Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 131 (Parable of the Tares)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

b) Dəlicə və buğda məsəli (Matta 13:24-30, 36-43)


MATTA 13:24-30, 36-43
24 İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir. 25 Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi. 26 Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü. 27 Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?” 28 O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?” 29 O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız. 30 Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”».
(Mat. 3:12; 15:13; Vəhy 14:15) ... 36 O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et». 37 Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. 38 Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. 39 Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. 40 Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. 41 Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq 42 və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. 43 O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin! (Dan. 12:3; Mat. 24:31; Yəh. 8:44; 1Kor. 3:9)

Bütün dünya Allahın zəmisidir. Məsih bütün xalqlarda toxum əkir. Bu toxum təlim, kitab, kəlam deyildir, ayrı-ayrı insanlardır. Müqəddəs Ruhdan doğulan hər kəs Məsihin əlində olan, zəmisinə atdığı toxuma bənzər. Bu toxum ruhani mənada öz pozulmuş təbiəti və arzularına münasibətdə ölməlidir, o zaman onda Allahın izzəti çox səmərə verə bilər. Məsihin xidmətçisi özünü inkar etmədən səmərə verə bilməz.

Dünyada olan hər yaxşı bəhrə Məsihin əlindən gəlmiş, Məsih tərəfindən əkilmişdir. Vəz olunan həqiqətlər, yayılan nemətlər, təqdis olunan canlar hamısı Məsihin yaxşı toxumudur, Ona məxsusdur. Xidmətçilər Məsihin əlində alət kimidir, yaxşı toxum onların vasitəsilə əkilir. Onlar Məsihin rəhbərliyi altında xidmət edirlər və onların işlərinin bəhrəsi yalnız Onun xeyir-duasından asılıdır.

Dəlicə barəsindəki məsəldə Məsih Allahın toxumunu korlamaq istəyən şeytanın pis niyyətini ifşa edir. Dəlicə şər olandan doğulanların rəmzidir, şeytan onları Allahın Kəlamından doğulanların arasına yerləşdirir. Bir-birinin əksi olan bu iki növ adamlar çox vaxt bir yerdə olurlar: bir ailədə yaşayırlar, bir sinifdə oxuyurlar, elm və mədəniyyət barəsində çox vaxt eyni fikirdə olurlar. Kimlərin iblisdən, kimlərin isə Allahdan olduğunu ayırd etmək heç o qədər asan olmur, ancaq gec və ya tez adamın meyvələrindən hansı ruha məxsus olduğu bilinər. Adam eyni zamanda məhəbbət və nifrət, həlimlik və qürur ilə dolu ola bilməz. Adamın ruhu mütləq meyvələrində əks olunacaq. Biz ruhları ayırd etməliyik, lakin Məsih bizi insanlar barəsində tələsik mühakimə yürütməyə qoymur, çünki bu, hökm günündə mələklərin görəcəyi işdir.

Biz isə hələlik dəlicədən əziyyət çəksək də, ona səbirlə dözməliyik. İndi ki dəlicə buğdanın yerini zəbt edir, gücünü azaldırsa, Bəşər Oğlu dövrün sonunda izzətlə gələndə, mələklərini göndərəcək və onlar dəlicəni buğdadan ayırıb bəşəriyyəti ədalətlə mühakimə edəcəklər.

Dəlicə iblisin övladlarından ibarətdir, çünki iblis şərdir. Onlar iblisin adını iqrar etməsələr də, onun surətini daşıyır, ehtiraslarını yetirə yetirirlər, ondan pislik öyrənirlər. Onların üzərində hökmranlıq edən, içində fəal olan iblisdir (Ef. 2:2; Yəh. 8:44). Onlar bu dünyanın zəmisindəki dəlicədir. Yaxşılıq etməzlər, şər edib zərər verərlər. Onlardan heç kəsə fayda yox, sadəcə olaraq yaxşı toxuma ziyan vurarlar, onu pis yola çəkib təqib edərlər. Baxmayaraq ki, hamının üzərinə yağış yağır və günəş doğur və hamı yaxşı torpaqdadır, dəlicənin heç nəyə xeyri dəymir.

Bu dünyanın itaətsiz övladları haqsızlıq edənlər kimi yanacaq, Allahın balaları isə izzətlənəcək və parlayacaqlar. Bu vəd nə gözəldir: “O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar” (Mat. 13:43). Bu ayənin hər kəlməsini diqqətlə öyrən və o zaman sən həlim və təvazökar şəkildə Allahına tərəf dönüb yaxşı toxum olacaqsan.

Şeytan dünyaya şər gətirəndə onu gizlətmək üçün əlindən gələni edir. Onun pis niyyəti aşkara çıxsa, planları bozula bilər. Buğda bitib bəhrə verməyincə dəlicə də üzə çıxmaz. İnsanların ürəklərində çox şər var, amma insanlar şəri dindarlıqla ört-basdır edirlər. Gec və ya tez şər hökmən üzə çıxar. Yaxşı toxum və dəlicə uzun zaman yan-yana bitər, onları bir-birindən ayırd etmək çətindir. Sınaq vaxtı gəldikdə, bəhrə vermək lazım gəldikdə, yaxşılıq etmək çətin və təhlükəli olduqda, diqqətlə baxsan, təmiz ürəkli imanlıları və ikiüzlüləri bir-birindən ayırmaq, “bu, buğdadır; bu isə dəlicədir” deyə mühakimə yürütmək mümkündür.

Məsih sadiq və səyli qullarını mühakimə etməyəcək. Buna görə də xeyirlə şərin, təmiz ürəklilərlə ikiüzlülərin bir-birinə qarışdığından şikayət etmək lazım deyil. Bu cür sınaqların baş verməsi labüddür. Biz əlimizdən gələni etsək də arzuolunan nəticəni əldə edə bilmiriksə, bundan məsuliyyət daşımırıq. Düşmənin dəlicə əkməsində onların təqsiri yox. Onlar özləri dəlicə əkməsə, sulamasa, onun böyüməsi üçün şərait yaratmasa, təqsirkar sayılmazlar.

Heç bir insan buğdanı dəlicədən kamil şəkildə ayırd etməyə müyəssər ola bilməz. Hər kəs səhv edə bilər. Odur ki Məsih buğdanı təhlükədən qorumaq üçün müdrikliyi və lütfü ilə dəlicənin buğda ilə birlikdə bitməsinə yol verdi. Əlbəttə ki, həyasız adamları ifşa etmək və onlardan uzaq durmaq lazımdır. Onlar şər olanın övladlarıdır və onların müqəddəs mərasimlərdə iştirak etməsinə icazə vermək olmaz. Bununla belə, arada insan səhv edər və səhv hərəkətinə görə Allahın balaları da qınana bilər. Bu səbəbdən, imanlılar cəmiyyətində günah edənlərə qarşı tədbir görəndə, dəlicələrlə birgə buğdanı da qoparmamaq üçün çox ehtiyatlı olmaq lazımdır.

DUA: Ey Səmavi Ata, biz təbiətcə murdar ruhların övladlarıyıq. Sən bizim düşüncəmizi dəyişdir, qoy biz təmizlənib Sənin Ruhunla dolaq! Biz Sənin məhəbbətinin övladları, həlim işçilər və bütün insanların təvazökar xidmətçiləri olmaq istəyirik ki, onlar bizə baxanda Sənin məziyyətlərini görsünlər və bizə bəxş etdiyin davranışımıza görə Sənə həmd etsinlər!

SUAL:

  1. Allahın biçini necə olacaq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)