Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 259 (Jesus Crucified Between Two Robbers)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

25. Müqəddəs Olan, iki quldur arasında çarmıxa çəkilir (Matta 27:35-38)


MATTA 27:35-38
27:35 Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 36 Sonra orada oturub Onun keşiyini çəkdilər. 37 Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. 38 O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi.
(Yəh. 19:24; Yeş. 53:12)

İnsanların Allahın Oğlunu çarmıxa çəkməsini təsvir edən yazarın heyrətdən ağlı dayanar, əlindəki qələm titrəyər. Hamımız təqsirkar, pis, cahil, rəhmsizik. Sən orada olsaydın, əsgərlərin Onu çarmıxa çəkməyinə mane olardınmı? Onun uğrunda özünü həlak edərdinmi? Axı biz eqoistik. Bir insanın başqasının uğrunda canını qurban verməsi nadir hadisədir. Ancaq Məsih, başqalarının uğrunda əzab çəkib ölməyə hazır olan qüsursuz məhəbbət idi. Ürəklərimiz soyuq və ölüdür, amma İsa bizə həyat vermək və bizi Öz məhəbbəti ilə doldurmaq üçün öldü.

Əsgərlər çarmıxa çəkdikləri adamlara heç əhəmiyyət verməzdilər. Onların hamısı yalnız öz xeyrini düşünərdi. Məsihin paltarı tək parça idi və kəsilsəydi, dəyərini itirərdi. Ona görə də əsgərlər onu kəsməkdənsə, püşk atdılar. Onlar bilirdi ki, bu, adi paltar deyil, baş kahinin tikişsiz paltarıdır. İsa bəşəriyyətin xilası üçün çarmıxa çəkiləndə “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34) – deyə dua etdi və duasının cavabını aldı.

Pilat yəhudilərə istehza etmək istəyib, çarmıxa çəkilmiş İsanın başı üzərində rəsmi ittihamı yazıb qoymuşdu: “Yəhudilərin Padşahı İsa budur”. Ağsaqqallar Pilata şikayət etməyə gəldilər, dedilər ki, onlar İsanı öz padşahları kimi qəbul etməzlər, çünki onların padşahları əsla iki quldur arasında asılmaz. Buna rəğmən, əsgərlər İsanı padşah kimi, bütün cinayətkarların başçısı kimi onların arasında baş yerdə asdılar.

Bəziləri İsanın çarmıxa çəkilməsinə etiraz edərək Onun yerinə Ona xəyanət edən Yəhudanın çarmıxa çəkildiyini iddia edirlər. Onlar deyirlər ki, Allah Yəhudanı Məryəm Oğluna, İsanı da Yəhudaya bənzər etmişdir. Onların fikrincə, romalılar aldanıb saleh Məsihin əvəzinə xain Yəhudanı edam ediblər.

Belə düşünənlər yanılırlar, çünki məlum olduğu kimi, Məsih çarmıxa çəkilmədən öncə Yəhuda artıq özünü asmışdı. Əgər həqiqətən Yəhudanı çarmıxa çəksəydilər, məgər o qışqırıb əsgərləri inandırmağa çalışmayacaqdımı ki, o, Məryəmin Oğlu deyil, əksinə, Onu satan adamdır? Bütün bu faktlar bu hekayənin, şahidlərin verdiyi məlumatlara və digər tarixi faktlara zidd olan uydurma olduğunu təsdiq edir.

İsanın anası da çarmıxın önündə dayanmışdı. Məgər o da Yəhudaya baxıb, Oğluna xəyanət edən bu adamı Oğlundan seçə bilməzdi? Məsihin yerində Yəhudanın çarmıxa çəkilməsi uydurma və yalandır.

DUA: Ya Rəbb İsa Məsih, Sənin əl-ayaqlarına vurulan mıxlar, əslində, mənim əl-ayağımı deşməli idi! Sən uca məhəbbətinlə məni azad etdin, təqsirimin cəzasını çəkdin, mənə salehlik verdin. Bilmirəm, Sənə necə şükür edim! Kömək et ki, Sənin Müqəddəs Ruhunla təqdis olunum, əmrlərinə görə yaşayım, adını ucaldım və yaxın gəlişini gözləyim!

SUAL:

  1. Rəbb İsa Məsihin çarmıxa çəkilməsinin başlıca səbəbləri nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:18 AM | powered by PmWiki (pmwiki-2.3.3)