Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 113 (Answer to the Baptist’s Disciples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

a) İsanın Vəftizçi Yəhyanın göndərdiyi adamlara cavabı (Matta 11:2-19)


MATTA 11:7-15
7 Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? 8 Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. 9 Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. 10 Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”. 11 Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. 12 Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. 13 Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. 14 Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. 15 Qulağı olan eşitsin!
(Luka 1:76; 7:24-35; Mal. 4:5)

Burada Rəbb İsa Vəftizçi Yəhyanı çox ucaldır və təkcə onun özünü deyil, əməllərini də şərəfləndirir. Məsih bildi ki, bəzi şagirdləri Yəhyanın verdiyi bu suala görə imanda zəif düşdüyünü, tərəddüd etdiyini, öz dediyindən şübhələndiyini zənn edə bilərlər. Məsih onların bu cür səhv fikirlərini dağıtmaq üçün burada Yəhyanın həqiqi sifətlərindən bəhs edir.

Məsih, Vəftizçi Yəhyanın şübhəyə düşməsinə baxmayaraq ona tam inandığını bildirdi. Yəhya, peyğəmbərlərin sözlərinə sadiq qalaraq İsanın yolunu hazırlamış, Allah yolunda canını fəda etmiş, nəfsinə hakim olub heç vaxt öz xeyrini güdməmişdi. Məsih açıqca şəhadət edərək Yəhyaya inandığını camaat qarşısında bəyan etdi. Qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün heç kəsin heç vaxt olmadığını elan etdi. Nə Napoleon, nə qeysər, nə Aristotel, nə Platon, nə Budda, nə də başqa bir peyğəmbər bəşəriyyət zirvəsinə qalxmağa müvəffəq olmuşdur; yalnız Vəftizçi Yəhya o zirvəyə qalxmışdır.

Niyə Vəftizçi Yəhya insanlar arasında ən üstün idi? Çünki Allah ona göstərmişdir ki, Məsih tövbə edənlərə Müqəddəs Ruhu verən Allah Quzusudur. Beləcə Yəhya Əhdi-Ətiq peyğəmbərlərinin möhrü olmuşdur. Bununla belə o qeydsiz-şərtsiz Məsihə xidmət və itaət edərək təslim olmuşdur. O özünü Məsihin ayaqqabısının qaytanını açmağa belə layiq olmayan adam saymış, camaata İsanı göstərib Məsih olduğunu öyrətmişdir. Yəhya Müqəddəs Ruhun göyərçin kimi enib İsanın üzərində qaldığını öz gözləri ilə görmüş, Allahın “Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam” deyən səsini öz qulaqları ilə eşitmişdir. Beləliklə, Yəhya Musadan və bütün başqa peyğəmbərlərdən daha böyük peyğəmbər idi, Müqəddəs Üçlüyün birliyinə ilk şahid və Onun yolunda ilk şəhid idi.

İsa Yəhyadan da yaxşı, Yəhyadan da üstün insanların var olmasından danışmışdır. Onlar Müqəddəs Ruhdan doğulmuş olanlar, Allahın Padşahlığının üzvləridir. Allah onların Atası, onlar da Allahın övladlarıdırlar. Məsihin lütfü ilə saleh sayılan, Məsihin elçiləri olaraq seçilən, Allahla barışdırma xidmətini, məsuliyyətini daşıyanlar onlardır. Onlar arasında ən kiçik olan belə Əhdi-Ətiqdə bəhs edilən ən böyük şəxslərdən üstündür.

Kəlama qulaq asmağa gələnlərdən nə məqsədlə gəldikləri və kəlamdan necə faydalandıqları soruşulacaq. Biz elə bilirik ki, vəzin başa çatmasıyla hər şey qurtarır. Xeyr! Əksinə, vəzdən sonra hər şey başlayır. Vəz başa çatandan sonra qarşımızda sual çıxır: “Bu toplantıdan nə fayda götürdüm?” Səni toplantıya gətirən nə idi? Adətin üzrəmi gəldin? Bəzi dostlarını görməyə gəldin? Yoxsa Allahı izzətləndirmək və ruhani qida almaq üçün gəldin? Nə əldə etdin? Hansı biliyi, lütfü, təsəllini aldın? Nəyə baxmağa getdin?

Allahın övladı olmusanmı? Bu sözləri təkrar et: “Mən dəyərsiz qulam, təbii varlığım günah və qüsurlarla ləkələnib. Lakin şükür Allaha, Məsihin qanı məni yuyub təmizləyib, Müqəddəs Ruh məni təqdis edib, ürəyimdə məhəbbəti alovlandırıb! Allahın mənim Səmavi Atam olduğuna tam əminəm, hər gün Onunla söhbət edirəm, mərhəmət dolu sözlərinə qulaq asıram. Onun Padşahlığının vətəndaşı olmuşam və Onun qüdrəti ilə hifz olunacağam. Mənim üçün ölüm, var olan Atamla əbədi həyata aparan qapıdır!”

Ruhun verdiyi əminliklə bizimlə birgə bu inancı iqrar etmisənsə, demək ki, Allahın Padşahlığına daxil olmusan, lütf və peyğəmbərlik hüququnu əldə etmisən! Çünki Məsihə iman edən hər kəs, günahlarına baxmayaraq, xilas olacaq, necə ki İsa demişdir: “İmanın səni xilas etdi”.

Allahın buyurduqları ən böyük əhəmiyyət kəsb edir və “qulağı olan” hər kəs ona layiq olan şeyləri eşitsin. Bu kəlamın mənası odur ki, Allah bizdən sadəcə olaraq Onun bizə bəxş etdiyi ənamlardan yaxşı istifadə etməyi tələb edir. Qulağı olanın eşitməsini, ağlı olanın ağlını işlətməsini tələb edir. Buna görə insan cahildirsə, ağıllanmağa gücü çatmadığına görə yox, ağıllanmaq istəmədiyinə görə cahildir. Eşitməyən, qulağını tıxadığına görə eşitmir.

DUA: Ey sevən Ata, Sən əsil Atamızsan və Məsih qadir Rəbbimizdir. Sənə və Məsihə səcdə qılırıq, dəyərsiz qulların olan bizləri İsanın qanı ilə xilas etdiyinə görə şadlanırıq! Bizi günahın hökmranlığından, ölüm qorxusundan azad etmisən, əbədi həyata gətirmisən, məhəbbət xidmətinə təyin etmisən ki, bütün günahkarları Oğluna iman edərək Səninlə barışmağa dəvət edək, belə ki onlar tam və kamil xilasa nail olsunlar!

SUAL:

  1. Vəftizçi Yəhya Əhdi-Ətiq peyğəmbərlərinin möhrüdürsə, niyə Allahın Padşahlığında ən kiçik olan ondan üstün sayılır?

www.Waters-of-Life.net

Page last modified on May 04, 2023, at 11:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)