Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 258 (Simon of Cyrene Bears Jesus’ Cross)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

24. Kirenalı Şimon Məsihin çarmıxını daşıyır (Matta 27:31-34)


MATTA 27:31-34
31 Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar. 32 Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. 33 Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə 34 Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi.
(Zəb. 69:21)

Qüdsün küçələrində İsa birdən ağır yükü altında yıxıldı. Qamçılanmış İsanın taqətdən düşmüş bədəni üçün bu, həddən artıq ağır yük idi. Biz bundan özümüzə dərs götürə bilərik ki, bəzən öz çarmıxımızı daşımağa gücümüz qalmayanda, başqalarının köməyinə ehtiyacımız olur. Romalılar kirenalı Şimonu görüb çarmıxı daşımaqda Məsihə kömək etməyə möcbur etdilər. Daha sonra o adamın oğulları (İsgəndər və Rufus) Romadakı imanlılar cəmiyyətinin fəal üzvləri olmuşlar (Mark 15:21; Rom. 16:13). Şimon Məsihin çarmıxını daşıdığı üçün bütün ev xalqına xeyir-bərəkət gəldi.

Əzab yürüşü şəhərin divarları xaricində İsanın çarmıxa çəkildiyi yerə gəlib çatanda, İsaya acı otlarla qarışıq sirkə içmək təklif olundu. Bu, çarmıx əzablarını bir az yüngülləşdirən içki idi. Lakin günahlarımızı şüurlu və tam şəkildə daşımaq istəyən İsa bundan imtina etdi.

Bəzi adamlar Kirenalı Şimonun guya İsanın yerində öldüyünü iddia edirlər. Ancaq ağrıkəsici içkini Şimona deyil, yalnız İsa Məsihə təklif etdilər, buna görə də qamçılanmış adam Şimon deyil, İsa idi. İsa döyülmüş, təhqir edilmiş, əyni qanına bulaşmış halda əsgərlərin arasında dayanmışdı və Onu çarmıxa çəkdilər.

DUA: Ey qadir Rəbb İsa, çarmıxını sona qədər daşıdığına görə Sənə şükürlər olsun! Bədəninin bu yükü daşımağa gücü qalmayanda, yanından keçən bir adamın onu daşımaqda Sənə kömək etməsinə izin verdin. Sənə yalvarırıq, büdrədiyimizə, çarmıxımızı daşımağa tab gətirə bilmədiyimizə görə bizi bağışla! Biz bundan təsəlli tapırıq ki, Sən, qadir Rəbb bizə çarmıxımızı daşımaqda kömək olursan. Sən üzərimizə Öz boyunduruğunu qoydun və onu bizimlə birgə daşıyırsan. Sənin köməyinlə biz həyatımızın məqsədinə çatırıq. Sən dövrün sonunadək daima bizimlə olacağını vəd etdin! Amin.

SUAL:

  1. Çarmıxı daşıyıb İsanın ardınca getmək nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)