Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 078 (Paul’s List of the Names of the Saints in the Church of Rome)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

4. Paul Romadakı imanlılar cəmiyyətindən tanıdığı müqəddəslərin adlarını çəkir (Romalılar 16:1-9)


ROMALILAR 16:1-9
1 Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm. 2 Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib. 3 Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin. 4 Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 5 Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın. 6 Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin. 7 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın. 8 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin. 9 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.

Paul bu Məktubunda aşağıdakı mövzüları işıqlandırmışdır:

1) Məsihi inancının əsasları;
2) Allahın seçimi;
3) İmanlıların həyat tərzi.

Məktubun sonunda Paul artıq təlim öyrətmir, onların cəmiyyətindən tanıdığı adamların adlarını çəkir. Onlar Paulun Məktubunu təcəssüm etdirən, təliminin doğru olduğunu sübut edən, cəmiyyəti onun təliminə və gəlişinə hazırlaşdıran adamlar idi. Millətlərin həvarisi Romadakı cəmiyyətə yad deyil idi, bəzi müqəddəsləri ilə tanış idi. Onların hamısı Məsihdə möhkəm idi, o dövrün Roma dövlətinin paytaxtında – Romada Müqəddəs Ruhun Məbədini təşkil edən diri daşlar idi.

Maraqlıdır ki, Paul burada ən birinci “bacımız Fibi” dediyi bir qadının adını çəkir. Fibi özünü imanlılar cəmiyyətində yoxsullara, xəstələrə, qəriblərə xidmət etməyə həsr edən fəzilətli məsihi qadın idi. Yunanıstanın Korinf şəhərinin şərqi limanı olan Kenxreyadakı imanlılar cəmiyyətində rəsmi xidmətçi idi. Göründüyü kimi, Fibi xüsusən əcnəbilər və azad edilmiş kölələr ilə bağlı olan hüquq və gömrük işlərinə bələd idi. Paul ilə yoldaşlarına səyahətlərində kömək edən bu bacı, güman ki, Romada bir problem çıxdığı təqdirdə, ona yenə kömək edəcəkdi. Paul paytaxtdakı imanlılar cəmiyyətinin rəhbərlərindən bu bacını müqəddəs kimi qəbul etmələrini və nə ehtiyacı varsa, ona kömək etmələrini xahiş etdi. Ola bilir ki, Paulun bu Məktubunu Romaya aparan elə Fibinin özü idi. Fibi o dövrdə Orta Şərqdə güclü şəxsiyyəti ilə tanınmış bir qadın idi.

Fibidən sonra Paul Priskila ilə əri Akilanın adını çəkir. Onlar Paulu Efesdə qalmağa yer və iş ilə təmin etmişdilər, fəsahətli müjdəçi Apollosa Müjdəni daha dəqiq başa salmışdılar (Həv. 18:2-26). Paulun öncə arvadın, sonra isə ərin adını çəkməsi maraqlıdır. Çünki onların ikisi də Paulun həyatını xilas etdiklərinə görə öz canlarını təhlükəyə atmışdı və Kiçik Asiyadakı bütün imanlılar onların fədakar xidmətlərinə görə minnətdar idilər. Görünür ki, bu cütlük sonradan Romaya köçmüş və evində məsihi toplantılarının keçirilməsinə yol açmışdı. Paul onların evində toplanan cəmiyyətin üzvlərini salamlayır və onları özünün Allahın lütfü haqqındakı təlimin şahidləri sayırdı.

Ondan sonra Epenetin adı çəkilir. Paul onu “sevimli qardaşım” adlandırdı. O, Asiyada Məsihin yolunu tutmuş birinci adam idi və imanlılar onu Məsih ilə birləşdirən halqa sayırdılar. Epenet daha sonra paytaxt Romaya köçdü və İsanın izi ilə gedərək yolunu başa çatdırdı.

Epenetin ardından Paul Məryəmə salamını yetirir. Məryəm Roma imanlılar cəmiyyətində yorulmaq bilmədən xidmət edən sadiq bacı idi. Bəlkə də o, Paula və yoldaşlarına daha öncə Yunanıstanda və Anadoluda kömək etmişdi. Paul Məryəmin Məsihin şagirdlərinə tam paklıqla müntəzəm xidmət etdiyinə şəhadət edirdi.

Bundan sonra Paul Romada məskən salmış yəhudi mənşəli imanlı Andronikos və Yuniyanın adlarını çəkir. Paul kimi Binyamin qəbiləsindən olan bu iki qardaş Paulun Yaqubun övladlarından biri olması barədə həqiqətin şahidi idilər. Onlar Roma zindanında yatıb, Paulla birlikdə Məsihin əziyyətlərində iştirak etmişdilər. Onlar Pauldan öncə imana gəlmiş və Yerusəlimdəki imanlılar cəmiyyətinə qoşulmuşdular. O biri həvarilər də onlara hörmət göstərirdi.

Paulun sadaladığı növbəti üç adam Ampliyat, Urban və Staxisdir. Ampliyat və Staxis hələ də qul idilər. Paul Ampliyatı “Rəbdə mənə sevimli olan” adlandırdı. Bu göstərir ki, insanların həqarətlə baxdığı bu cəfakeş adam ruhu ilə Məsihin ruhani Bədəninə daxil olduğu vaxt çox böyük çərəfə nail olmuşdu. Paul Staxis barədə də “mənə sevimli olan” dedi. O da imanlılar cəmiyyətində şükür edilməyə layiq bir xidmətçi idi. Urban isə əsil romalı idi. O, çoxdandır, Paulla əməkdaşlıq edən möhtərəm adam idi, buna görə də Paul onu xidmətdə şəriki, həmkarı, Məsihdə köməkçisi hesab edirdi. Romadakı cəmiyyətlərin hamısı onu tanıyırdı.

Romadakı cəmiyyətdə başlanğıcdan bəri azadlar ilə qulların birləşdiyini və Məsihdə ruhani birlik təşkil etdiyini dərk etmək çox mühümdür. Bundan biz anlayırıq ki, Müqəddəs Ruh irqi, cinsi, sosial fərqlərə əhəmiyyət verməz, kişi ilə qadın, azad ilə qul, yəhudi ilə başqa millət arasında ayırd etməz, çünki Məsihdə hamı bərabərdir və ruhani birliyə nail olar.

DUA: Ey göylərdə olan Atamız, Səni ucaldırıq, zira Sən İsa Məsihdə, Onun Müqəddəs Ruhunun rəhbərliyi ilə Romada evlərdə toplanan cəmiyyətlər qurmuşdun. Biz çox sevinirik ki, bu cəmiyyətlərdə azad və qul, kişi və qadın, varlı və kasıb, yəhudi və başqa millətlər – hamı Sənin Oğlunun adı ilə yığılır, Məsihdə mübarək ruhani birliyə nail olurdu!

SUAL:

  1. Romadakı imanlılar cəmiyyətinin üzvlərinin adlarından nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)