Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 082 (Founding of the Church at Philippi)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

4. Filipidəki cəmiyyətin qurulması (Həvarilərin İşləri 16:11-34)


HƏVARİLƏRİN İŞLƏRİ 16:29-34
29 Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə düşdü. 30 Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» 31 Onlar dedi: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». 32 Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. 33 Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. 34 Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.

Baş mühafizəçi “İşıq verin!” deyə qışqırdı və onun fəryadının simvolik mənası var idi: o, ömür boyu qaranlıqda yaşamışdı və o anda Pauldan eşitdiyi sözlər onu nurlandırdı. Səmavi Ruhun sözlərini ayırd edə bilən adam onu ölümdən xilas etmiş həvarilərin ayaqlarına qapandı. Bəlkə də zindandan qaçmaq fürsətindən istifadə etməyən bu adamlar onun gözündə tanrılar idi, onu çox sevib, həyatını qoruyublar. Məsihin xeyirxahlığı dünyada ən böyük ruhani inqilab törədir.

Paul o adamın qorxmasını lovğalanmaq üçün fürsət bilmədi, amma ona izah etdi ki, o da insandır, ancaq Məsihin lütfü ilə dəyişilmiş və Rəbbə tərəf dönmüş insandır. Təlaşa düşmüş, qorxmuş baş mühafizəçi Paulun sözlərini eşidəndə, onunla Silanı həyətə apardı. Onların qanayan yaralarından qorxdu, axı o da müqəddəs həvarilərə qarşı törədilən cinayətə şərik olmuşdu. Dəhşət içində dedi: “Müqəddəs Allahın qəzəbindən xilas olmaq üçün nə etməliyəm?” Həvari Paul yolunu azmış bu adama Müjdəni qısaca danışdı. Müqəddəs Kitabın ən əzəmətli cümlələrdən birini söylədi: “Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız”. Bu sözlər baş mühafizəçiyə böyük ümid verdi. Allah onu məhv etməyib, göydən şimşək çaxdırıb öldürməyib. Əksinə, İsa Məsihin Şəxsində lütf qapısını onun üzünə açıb. Paul o gecə yanına gələn hər kəsə: kişilərlə qadınlara, qullarla mühafizəçilərə, qocalarla cavanlara şəhadət etdi ki, İsa Məsih zəlzələ törədən, günahları əfv edən və xilas bəxş edən qüdrətli Rəbdir.

Rəbb ölüləri dilildir və tövbə edən hər kəsi günahın hökmranlığından azad edən Müqəddəs Ruhla doldurur. Millətlərin həvarisi qorxuya düşmüş bu adamlara üç-beş kəlmə ilə Müjdəni izah etdi. Xilasa hazır olanlar dərhal imana gəlib təsdiq etdilər ki, həvarilərin şəxsində Allah-Taalanın Özü onlarla danışır. Yalnız Əzəli Olan onlarla bu cür danışa, onlara həyat və barışıq vəd edə bilərdi. Qulaq asanların ürəklərində səmavi Müjdənin nuru parladı. Baş mühafizəçi həvariləri öz evinə apardı, yaralarını yudu, onlara təmiz paltar verdi və xahiş etdi ki, onun məhəbbət Padşahı İsa Məsihə tamamən təslim olmasının rəmzi olaraq onu bu saat vəftiz etsinlər.

Bu təqaüdçü zabit, zindanın baş mühafizəçi həyatının bütün günahlardan və keçmişindən təmizlənməsini istədi. O, evinin qapısını açıb Yeni Ruhu içəriyə buraxdı. Bütün ev əhlini, qulluqçularını, işçilərini dəvət etdi və onlar da vəftiz oldular. Bu hərbçi Allahın əmrini dərhal yerinə yetirməli olduğunu və yubanmanın günah olduğunu bilirdi. O, Rəbbin əmrinə cavabən sidq ürəkdən tövbə etdi və özünü yaşayan Rəbbə tamamən təslim etdi.

Onlar öz evində yuxarı otağı hazırlayıb böyük süfrə açdılar. Onların vicdanını günahdan təmizləyən və onları təqdis edən Məsihə görə sevindilər. Əvvəlcə günahkar, cinayətkar olanlar gecənin qaranlığında artıq Allahın nurunda yaşamağa qərar verdi. Necə gözəl mənzərədir! Məsih imanlıları əhatə edən qaranlığı nurlandıraraq onları böyük sevinclə doldurur. Paulla Silanın iztirabının, səbrinin və sədaqətlə itaət etməsinin nəticəsi bu idi. Lidiya, Luka və Timotey isə məhbus qardaşlarına görə səylə dua etdilər.

HƏVARİLƏRİN İŞLƏRİ 16:35-40
35 Səhər açılanda hakimlər yasavullar göndərib dedi: «Bu adamları azad et». 36 Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin». 37 Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!» 38 Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular 39 və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 40 Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.

Zindanın baş mühafizəçisi şəhər hakimlərinin son qərarını həyəcanla gözlədi, çünki o, iki məhbusu icazəsiz buraxmış və qayğısına qalmışdı. Onları azadlığa buraxmaq üçün qərar verdiklərini eşidən baş mühafizəçi bu xəbərə sevindi və o saat Paulun yanına qaçdı. O, Paula dedi ki, ona daha çox pislik etməsinlər deyə, sülhlə oradan ayrıla bilər.

Lakin Paul, Roma vətəndaşı kimi hüquqlarının kobud surətdə tapdalandığını söyləyərək oradan ayrılmaqdan imtina etdi. Onun bu şikayəti yalnız özünə görə deyil, yeni qurulmuş cəmiyyətə görə idi. Onunla Sila Roma vətəndaşları idi və cinayətkar olmadıqları halda onlara qarşı üç dəfə haqsız rəftar olunub: Roma qanununa görə yalnız qulları döymək olar, amma onları hamının önündə döyüblər, Roma vətəndaşlarına belə cəza vermək qanuna zidd idi; onlara qarşı mühakiməsiz cəza veriblər, bu cür ədalətsizlik haqq-ədalət üzərində qurulmuş Roma dövlətində çox ciddi xəta sayılırdı, belə ki şəhər hakimlərinin özləri buna görə zindana atıla bilər və onlara ciddi cəza verilə bilərdi. Bütün bunlara görə Paulun şəhər hakimlərinə qarşı dava açmaq hüququ var idi.

Paul tələb etdi ki, şəhərin hakimləri şəxsən zindana gəlib onunla Siladan üzr istəsin və şərəfli qonaqları kimi şəhərin küçələrində onlarla yeriyib hörmətlə onları yola salsınlar. Paul şəhər hakimlərindən qisas almaq arzusunda deyil idi, çünki o, əsil imanlı kimi onları bağışlamışdı. Həvarinin məqsədi Filipidəki kiçik məsihi icmasına açıq şəkildə bəraət qazandırmaq idi. O istəyirdi ki, bu cəmiyyət şəhərin sakinlərinin gözündə şərəfli olsun və mağaralarda, zirzəmilərdə gizlənmək məcburiyyətində qalmasın.

Qorxuya düşmüş hakimlər tez-tələsik Paulun yanına gəldilər. Millətlərin həvarisi ilə nəzakətlə danışdılar, şəhərdən sakitcə, sülhlə ayrılması üçün ona yalvardılar. Əvvəlcə falçı olmuş, indi isə Rəbbin lütfü ilə iblisin əsarətindən qurtarmış o qızın ağaları daha çox problem yaratmasınlar deyə, narahat oldular.

Paul onların sözlərinə o qədər əhəmiyyət vermədi, tünd qırmızı parça satan Lidiyanın evinə qayıtdı. Lidiyanın evində dua toplantıları keçirdi. Bir çox imanlı bacı-qardaşların orada yığılmış olmasından elə görünür ki, ilk avropalının xilas olduğu gündən zindanın baş mühafizəçisinin iman gətirdiyi günədək xeyli vaxt keçmişdi, o vaxt ərzində həvarilər filipililərə Müjdəni vəz edib canlı bir imanlılar cəmiyyəti qurmuşdular. Onlar, nəhayət, Lidiyanın evində toplaşanda, iztirab çəkmiş həvarilər bacı-qardaşlarına təsəlli verib şəhadət etdilər ki, Məsih onların bütün dərdlərində onlarla birlikdə olub. Qısa bir müddət sonra Paulla Sila o şəhəri tərk etdilər və Timotey də onlara qoşuldu, həkim Luka isə Filipidə qaldı və oradakı imanlılar cəmiyyətinə xidmət etdi. Ondan sonra hekayətini üçüncü şəxsdən nəql edən Luka bununla bildirir ki, o özü artıq onların yanında deyil idi.

DUA: Ey müqəddəs Rəbb, Sənə şükür edirik, çünki Sənin Kəlamın insanları xilas edib dəyişdirir! Biz inanırıq ki, Sən ev əhlimizi də xilas edirsən. Öz qiymətli qanınla ürəklərimizi hər cür günahdan təmizlə və zehinlərimizi də Müqəddəs Ruhunla pak edib nurlandır! Bütün qohumlarımıza, qonşularımıza kömək ol ki, Sənin bizi nə qədər sevdiyini dərk etsinlər və sülhünə can atsınlar!

SUAL:

  1. Niyə 16-cı fəslin 31-ci ayəsi Müqəddəs Kitabın ən önəmli yerlərindən biri sayıla bilər?

Beşinci sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, biz sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. Allahın insanlarla olan tarixinin hərəkətverici qüvvəsi və məqsədi nədir?
  2. Paul İsanın dirilməsi haqqında nə vəz etdi? Bu dirilmə əsasında nə cür Müjdəni elan etdi?
  3. Paul başqa millətlərə vəz etmək hüququnu nəyə əsaslandırırdı və bu iman başqa millətlərdə necə gerçəkləşdi?
  4. Niyə Paulla Barnaba şəhərdən şəhərə qaçırdı?
  5. Niyə Paul tanrıları boş adlandırdı?
  6. Paulla Barnaba təzəcə qurulmuş cəmiyyətlərə qayıdanda orada nə edirdilər?
  7. İki həvari birinci müjdəçi səyahətinin bəhrələrindən nə cür nəticə çıxardılar?
  8. Niyə Antakyadakı imanlılar cəmiyyəti öz məslələlərini həll etmək üçün özü bir qərar vermədi, lakin bunu Yerusəlimdəki həvarilərdən xahiş etdi?
  9. Peterin hansı sözləri vəzinin şüarı oldu və niyə Məsihin Cəmiyyəti bu sözləri xilasın təməli sayır?
  10. Məhəbbət yolunda bəzi şeylərdən imtina etmək ilə xilas üçün Qanuna əməl etmək arasındakı fərq nədir?
  11. Yerusəlimdəki həvari məclisində qəbul edilmiş qərarın əsas məzmunu nə idi?
  12. Paulun ikinci müjdəçi səyahətinin əsas məqsədi və səbəbi nə idi?
  13. Timoteyin sünnəti lazım idimi? Nə üçün?
  14. Müqəddəs Ruhun imanlıların hansısa xidmətdən uzaqlaşdırması və yeni xidmətə çağırması nə deməkdir?
  15. Lidiyanın həyatında baş verən möcüzə nə idi? Niyə Paul onun bütün ev əhlini vəftiz etdi?
  16. Cinə tutulmuş falçı qızın sözlərindəki yalan nə idi və Paulun söylədiyi həqiqət nə idi?
  17. Niyə əzab çəkən həvarilər zindanda gecə vaxtı həmd ilahiləri oxudular?
  18. Niyə 16-cı fəslin 31-ci ayəsi Müqəddəs Kitabın ən önəmli yerlərindən biri sayıla bilər?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən Allahın Kəlamının əbədi xəzinəsini əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:27 AM | powered by PmWiki (pmwiki-2.3.3)