Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 040 (In Christ, Man is Delivered)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

6. Məsihdə olan adam günahdan, ölümdən, mühakimədən azad olmuşdur (Romalılar 8:1-11)


ROMALILAR 8:1
1 Deməli, indi Məsih İsada olub cismani təbiətə görə yox, Ruha görə rəftar edənlərə heç bir məhkumluq yoxdur.

5-7-ci fəsillərdə həvari Paul pozğun təbiətimizdən öz gücümüzlə xilas ola bilməyəcəyimizi sübut edir. O həmçinin izah edir ki, Qanun bizə heç kömək etməz, əksinə, bizdə günahlı arzular əmələ gətirər və axırda bizi məhkum edər! Ölüm kölgəsi sümüyümüzə işləyib və günah xoş iradəmizin üzərində hökmranlıq edir. Beləcə Paul insanın öz-özünü xilas etməyə qadir olmadığını göstərərək, onun insan gücü və ya mənəvi-əxlaqi tərbiyəsi ilə pak həyat sürə biləcəyinə dair ümidini məhv edib boşa çıxardır.

Bu danılmaz sübutdan sonra həvari bizə Allahla yaşamağa aparan yeganə yolu göstərir. 8-ci fəsil məhz “Məsihdə” olan bu yeni həyatın əsaslarından bəhs edir.

İsayla birləşən adam Xilaskarın Hökmranlığına daxil olur. O artıq tənha, tərk edilmiş, yaxud zəif deyildir, çünki Rəbb onun yanında olur, onu qoruyur, ona qayğı göstərir. İmanlı öz-özlüyündə saleh deyildir, lakin özünü rəhmli Xilaskara təslim edir və Xilaskar onu saleh sayıb, təqdis edir, məhəbbətlə gözəlləşdirib, əbədi inayət verir! Məsih Özü imanlıda məskən salır, onu dəyişdirir, inkişaf etdirir, kamilliyə çatdırır! Həvari bu ruhani hala “Məsihdə olmaq” deyir. Paul imanlılar cəmiyyətində qalmaqdan bəhs etməyib, ancaq Məsihə bağlanmağımızı, Onun məhəbbətinə qərq olmağımızı istəyib!

İmanımız təkcə düşüncə və əqidə ilə kifayətlənmir, həmçinin müqəddəs həyat tərzi ilə gerçəkləşir, çünki Məsih çarmıxda qürurumuzu öldürüb, bizi yeni həyata diriltmişdir. Ona iman edən, Rəbbinə bağlanır və Ondan səmavi gücü alır. Bu sözlər boş fəlsəfə deyildir, lakin Müqəddəs Ruhun məskən saldığı milyonlarla imanlının təcrübəsidir! Məsihi və xilasını qəbul edən insana Allah Özü gəlib, onda məskən salır!

Müqəddəs Ruh sənin iztiraba düşmüş vicdanına təsəlli verir. O, misilsiz səmavi Himayədarın olaraq sənin yanında qalıb, səni şeytanın ittihamlarından qoruyur və müqəddəs Olanın adı ilə inandırır ki, sən Məsihdə saleh sayılmısan. Daxilində axan səmavi çaylar sənə bu pozğunlaşmış dünyada pak həyat sürmək qabiliyyətini verir! Paul 7-ci fəsildə dediyi kimi, Müqəddəs Ruhun enməsi insanın halını dəyişdirir, belə ki o cismani və zəif halda qalmır, amma Ruhun qüvvəsi ilə Allahın istədiyini etməyə qadir olur. Buna görə insan artıq istəmədiyi pisliyi etmir (7:19), amma Ruhun qüvvəsi ilə həyatında xilasın əzəmətini görüb, Allahın istədiyini edir və ürəyi Onun qüdrətində rahatlıq tapır!

Bu Ruh səni inandırır ki, ölümdən dilirmiş Olan qələbə çalır və mühakimə vaxtında da sənin yanında olacaq. O səni qolları üstündə daşıyıb, Allahın qəzəbinin alovundan keçirəcək, müqəddəs Olanın şüalarından qoruyacaq, Məsih İsada olanlara heç bir məhkumluq yoxdur!

O sənə bu gün yenə məsihi məhəbbətlə, səbirlə, sevinc və həlimliklə yaşamaqda kömək edəcək. Ona görə deyil ki, sən özün bu məziyyətləri göstərə bilirsən. Ancaq ona görə ki, sən meynənin budağı kimi daim Məsihdə qalırsan. Buna görə Rəbb sənə belə deyir: “Məndə qal, Mən də səndə qalacağam və sən çox bəhrə verəcəksən!” Nə böyük ümidimiz var!

DUA: Ey müqəddəs Allah, Sənə səcdə edib, bizi qürurumuzdan və murdar əməllərimizdən xilas etdiyinə, bütün təqsirlərimizdən keçib saleh saydığına və iyrənclikdən təmizlədiyinə görə Səni ucaldırıq! Bizi Öz əbədi həyatına köçürtdüyün üçün Sənə həmd edirik, alqış oxuyuruq. Müqəddəs həyat sürək deyə bizi məhəbbətinlə satın almısan. Qoy bu dünyada çağırılmış olanların hamısı ilə birgə biz də əbədi olaraq Səninlə şəriklikdə olaq!

SUAL:

  1. 8-ci fəslin ilk cümləsinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)