Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 118 (Disciples Pluck the Heads of Grain)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

e) Şagirdlər Şənbə günü sünbülləri qırıb yeyirlər (Matta 12:1-8)


MATTA 12:1-8
1 O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar. 2 Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər». 3 İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? 4 O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər. 5 Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar? 6 Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır. 7 Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz. 8 Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».
(Çıx. 20:10; Lev. 24:9; 1Şam. 21:6; Huşə 6:6; Mark 2:23-28; Luka 6:1-5)

Məsihin şagirdləri acmışdılar. Onlar kasıb idilər, var-dövlətləri yox idi. Onlar Atalarına belə dua edirdilər “Gündəlik çörəyimizi bizə bu gün ver”. Onlar Allaha ümid bağlamışdılar ki, Allah insanların ürəklərini yumşaldıb, gündən-günə onların qayğısına qalar.

Allahın ənamlarını gözləyən şagirdlər acdıqlarına görə tarlada sünbül qoparmağa başladılar. Onlar oğurluq etmirdilər, çünki Əhdi-Ətiq qanununa görə ac adamın çöldəki bitkilərdən qoparıb yeməsi halal idi. Qoparıb cibinə, yaxud qaba qoymaq oğurluq sayılırdı. Lakin Əhdi-Cədidə görə, özgənin bitkisinə heç toxunmamaq məsləhət görülür.

Fariseylər şagirdlərinin ümumiyyətlə sünbül qoparmaqlarından yox, məhz Şənbə günü bunu etməklərindən şikayət etdilər. Onların fikrincə, sünbül qoparmaq bir növ iş imiş və bu səbəbdən Şənbə günü barədəki qanunun pozulması imiş. Şagirdlərə ölüm cəzası verilməli imiş. Onların nəzərində Şənbə gününə riayət etmək, onları xalqlar arasından seçmiş olan Rəbb ilə əhdlərinin ən mühüm bir rəmzi idi.

Ancaq Məsih Öz hikməti ilə onlara Davud və kahinlər əhvalatını xatırladaraq Allahı və insanı sevmək əmrinin Şənbə gününə riayət etməkdən daha önəmli olduğunu açıqladı. O, şagirdlərini kahin və padşahlarla bir tutdu, çünki ruhən yoxsul olan bu adamlar həqiqətən də Allahın yeni əhdə məxsus olan padşahları və kahinləri idi. Məsih Özünü Şənbə gününün Sahibi adlandırdı, çünki o yeni qanunu – məhəbbət qanununu gətirdi. Səmavi Qanunverici bizi öyrədir ki, insan əmrlərə əməl etməklə deyil, lütf vasitəsilə, Allah Quzusunun qanı ilə saleh sayılır. Məsihin təlimləri bizi Şənbə günündə belə məhəbbət və sevinclə xidmət etməyə azad edir. Məhəbbət bizi təqdis edir.

Məsihilərin Qanunun və ehkamların ağır yükü altında olmadığına dair açıq əlamət, şənbə əvəzində bazar günlərinə riayət etmələridir. Məsihin dirilib ölümə qalib gəldiyi gün bazar günü idi. Bazar günü Məsihin dirilməsi ilə zahir olan ilahi həyatın rəmzidir və eyni zamanda o, Musanın Qanununun tələblərindən azadlığımızın bir vasitəsidir. Biz nə şənbə, nə də bazar gününə riayət edərək xilas oluruq, çünki Qanun vasitəsilə salehliyə nail olmağa çalışan hər kəs lənətə gələr; lakin Məsihin həyatına şərik olan hər kəs, ömrünün sonuna qədər təqdis edilər və əbədi yaşayar. Məsihi inancında günlər ümumiyyətlə təqdis edilməz, imanlılar özləri təqdis edilər. Məsih günləri, zəmanələri təqdis etməz, Onun ardınca gedənləri, yalnız şənbə və ya bazar günlərində yox, hər gün müqəddəs həyat sürsünlər deyə təqdis edər.

DUA: Ey Səmavi Ata, Sənə ürəkdən şükür edirik, çünki Sən bizi təqdis edib zahiri ibadətdən azad etmisən! Hər gün bizimlə olduğuna görə, əməllərimizlə işini gördüyünə görə Sənə alqışlar olsun! Sən həyatımızın hər saatını Öz məhəbbətinlə dolu elə! Kömək et, həyatımızda Sənin Oğlunun dirilmə qüvvəsi təzahür etsin! Qoy biz yeni həyat sürək və əbədi yaşayaq! Amin.

SUAL:

  1. Məsih nə mənada Şənbə gününün Sahibidir?

www.Waters-of-Life.net

Page last modified on May 04, 2023, at 11:53 AM | powered by PmWiki (pmwiki-2.3.3)