıza heç o qədər ciddi yanaşmırıq! Bəlkə biz də ruhani həqiqətləri görməyən korlar, həlim olduğumuzu iddia edərək qürurlanan ikiüzlülərik?

DUA: Ya Rəbb İsa Məsih, bu dinçilərin üzündən maskanı çıxardıb onlara həqiqətdə necə olduqlarını göstərdiyinə görə Sənə minnətdarıq! Biz də onlar kimi təqsirlərimizi görməyən korlar olmuşuqsa, bizi bağışla. Ya Rəbb, bizdəki ikiüzlülüyü üzə çıxarmağını diləyirik. Sənin böyük məhəbbətini dərk etməyimiz üçün müqəddəsliyinin qarşısında özümüzü alçaldaq. Xalqımızın bütün dinçilərinə görə dua edirik: onların ürək gözlərini aç, qoy onlar özlərini Sənin onları gördüyün kimi görüb, Məsihi və əvəzsiz xilasını qəbul etsinlər!

SUAL:

  1. Niyə bir çox dindar və ilahiyyatçılar öz halını görməyən korlar olurlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:07 AM | powered by PmWiki (pmwiki-2.3.3)