Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)
8. Paulun Yerusəlimdən Qeysəriyyəyə köçürülməsi (Həvarilərin İşləri 23:23-35)HƏVARİLƏRİN İŞLƏRİ 23:23-35 Paul Dəməşq yolunda Rəbb ilə qarşılaşdığı anda atdan yerə yıxılandan bəri ata minməsini görməmişik. Burada isə görürük ki, o, onu təhlükələrdən, hücumlardan qoruyan yetmiş atlı və iki yüz piyada əsgərin əhatəsində at üstündə yol getməyə məcbur oldu. O vaxt Fələstindəki xalq Romadan son dərəcə narazı idi və Romaya qarşı qiyamın başlanması hər an gözlənirdi. Qiyam b.e. 69-70-ci illərdə baş verdi və bu qiyamın nəticəsində yəhudi xalqı kütləvi şəkildə qırıldı, bütün dünyaya səpələndi və iki min il boyunca ölkədən-ölkəyə qaçmağa məcbur oldu. İki gün yol gedəndən sonra Paul yetmiş atlının himayəsində Qeysəriyyəyə çatdı. Atlılar həvarini valiyə təslim etdilər və eləcə də komandirin göndərdiyi məktubu ona çatdırdılar. O məktubda məhbusun Roma vətəndaşı olduğu bildirilirdi. Bu məlumat vəziyyəti dərhal Paulun xeyrinə dəyişdirdi. Yəhudilər Romalını öldürməyə cəhd etmişdilər, buna görə komandir müdaxilə etməkdə və bu məhbusu çox əsgərin müşayiəti ilə göndərməkdə haqlı idi. Bu məktubda komandir həmçinin Paulun cinayətkar olmadığını və mədəni qanunu pozmadığını bildirmişdir. Onu zəncirə vurmaq və ya edam cəzasına məhkum etmək üçün ciddi bir səbəb yox idi, çünki ona qarşı irəli sürülən ittihamların hamısı yalnız yəhudilərin dini qanunlarına, Qanunun və Peyğəmbərlərin fərqli şərhinə aid idi. Məhz belə problemlər çox vaxt insanların ürəklərində kin və nifrət doğururlar. İş o yerə çatmışdı ki, komandirə qırx nəfərin sui-qəsd niyyəti barədə xəbər verilib. Buna görə minbaşı müttəhimi onu ittiham edən şəxslərlə birlikdə Qeysəriyyəyə, valinin yanına göndərmək və bu işin həllini valiyə təhvil vermək qərarına gəlib. Romalıların Qeysəriyyə şəhəri son dərəcə nizamlı bir şəhər idi, yəhudilərin sivilizasiyasının dindar hisslərlə, ehtiraslarla, təlaşla dolu olan mərkəzi Yerusəlimdən uzaq idi. Feliks Paulun Kilikiyanın Tars şəhərindən olduğunu öyrəndiyi zaman bu məsələni dərhal həll etməyə qərar verdi. Çünki uzaq Tarsda yəhudi qanunların, adətlərin sirlərini bilən yox idi. Paulu, özünün də yaşadığı Hirodun sarayında yerləşən zindana saldılar. Çox güman ki, əvvəllər Paulu sarayın zirzəmisinə yerləşdiriblər, çünki möhtərəm həvari orada qaldığı müddətdə, yerusəlimli qırx adamın sui-qəsdindən tamamən təhlükəsiz halda idi. Beləcə Paulun Romalılara Məktubunda yazdığı sözlər həyata keçdi: Paul bacı-qardaşlarından ona görə dua etməsini xahiş etmişdi ki, Allah onu imansız yəhudilərdən xilas etsin, Yerusəlimdəki möminlərə xidmət etsin və romalı imanlıların yanına gəlib onlarla birlikdə təsəlli tapsın (Rom. 15:30-32). Ancaq Allah həvarinin bu dualarına həvarinin düşündüyü kimi cavab vermədi, başqa cür cavab verdi: Paul Romaya Məsihin azad elçici olaraq deyil, məhbus olaraq gəlməli idi. Paul həbsdə ikən nə barədə düşündü? On gün bundan əvvəl o, Qeysəriyyədə idi, vaiz Filipin evində gecələmişdi, sonra Aqab peyğəmbər gəlib Müqəddəs Ruhla elan etmişdi ki, onu zəncirlər və bəlalar gözləyir. Ondan sonra Paul məbədin pilləkənində dayanıb, qəzəblənmiş izdihamın önündə şəhadət verdikdən sonra Rəbb gecə vaxtı ona göründü və Romada İsanın adına şəhadət edəcəyini söylədi. Roma o vaxt dünyanın mərkəzi idi. Gördüyümüz kimi, Paul öz həyatı üçün özü plan qurmazdı, öz arzusu ilə hərəkət etməzdi, lakin Məsih itaətkar qulu üçün plan qurar və onu Öz iradəsi ilə yönəldərdi. Bu, yəqin ki, Paulun həyatında ən çətin vaxt idi. Paul hələ də onun yardımına, məsləhətinə ehtiyacı olan cəmiyyətlərdən ayrılıb uzun günlər hərəkətsiz və fəaliyyətsiz olaraq həbsdə qalmağa məcbur oldu. DUA: Ey qadir Rəbbimiz, Sənə şükür edirik, zira Sən Öz qullarını onların planları ilə yox, Öz iradən və qərarın ilə aparırsan. Fəal şəhadət versinlər deyə, onları qoruyursan və dualarına qüvvətli cavab verirsən. Öz yolumuzu tutduğumuz üçün bizi bağışla və həmişə Müqəddəs Ruhun səsinə itaət etməyi bizə öyrət! Amin. SUAL:
|