Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Christ -- 01 (What do You Know of Christ?)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

1. MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?


Dünya hədəfinə doğru sürətlə gedir. Hər şeyin sonu yaxındır. Dinlə maraqlanan hər mömin insan Məsihin Allahdan təkrar gələcəyini bilir. O gün cahillər qorxuya düşəcəklər, çünki Məsihə və həqiqi qüdrətinə əhəmiyyət verməyiblər.

Bəlkə sən də indiki və əbədi həyatının "Məsihlə münasibətin necədir?" sualından asılı olduğunu hiss edirsən. Məsihin şəxsiyyətinin əsl mahiyyətinə varsan, özünü Ona açacaqsan, O da səni sevinclə dolduracaq. Onda həyatının bütün məsələlərinə tamamilə yeni bir gözlə baxacaqsan, çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. Məsih izzətlə gələndə sənə, "Mənim haqqımda nə düşündün?" deyə sual verəcək. Nə qədər ki gündüzdür, Məsihin həyatını birlikdə düşünək! Onda qəlbin təsəlli tapacaq və Məsihin lütfü və mərhəməti sayəsində bütün problemlərin həll olunacaq.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)