Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 065 (Do not be Proud)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 3 - Allahın salehliyi Məsihin ardıcıllarının həyatında zahir olur (Romalılar 12:1 - 15:13)

2. Qürurlanmayaq, lakin bizə verilən ənam ilə imanlılar cəmiyyətində Rəbbə xidmət edək (Romalılar 12:3-8)


ROMALILAR12:3-8
3 Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. 4 Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. 5 Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. 6 Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; 7 ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; 8 nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.

Paul burada quzularına nəsihət verən “çoban” kimi danışmır, onun sözləri bütün dünyada olan imanlılar cəmiyyətinə qəti əmr kimi səslənir.

Özün barədə həqiqətən olduğundan daha yüksək fikirdə olma, amma agah ol ki, sən özün heçsən və başqalarına yalnız zərər verirsən. Öz ruhani ənamını tanı və Məsihin səni hansı xidmətə çağırdığını anla; öz istədiyini etmə, hisslərinə təslim olma, lakin Məsihin rəhbərliyinə tabe ol və səbirlə ruhən yetkin adamların məsləhətlərinə qulaq as.

Sənin xidmətinin meyarı ənamın deyil, Məsihə olan imanındır. Çünki Məsih Öz məqsədlərini sənin xidmətin vasitəsilə həyata keçirməyə qadirdir. Onun qüvvəsi sənin işlərinin sirridir. Hər şeyi İsa ilə və İsada düşün, danış və et, onda sən həyatında Onun məhəbbətinin səmərəsini görəcəksən.

Səmərəli məsihilərin sirri ruhani birlikdir. Onların bu birliyi dünyəvi deyildir, Məsihdə ruhani vəhdətdir. Onlar Xilaskarlarının ruhani Bədəninə bənzəyirlər, çünki İsa onların vasitəsilə işləmək istəyir. Onlardan heç biri ayrı işləyib şöhrətlənmək istəmir, amma hər kəs bütün müqəddəslərlə birliyi qoruyur. Məsih sizin gücünüzdür və siz Məsihdə kamilliyə çatırsınız! Heç kəs bütün ənamlara malik deyildir, çünki Məsihin bədənində ayağın ürəyə, əlin başa, gözün iradəyə, barmağın beynə ehtiyacı var. Buna görə bir cəmiyyətdə imanlıların hamısı bir-birinə diqqət yetirərək birlik içində Rəbbə xidmət etməsə, səmərəli ola bilməz.

Sənin əlin ağlının istədiyinin əksini etsəydi və ya ayaqların gözünün gördüyünə xor baxıb səni uçuruma aparsaydı, çox axmaq bir şey olardı! Bədənin bütün üzvləri ilə birgə hərəkət etməyi öyrənməyən adam bədbəxt və ağılsız eqoist olaraq qalacaqdır.

Paul imanlılar cəmiyyətində olan bəzi ənamlarından bəhs edir. Yuxuya getmiş olanları oyadanlar Müqəddəs Kitabı bir kənara qoyub insanlara yalnız şəfqətlə danışmamalı, həm də Allahın Kəlamının hüdudlarından kənara çıxmadan, insanları hikmətlə Məsihə cəlb etməlidir.

Hər kəs imanlılar cəmiyyətində ehtiyacı olanlara əlində olan qabiliyyətləri, vaxtı, pulu ilə xidmət etməlidir; az danışmalı, çox işləməlidir. Özünü göstərmədən, sakitcə Məsihin müdrikliyi ilə başqalarına xidmət etməli və bunun əvəzində ona xidmət edilməsini və ya təşəkkür edilməsini gözləməməlidir. Ruhani müəllim İncildən və Allahın Ruhundan öyrəndiyi fikirləri nizama salıb, dinləyicilərinə yavaş-yavaş öyrətməli və kömək etməlidir ki, Allahın Kəlamını yalnız anlamaqla qalmasınlar, ona riayət də etsinlər. İnsanlara çoxlu mövzular barədə təlim verməkdənsə, bunları tədricən öyrətmək önəmlidir. Müəllim təlim öyrədərkən axar suların səsi kimi yeknəsəq və anlaşılmaz danışmamalı. Hər mövzudan bəhs edərkən, axırda açıq və sadə şəkildə əsas fikri yekunlaşdırmalıdır.

Ruhani qayğı və rəhbərlik ənamı olan bir kəs, dərdini danışan insanlara, sözünü kəsmədən, diqqətlə qulaq asmağı və beləcə onların ruhani problemlərini aşkar etməyi öyrənməlidir. Bundan sonra insanlara öz fikrini söyləməməli, amma hər konkret vəziyyətdə Rəbbin ona doğru sözlər verməsi üçün dua etməlidir. Məsihin xilasına maraq göstərən insanlarla müntəzəm surətdə görüşmək, onlara görə dua etmək və onlar Məsihdə dost olana qədər onlara etibar etmək də çox önəmlidir.

Paul dedi ki, pay verən müdriklik və səxavətlə verməlidir və ehtiyacı olana yardım etdiyini bildirməməlidir. İsa “Sol əlin sağ əlinin nə etdiyini bilməsin” dedi. Buna görə də sən şərəfli ad qazanmaq üçün deyil, yalnız İsanın xatirinə xidmət et!

İmanlılar cəmiyyətindən və ya bir xidmətindən məsuliyyət daşıyan adama başqalarının qarşıdurması, tənqidi, yaxud atilliyi təsir etməməlidir. Əksinə, o, İsanın yolunda qüvvət, həvəs və səbatla xidmət edərək onlara nümunə olmalıdır. Məhəbbətsiz edilən hər şey boş və mənasızdır!

Bütün bu ənamları və xidmətləri İsanın bu sözləri ilə yekunlaşdırmaq olar: “Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun” (Luka 6:36).

Bizi bu cür ilahi düşüncəyə alışdırmağa çalışan Paul yazmışdır: “Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi cani-dildən edin”. Məhəbbət məsihiliyin simvolu və şüarıdır!

DUA: Ey sevimli Rəbb İsa, biz məhəbbəti yeni öyrənirik və başqalarından bizə mərhəmət göstərmələrini gözləyirik. Sən bizim düşüncəmizi dəyişdir, qoy biz öz fikirlərimizə görə yox, Səndən aldığımız məhəbbətlə, səbirlə, səylə, imanla, qeyrətlə və əminliklə xidmət edək və həqiqətən iradəni yerinə yetirək! Bizi qürurdan qoru ki, biz şeytanın sınağına düşməyək!

SUAL:

  1. Yuxarıda bəhs olunmuş xidmətlərdən hansını bizim zəmanəmiz üçün ən önəmli sayırsan?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:38 AM | powered by PmWiki (pmwiki-2.3.3)