Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 086 (Principles of Following Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

4. İsanın yolunu tutmağın əsas şərtləri (Matta 8:18-22)


MATTA 8:21-22
21 Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22 İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin».
(Mat. 10:37)

Məsihin yanına yığın-yığın insanlar gəlirdi. Məsihin xilas edən təlimi və şəfa verən qüvvəsi xalqı cəlb edirdi. Çoxları Onun yanında qalırdı, Onun hər sözünə, hər əməlinə diqqət yetirirdi, böyük məhəbbətini hiss edirdi. Onlar İsanın hədsiz izzətini qavrayırdı və Onun tövbəyə, imana, həsr olmağa çağırışları onların ürəklərinə təsir edirdi.

İsanın şagirdlərindən biri yaşlı atası ilə əlaqə kəsməmişdi. Atası ölənədək yanında qalmaq, sonra isə Məsihin yanına qayıdıb ardınca getmək istəyirdi. Bu cavan oğlanın problemlərlə dolu evinə qayıtsa, Məsihlə əlaqəsini itirsə, üvli məqsədini itirəcəyini bilən Rəbb onun qarşısına bir seçim qoydu: ya Məsihin ardınca getsin, ya da Ondan uzaqlaşsın. Cavan oğlan ailə işlərindən əl çəkib Səmavi Padşahlığa xidmət etməli idi.

Bəzi şərhçilər deyirlər ki, atasının ölüm xəbəri bu oğlana qəfildən gəlmişdi və o düşündü ki, o, dəfn mərasiminə getməsə, həqarət və küfrə məruz qalar. Lakin Məsih bu dərd çəkən adama öyrətdi ki, Onun ardınca getməyin dünyəvi cəmiyyətlə əlaqəsi yoxdur, çünki Onun ardınca gedən ölümdən həyata, hüzündən sevincə keçmişdir. Habelə Qanun buyurur ki, kahinlər və özünü Rəbbin xidmətinə həsr edən hər kəs Rəbbin önündə müqəddəs olduğundan, hətta öz atası öləndə belə, ölüyə yaxınlaşmamalı və meyitə toxunaraq murdarlanmamalıdır (Lev. 21:11; Say. 6:6). İsaya iman edən ölümə və ya hüzünə təslim olmamalıdır, lakin İsanın ardınca getməsinə mane olan ailə bağlarından azad olub, daxilində olan həyata şəhadət etməli və Rəbbin həyat ətrini yaymalıdır.

Bu şagirdin xahişi ağlabatan görünə bilər, lakin əslində o, səhv idi. Şagirdin İsaya xidmət etmək arzusu yox idi və buna görə o, atasını dəfn etməyi bəhanə gətirdi.

Adamın ürəyində arzu yoxdursa, o mütləq üzrlü səbəb tapacaq. Arzu varsa, o işi etmək üçün imkan tapacaq. Tutaq ki, o adam həqiqətən atasını sevdiyindən İsaya o sözü deyib. Hər halda o, Məsihə üstünlük verməli idi.

İlahiyyatçı Məsihə: “Sənin ardınca gedəcəyəm!” dedi (ayə 19). Lakin bu şagirdə Məsih Özü “Ardımca gəl!” dedi (ayə 20). Bu iki əhvalatı müqayisə etdikdə elə nəticəyə gəlirik ki, biz öz vədlərimizə görə yox, Məsihin çağırışının qüvvəsi ilə Onun ardınca gedirik. Bu, “insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır” (Rom. 9:16) və Allah kimi istəyirsə, onu da çağırır.

Məsih təbii insanları əsil ilahi həyatdan məhrum olan, hərəkət edən meyitlər adlandırır. Bütün elm, mədəniyyət, iqtisadiyyat, siyasət insana əbədi həyat verməz, lakin onu sürətlə cəhənnəmə aparar. Bizə əbədi həyat verən Məsihdən başqa bu dünya üçün ümid yoxdur. Məsihin ardınca gedən adam yeni Ata, yeni əbədi qardaş-bacılar tapar. Allahın ailəsindəki sevinc, dünyəvi ailədəki kədərdən çox-çox böyükdür. Bütün ürəyinlə Rəbbə güvən və ailənə hörmət etdiyin halda ona o qədər çox bağlanma ki, ondan ötəri Allahın iradəsini etməkdən əl çəkəsən.

Dünyadakı xidmətləri dünya əhlinə burax. Sən bunlarla başını qarışdırma. Əlbəttə ki, atan kimi yaxın adamı dəfn etmək çox yaxşı işdir, lakin indiki vəziyyətdə bu, sənin işin deyil, bunu başqaları da edə bilər, çünki sən Məsihə xidmət etməyə dəvət olunmusan! Sənin başqa vacib işlərin var, onları yubanmadan yerinə yetir!

DUA: Ey müqəddəs Ata, Sənə səcdə qılırıq, çünki Sən Öz Oğlunda bizə əbədi həyat bəxş etmisən və biz Ondan yapışıb Onu əsla buraxmarıq. Bizə kömək ol, qoy biz ailəmizi Səndən önəmli saymayaq və dünyəvi öhdəliklərimiz Sənə olan məhəbbətimizi əskiltməsin! Bizi ölüm qorxusundan azad et və əbədi həyatı axtaranların hamısı ilə birlikdə Sənin həyat sevincində möhkəmləndir!

SUAL:

  1. Niyə İsa cavan oğlanın atasının dəfn mərasiminə getməyinə izin vermədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:40 AM | powered by PmWiki (pmwiki-2.3.3)