Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 049 (The Beatitudes)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi

a) Nə bəxtiyardır (Matta 5:1-12)


MATTA 5:11-12
11 İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12 Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
(Mat. 10:22; Həv. 5:41; 1Pet. 4:14; İbr. 11:33-38; Yaq. 5:10)

Rəbb təqib olunan elçilərinə bəxtiyar deyir. Bu dünyanın ruhu Allaha və Allahın Ruhundan doğulanlara nifrət edir. Bu dünyanın övladları müqəddəs Olanın övladlarına əziyyət verirlər, necə ki şeytan Məsihə və həvarilərinə əziyyət vermişdi. Rəbb bunu əvvəlcədən xəbər vermişdir. Onlar “hamının tullantısı kimi” (1Kor. 4:13) təqib, təhqir, rədd olunurlar; onları cərimələyirlər, həbs edirlər, qovurlar, qamçılayırlar, hətta ölümə təslim edirlər; onlarla ət üçün kəsilən heyvan kimi rəftar edirlər. Habilin zəmanəsindən bəri ilanın nəsli müqəddəs nəslə qarşı amansız mübarizə aparır. Bu, Məsihdən öncəki dövrdə belə idi və Məsih bizə xəbər verib ki, məsihi imanlılar düşmənin daha çox amansız zərbələrindən əziyyət çəkəcəklər, buna görə biz əziyyətə təəccüblənməməliyik (1Yəh. 3:13). Məsih Özü bunun ən bariz nümunəsi olmuşdur.

Ağır əziyyət çəkdiyin zaman, təqib olunduğun, evini, yaxud işini itirdiyin zaman, Allahın Oğlu sənə sevinməyi və şadlanmağı əmr edir. Hazırkı dövrün əziyyətləri sənin və başqa imanlıların nail olacağınız izzətlə heç müqayisə edilməz. Bəs niyə qüssələnirsən? Sevin, şadlan, şükür elə, çünki Allahın Padşahlığı yaxınlaşıb!

Allah Onun yolunda əziyyət çəkənlərin qayğısına qalır və onlara vəd edir ki, bu dünyada nə itirsələr, hətta Onun yolunda şəhid olsalar belə, axırda heç nə itirməzlər, çünki səmada Allahın hüzurunda olmaq bu dünyadan qat-qat çox yaxşıdır.

Səni təqib etdikləri kimi, peyğəmbərləri də təqib ediblər, onlarla da kobud rəftar ediblər. Məgər sən düşünürsən ki, sənin səmaya gedəcəyin yol onlarınkından fərqli olacaq? Məgər Yeşayaya istehza etməyiblər? Məgər Elişanı təhqir etməyiblər? Bu cür rəftar sənə qəribə gəlməsin, əziyyətlərinə görə deyinmə. Səndən əvvəl bir çox müqəddəs adamların bu iztirablı yoldan keçdiklərindən təsəlli al və onların izi ilə getməyi özünə şərəf bil. Onların əziyyətlərdən keçməsi üçün kifayət olan lütf sənə də verilib. O ki qaldı düşmənlərinə, onlar başqa nəslə, qədim zamanlarda Rəbbin elçilərinə lağ edənlərin nəslinə məxsusdurlar.

Nə olur-olsun, “Sevinin və şadlanın!” Əziyyətlərə dözmək, səbir etmək, pisliyə pisliklə cavab verməmək kifayət deyildir. Məsihin adı uğrunda əziyyət çəkmək şərəfinə layiq görüldüyünə görə sevinməlisən, bu şərəfi yüksək qiymətləndirməlisən, çünki bunun dəyəri bütün əziyyət və rəzalətlərdən üstündür. Bu demək deyil ki, biz əziyyətlərimizə görə qürurlanmalıyıq (qürur hər şeyi korlayır), ancaq biz Paul kimi əziyyətlərimizə məmnuniyyətlə dözməliyik (2Kor. 12:10), çünki Məsihin həmişə bizimlə olduğunu və bizi əsla tərk etməyəcəyini bilirik.

DUA: Sənə şükürlər olsun, ey Səmavi Atamız, çünki Sən bizi lütf ilə Özünə övlad eləmisən! Qorxu və inadkarlığımızı bağışla! Məsihin səbrini, paklığını bizə öyrət! Sənin sülhün, barışığın barəsindəki Müjdəni vəz etməyimiz üçün bizə qüvvət və cəsarət ver! Dostlarımız, qohumlarımız bizi rədd edəndə, sən bizi qoru ki, biz bizə nifrət edənlərə xeyir-dua verə bilək, bizi incidənləri sevə bilək, bizi təqib edənlərə görə dua edə bilək! Bizi sevincdə və bəxtiyarlıqda möhkəmləndir, çünki Sən bizimləsən, hətta daxilimizdəsən! Sənin müqəddəs adın naminə bu saat əziyyət çəkənlərə təsəlli ver!

SUAL:

  1. Əziyyət çəkən imanlıların mükafatı nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:34 AM | powered by PmWiki (pmwiki-2.3.3)