Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 07 (Christ's Victory Over Death)
This page in: -- Arabic? -- AZERI -- Chinese -- English -- Japanese -- Kyrgyz -- Russian -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

7. MƏSİHİN ÖLÜM ÜZƏRİNDƏKİ QƏLƏBƏSİNİ DƏRK EDİRSƏNMİ?


Məsih həqiqətən öldü və qayada oyulmuş mağaradakı məzarda dəfn olundu. Düşmənləri şagirdlərinin gecə gelip cəsədini aparacaqlarından qorxub məzarın girişinə yekə bir daş qoydular və o dövrün ən böyük millətinin möhrü ilə möhürlədilər. Ayrıca, məzarın girişinə silahlı keşikçilər qoydular.

Lakin üç gün sonra Məsih ölümdən dirilib məzardan çıxdı. Şagirdləri məzara gələndə məzarın boş olduğunu gördülər. Yaşayan Məsih onların qarşısına çıxdığı anda həm heyrətə gəldilər, həm də qorxdular, çünki Onu bir xəyal saydılar. Ancaq İsa onlarla mehriban danışdı, Öz əllərində və ayaqlarında mıxların izlərini göstərdi. Onun həqiqətən dirilmiş, əsl bədənə malik olduğuna inanmaqları üçün onların gözləri qabağında yemək yedi və Ona toxunmaqlarına icazə verdi.

Allahın bütün peyğəmbərləri, elçiləri ölüblər. Meyitləri hələ də məzarlarındadır, parçalanıb dağılmış vəziyyətdədir. Məsih isə ölüm üzərində qələbə çalıb yaşayır!

Məsihin ölümdən dirilməsinin mənasını dərk edirsənmi? Bu böyük hadisə, Külli-İxtiyar Allahın çarmıxa Çəkiləni sevdiyini və dünya uğrunda çarmıxda verdiyi qurbanı qəbul etdiyini sübut edir.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:25 AM | powered by PmWiki (pmwiki-2.2.109)