Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Christ -- 06 (Christ's Sufferings)
This page in: -- Arabic? -- AZERI -- Baoule -- Chinese -- English -- French -- Greek -- Indonesian -- Japanese -- Kyrgyz -- Russian -- Sundanese -- Turkish -- Ukrainian -- Uzbek

Previous Lesson -- Next Lesson

MÖVZU 8: MƏSİH HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?
Məsihin həyatı, qüdrəti və məhəbbətinə giriş

6. MƏSİHİN İZTİRABLARI HAQQINDA NƏ BİLİRSƏN?


Məsih öldü. Bu, danılmaz həqiqətdir. Məsih iztirab çəkəndən sonra öldü. Necə öləcəyini əvvəlcədən bildi və buna dair açıqca peyğəmbərlik etdi.

Bəs sən harada öləcəyini bilirsən? Şəhərdə, yolda, yoxsa yataqda? Qəzada, yoxsa öz əcəlinlə öləcəksən? Neçə yaşında, ayın neçəsində dünyanı dəyişəcəksən? Sən öləndən sonra qohumların necə olacaqlar?

Ölümümüzə dair heç məlumatımız yoxdur. Peyğəmbərlər belə, əcəllərinin nə vaxt olacağını bilmirdilər. Lakin İsa Məsih bilirdi – O, yəhudi ağsaqqalların və bütpərəst romalıların əlindən çox iztirab çəkərək Qüdsdə öləcəyini əvvəlcədən xəbər verib. Öləcəyi günü Öz azad iradəsi ilə qərarlaşdırıb. İsraillilərin günahlarına görə Allahın qəzəbinə uğramamaq üçün quzular qurban verdikləri böyük Pasxa bayramında öləcəyini qərarlaşdırıb. Beləliklə, İsa dünyanın günahını aradan qaldıran, Ona iman edən hər kəsi Allahın qızğın qəzəbindən xilas edən Allah Quzusu olaraq ölmüşdür. Məsihə iman edən hər kəs pak olacaq və əbədi olaraq saleh sayılacaq.

Məsih necə, nə vaxt və nə üçün öləcəyini əvvəlcədən xəbər verməklə qalmayıb, habelə ardıcıllarını üç gün sonra ölümdən diriləcəyinə inandırıb. Onun təntənəli dirilməsinə heç kəs mane ola bilməyib. İsa həqiqətən dirilmişdir!

İsa həmçinin belə demişdir: "Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var" (Yəhya 10:18).

Heç kəs nə vaxt öləcəyini bilmir və öz-özünü diriltməyə qadir deyildir. Məsih öldü – dünyanın günahlarını aradan qaldırdı və saleh sayılmağımız üçün canını qurban verdi. Həyat verən, Ona iman edən hər kəsin yolunda can verən Odur. Yer kürəmizdə İsa kimi ölüb dirilən başqa insan yoxdur! Məsihin ölümü Allahın bəşəriyyətə verdiyi böyük xeyir-duadır.

www.Waters-of-Life.net

Page last modified on September 17, 2015, at 08:25 AM | powered by PmWiki (pmwiki-2.3.3)