Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 005 (Genealogy of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

1. İsanın nəsil şəcərəsi (Matta 1:1-17)


MATTA 1:1
1 … Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi.

Yəhudilər İbrahimə ehtiram edirlər, çünki Allahın bir qrup insanla münasibəti İbrahimdən başladı. Allah İbrahimi İkiçayarasındakı məskənini tərk etməyə çağırdı, o sivilizasiyadan ayrılmağı, dostlarıyla ünsiyyətdən, qohumlarının himayəsindən imtina etməyi əmr etdi. Allah İbrahimi yurdsuz bir bədəvi elədi. İbrahim Rəbbin əmrinə təslim olub bütün imanlılar üçün nümunə oldu. Allah seçdiyi bu adama başlanğıcdan vəd etdi ki, nəslini göy ulduzlarının və dənizdəki qum dənələrinin sayı qədər çox edəcək və bütün xalqlar onun nəslindən xeyir-dua alacaqlar (Yar. 12:2, 7; 13:16; 15:5, 18).

İbrahim bu torpağın yiyəsi olmadığına və heç bir övladının olmadığına baxmayaraq, Rəbbin vədlərinə inandı. Beləcə İbrahim bütün imanlıların atası oldu.

Lakin o imanda sadiq qalsa da, sınağa düşdü. Allahın ona övlad verəcəyini gözləmədi, bu işi tələsdirmək istədi və arvadının qarabaşı "misirli Həcər"i də özünə arvad aldı. Həcər İsmaili dünyaya gətirdi. İbrahimin bə səbirsiz hərəkəti gələcək nəsillərə xeyli çox əzab-əziyyətlər vermişdir.

On üç illik sükutdan sonra Allahın İbrahimə rəhmi gəldi. Müqəddəs Allah İbrahimlə əhd bağlayanda, İbrahimin artıq doxsan yaşı var idi. Allah ona sünnət əlamətini verdi və qocalığına baxmayaraq ona seçilmiş oğlu verəcəyini vəd etdi. İbrahim Allaha inandı, təbiətin qanunlarına baxmayaraq Onun vədini həqiqət kimi qəbul etdi. O zaman Yaradan Saranın qısır bətnində çoxdan gözlənilən varisi – İshaqı yaratdı. Allah ilə İbrahim arasında o qədər yaxın münasibətlər var idi ki, Allah onun Sodom və Homorra şəhərləri üçün vəsatətçiliyini qəbul etdi və İbrahimə "Allahın dostu" (Xəlil Allah) adını verdi. Allah imanlıların atası olan İbrahimi sınaqdan keçirdi. İbrahimin öz oğlu İshaqı Ondan daha çox sevib-sevmədiyini görmək üçün İbrahimə İshaqı qurban olaraq təqdim etməyi əmr etdi. Sədaqətli İbrahim Allahın əmrinə əməl etdi və Rəbbi çox sevdiyinə görə əziz uşağını qurban verməyə hazırlaşdı. Bu yolla İbrahim bizi sevən və xilasımız üçün Öz Oğlunu əsirgəməyən Allaha bənzər oldu. O zaman Allah İbrahimə sadiq qalacağına və bütün dünyanın İbrahimin nəslindən xeyir-dua alacağına dair and içdi (Yar. 22:12, 16; Quran 37:102-114).

Həvari Paul öyrədirdi ki, "İbrahimin nəsli" ifadəsi bir adama aiddir, yəni İbrahimin nəsli yalnız Məsihdir (Qal. 3:16). Çünki bütün xalqlar Məsihdə və Məsih vasitəsilə xeyir-dua alırlar. Lakin Matta öz Müjdəsində İsanın "İbrahimin Oğlu" olduğunu yazdığı zaman, yəhudilərin böyük əksəriyyəti vəd olunmuş bu Oğulu rədd edib çarmıxa çəkdirmişdilər. Müjdəsinin ilk cümləsində Matta şəhadət edir ki, həm İbrahimin nəsli, həm də hamımız yalnız Allahın seçdiyi İsa vasitəsilə xeyir-duaya nail oluruq. Bu vəd Ona aiddir. Əziz oxucu, biz də yalnız Onun vasitəsilə Allahın dolğunluğunu qəbul edirik.

DUA: Sənə səcdə edirik, ey müqəddəs Olan, çünki Sən pis adamları seçirsən. Sən onları öz salehliyinə, imanına görə deyil, Sənin lütfünə və mərhəmətinə görə qəbul edirsən. Bizə kömək et ki, canlı imanımız olsun və biz Ruhda İbrahimin övladları olaq. Qoy biz Sənin Oğlun İsada bizə bəxş edilən kamil xeyir-duaya şərik olaq!

SUAL:

  1. Necə olur ki, İsa eləcə də İbrahimin Oğludur?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)