Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 081 (Founding of the Church at Philippi)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

4. Filipidəki cəmiyyətin qurulması (Həvarilərin İşləri 16:11-34)


HƏVARİLƏRİN İŞLƏRİ 16:19-24
19 Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər. 20 Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar. 21 Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar». 22 Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdi ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. 23 Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr verdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. 24 Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.

Bu falçı qarabaş bəzi varlı adamlar üçün bol süd verən inək kimi idi. Qızın ruhən əzab çəkməsi onlara təsir etməzdi, onları yalnız qazanc maraqlandırardı, bircə məqsədləri qızın içindəki şeytanın yalanları vasitəsilə mümkün qədər çox pul əldə etmək idi. Qazanc mənbələrinin təhlükə altında olduğunu anlayan ağalar qəzəblənib Paulla Silanı tutdurub hakimlərə gətirtdilər, şəhərdə asayişi pozmaqda ittiham etdilər. Əlbəttə, onlar həvarilərin o qızı əsil kabusdan azad etdiklərini anlatmadılar, yalnız həvariləri şərəfli romalılara yaraşmayan yad adət-ənənələri qəbul etdirməyə çalışan qiyamçı yəhudilər adlandırdılar. Falçı qarabaşın ağaları Filipidə yaşayan təqaüdçü hərbçiləri qızışdırmağa müvəffəq oldular. Qəzəblənmiş kütlə bazar meydanına tökülüşdü. Xalqın bu yəhudilərə qarşı olduğunu görən hakimlərdən biri təqsirliləri cəzalandıran xidmətçilərinə əli ilə işarə etdi və onlar həvarilərin üstünə hücum etdilər, paltarlarını cırıb onları möhkəm döydülər, onlara istehza edən camaatın önündə onları alçaltdılar.

Qan içində olan Paulla Silanı daha sonra sorğu-suala çəkmək üçün zindanın qaranlıq, dar bir kamerasında atdılar. Onların yaraları ağrıyırdı, üstəlik qaçmasınlar deyə, onların ayaqlarını ağır taxtadan düzəldilmiş kündəyə salıb, əllərinə zəncir vurmuşdular. Yazıq məhbuslar o vaxt nə haqda düşünüblər? Romalılara lənət oxuyublarmı? Falçı qızı cindən azad etdiklərinə peşman olublarmı? Yoxsa təzə böyüyən imanlılar cəmiyyətinə qarşı hücum ediləcəyindən qorxublar? Xeyr. Məhbuslar dua edib Rəbb ilə ünsiyyət qurublar, onları təqib edən adamlara xeyir-dua veriblər və Məsihin çarmıxda çəkdiyi əzablara şərik olduqlarını anlayıblar.

HƏVARİLƏRİN İŞLƏRİ 16:25-28
25 Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. 26 Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. 27 Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. 28 Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!»

Həvarilər iztirab çəkəndən sonra dincəlməyə imkan tapmamışdı; onlar bir xəstəxanada mehriban rahibələrin qayğısında deyil idilər, murdar, qaranlıq zindanda, kündək və zəncirdə idilər. Lakin heç kimi lənətləməyib, öz dərdinə ağlamayıb, əksinə, birlikdə həmd oxuyublar. Onlar alçaq səslə dua etməklə kifayətlənmirdi, çünki ürəkləri həmd və şükürlə dolu idi. Müqəddəs Ruhun onların Kiçik Asiyada xidmət etməsinə yol vermədiyi gündən başlayan uzun fasilədən sonra Məsihin təkrar – bu dəfə Makedoniyada – zəfərini gördüklərinə görə sevinirdilər.

Avropada Məsihin zəfər sübhü açılmaqda, gecənin qaranlığı isə dağılmaqda idi. Ölümdən dirilmiş İsanın adı elan edilirdi, Allahın Padşahlığının bu dünyada yayılmasına heç bir şey mane ola bilməzdi. İki həvari əzab çəkdiyi zaman həmd iləhilərini o qədər uca səslə oxuyublar ki, başqa məhbuslar da onları eşidib. Gecə yarısı idi, həmd ilahiləri göyə ucalmaqda idi. Həvarilərin İşləri Kitabında qeyd olunmuş bu olay tarix boyunca təqib olunan bir çox məsihilərə təsəlli vermişdir. O gecə Rəbb həvarilərin həmd ilahilərinə cavab verib, özü də nə bir mələk vasitəsilə, nə də vəhy sözləri ilə, amma qüvvətli bir zəlzələ ilə! Ola bilir ki, ilk anda tavandan daşla toz tökülməyə başlayanda Paulla Sila elə biliblər ki, şeytan onların əzablarını artırmaq istəyir. Birdən zindanın qapıları açıldı və ağır zəncirlər əllərindən düşdü. Bu halda Paul azadlığa qaçmaq üçün fürsətdən istifadə etməyə tələsmədi. Allahın həvarilərin həmd ilahilərindən təsirlənən və onlara cavabən zəlzələ törətdiyini görən başqa məhbuslar yerlərindən tərpənməyə cürət etmədilər. Bəlkə də Allahın onları günahlarına görə mühakimə edəcəyindən qorxmuşdular.

Baş mühafizəçi yatağından sıçradı. Bütün qapıların açılmış olduğunu görəndə məhbusların qaçdığını düşündü və buna görə ona işgəncə veriləcəyindən, ailəsinin də köləliyə satılacağından qorxub qılıncını çıxartdı və intihar etməyə qərar verdi.

Baş mühafizəçinin özünə qəsd etmək niyyətində olduğunu görən Paul qışqırdı: “Dayan! Özünə qəsd etmə! Qorxma! Heç kim qaçmayıb. Bütün məhbuslar buradadır!” Paulun ona təsəlli verdiyi bu mehriban sözləri, baş mühafizəçinin məhbuslardan həmişə eşitdiyi təhqir, söyüş, küfr və lənətdən çox fərqlənirdi. Zindandan qaçması üçün fürsət tapan məhbuslar həmişə mühafizəçiləri öldürüb qaçardılar. İndi isə tamamilə heyranedici bir durum idi! Zindanın qapıları açıq olsa da, məhbuslar ac qurdlar kimi mühafizəçilərə hücum etmir və hətta onlardan biri Paul mühafizəçiyə mehribancasına yalvarır ki, özünə qəsd etməsin. Bu sözlər, düşmənin belə məhəbbət göstərməsi o adamı heyrətə saldı və intihar etməsinə mane oldu. Gözləri geniş açıldı, fikirləri qarışdı, o sanki yuxuda idi.

DUA: Ey yaşayan Rəbb İsa, qoy biz məyus olanda, çaşanda Sənin mehriban səsini eşidək! Ümidimizi üzəndə məhəbbət dolu sözlərini eşitməyi bizə öyrət! Bizi təsəllinlə cəlb elə, qoy biz \qüvvətinlə yaşayaq və əsla ölməyək!

SUAL:

  1. Niyə əzab çəkən həvarilər zindanda gecə vaxtı həmd ilahiləri oxudular?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)