Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 248 (Jesus Faces the Sanhedrin)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

15. İsa dini məhkəmə qarşısında məhkum olunur (Matta 26:57-68)


MATTA 26:65-68
65 Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! 66 Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir». 67 Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq 68 dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»
(Lev. 24:16; Yeş. 50:6; Yəh. 10:33; 19:7)

İsa əzəmətli bir cümlə ilə Öz ilahiliyini elan etdikdən və xalqının başçılarını Ona tövbə, iman və səcdə etməyə çağırdıqdan sonra onlar qəzəbdən partlamaq dərəcəsinə gəldilər və İsanı “küfr” üstündə ölümə məhkum etdilər. O andan bəri onlar İsaya hədsiz həqarətlə baxdılar.

Yəhudilərin adəti üzrə, küfr edən adamın küfründə iştirak etmədiyini, əksinə, küfrünü rədd etdiyini göstərmək üçün belə adamı dərhal öldürmək lazım idi. Bəziləri İsaya iman etmədikləri halda, istehza ilə Onu “Allahın Peyğəmbəri” adlandırıb Ondan peyğəmbərlik etməsini tələb edirdi.

Bəs sən yəhudi xalqının başçılarından yaxşısanmı? İsanın Məsih, Xilaskar, yaşayan Allahın Oğlu olduğunu iqrar edirsənmi? Yoxsa Onun ilahiliyini, qurbanını, xilasını inkar edirsən? Özünü gözlə! Sənin cavabından əbədi taleyin asılıdır.

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükür edirik ki, Sən uzun zaman dinmədən ali məclisin önündə dayanmışdın və axırda qısa bir cümlə ilə bütün izzətini onlara elan etmisən. Biz Sənə səcdə qılırıq və imanla iqrar edirik ki, Sən yaşayan Allahın Oğlusan, Rəbbimiz və Xilaskarımızsan. Sən Atanın sağında oturmusan və diriləri, ölüləri – bütün insanları mühakimə etmək üçün göyün buludları ilə gələcəksən. Göydə və yerdə bütün səlahiyyət Sənə verilib. Ürəklərimizi iman və itaətlə doldur, qoy biz bütün dünyaya gedib Sənin adına şəhadət edək və Ata Allahın izzətli Padşahlığı gəlsin!

SUAL:

  1. İsanın dini məhkəmənin önündə söylədiyi bircə cümlənin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:17 AM | powered by PmWiki (pmwiki-2.3.3)