Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 102 (Risks of Preaching)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
C - On İki şagird Müjdəni vəz etməyə göndərilir (Matta 9:35 - 11:1)
3. Səmavi Padşahlığın yayılma yolları (Matta 10:5 - 11:1) -- İsanın sözlərinin ikinci məcmuəsi

b) Müjdənin vəz edilməsi ilə bağlı təhlükələr (Matta 10:16-25)


MATTA 10:24-25
24 Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25 Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər!
(Mat. 12:24; Luka 6:40; Yəh. 13:16; 15:20)

Məsihin ardınca getmək məhəbbətindən, sevincindən, həlimliyindən nümunə götürmək və Onun qüvvəsi ilə Ona xidmət etmək deməkdir. Digər tərəfdən, əziyyətlərinə, ölüm və dirilməsinə şərik olmaq deməkdir. Məsih bizi izzətinə doğru yönəldəcək və bu yolda bizi əsla tərk etməyəcək. Məsih Özü daşımadığı bir yükü və ya boyunduruğu bizim üstümüzə əsla qoymayacaq. İnsanlar Ona nifrət etdilər, qohum-əqrəbaları Onu rədd etdilər. Onu düşmənin tələsinə salmağa çalışdılar, dini məhkəməsinə çəkdilər, vurdular, qamçıladılar. Onun üzünə tüpürdülər, padşah Hirod Ona lağ etdi. Romalı vali üç dəfə Onun günahı olmadığını təsdiq etməsinə baxmayaraq, Onu qamçılatdı və çarmıxa çəkdirdi. O çarmıxda öləndə düşmənləri Onu məkr ilə sınağa çəkdilər. Axırda İsa Atanın Ondan üz döndərdiyini hiss etdi. Bununla belə O imanda sadiq, məhəbbətdə güclü, ümiddə sarsılmaz qaldı. Bədəndə əziyyət çəkərək bizim üçün Allahın qəzəbini daşıdı və şər olanın Onun üzərində heç səlahiyyəti yox idi.

İsanın başına gələnləri biz heç vaxt yaşamayacağıq və Allahın qəzəbi bizim üzərimizə gəlməyəcək. Ancaq yaxşılığın düşməni bizi şəfqətli Xilaskarımızdan uzaqlaşdırmaq və əzablara düçar etmək üçün yol axtarır. Biz zəifik, amma İsa bizə dayaq olur. Biz öz qüdrətimiz yox, İsanın sadiqliyi və qiymətli qanının qüdrəti üzərində gələcəyimizi qururuq.

Müjdə yaymaq üçün sən öz hisslərinə və xudbinliyinə münasibətdə ölməlisən, çünki asi insanlar səni pisləyəcəklər, sənə görə Allaha küfr edəcəklər. İsanın möcüzələri pak və qüsursuz, hər cür tamahkarlıqdan uzaq olmasına baxmayaraq, yəhudilər İsanı cəhənnəmin başçısı adlandırdılar və qüvvətini inkar etdilər. Onu çoxlu milçəklərə bənzəyən cinlərin ordusuna komanda etməkdə günahlandırdılar, axı “Baal-Zevul” arami dilində “milçəklərin ağası” mənasına gəlir. Bununla belə, İsa düşmənlərinin üstünə düşmədi, ancaq Atasının və Müqəddəs Ruhun şərəfini müdafiə etdi, çünki O Özünü çox aşağı tutaraq izzətini qoyub yer üzünə gəlmişdi.

DUA: Ya Rəbb İsa, təhqirləri, böhtanları, ittihamları, yalanları Öz üzərinə götürdüyünə görə Sənə şükür edirik. Sənə hər cür şər atdılar, lakin Sən məhəbbət və lütfə bağlı qaldın, hikmətlə həqiqəti danışdın, onların üstünə düşməyə cəhd belə etmədin, Öz ali məqsədinə, çarmıxda ölməyə doğru irəlilədin. Sənin ardınca getmək fürsətini bizə verdiyin üçün Sənə minnətdarıq! Yalvarırıq, bizə deyilən hər pis sözə dözməkdə kömək ol! Bizi öldürsələr də, müdrikliklə həqiqəti elan etməyimiz üçün bizə yardım et! Bizimlə qal, ya Rəbb, axı Sənin köməyin olmasa, biz dayana bilməyəcəyik! Adına əbədi olaraq alqışlar olsun! Amin.

SUAL:

  1. Məsihin “şagird müəllimindən üstün deyil” sözü nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)