Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
1. Paulun yolunu azmış xalqına görə dərin iztirabı (Romalılar 9:1-3)ROMALILAR 9:1-3 Paul inadkar xalqının halını təsvir etməyə başlayarkən: “Məsihdə həqiqəti söyləyirəm…” deyir. Həvari müəyyən fəlsəfəni, yaxud öz fikirlərini söyləmək əvəzinə, çox əziyyətlə öyrəndiyi acı həqiqəti yazır. O özü bu əziyyətin səbəbkarı olmasa da, Məsihə iman etdiyinə görə əziyyət çəkmişdi. Əslində, Paul burada bizimlə öz etiqadını da bölüşmür – onun vasitəsilə İsa danışır, çünki Rəbb şagirdlərindən ibarət olan ruhani Bədəninin Başıdır, şagirdləri də bu Bədənin fəal üzvləridir. Paul oxucularını, iqrarının doğru olduğuna inandırır: “Mənim dediyimi vicdanım da Müqəddəs Ruhda təsdiq edir. Məsihim, Həqiqət Ruhu daxilində fəal olan Xilaskardır. Həqiqət Ruhu yalana, əyriliyə, hiyləyə, boş xəyallara yol verməz, ancaq Məsihin ardıcıllarını həqiqətə şəhadət etməyə həvəsləndirir və onlara etibarlı və kamil sözlər verir”. Həvarinin vicdanı onun ruhani kompası olmuşdu. Onun hissləri bu kompasın əqrəbini hərəkət etdirməzdi, çünki ürəyi yenilənib Müqəddəs Ruhun yönəltməsinə bağlanmışdı. Bu İlahi Ruh Paulun vicdanına rahatlıq vermiş, sözlərinə açıqlıq, şəhadətinə düzgünlük qazandırmışdı! Bu uzun girişdən sonra Paul nəyə şəhadət etdi?
Yolunu azmış xalqına baxan Paul öz doğmalarını, soydaşlarını görürdü. Cismən qardaş saydığı bu xalqı Allahın qəzəbindən xilas etmək üçün o, hər şey etməyə, canını qurban verməyə belə hazır idi. DUA: Ey Rəbb İsa Məsih, Sən Yerusəlimə görə ağladın (Luka 19:41), xalqının asiliyini, inadkarlığını görüb əziyyət çəkdin. Çarmıxda “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34) deyə dua edib, onların günahlarını bağışladın! Bizə kömək et, ya Rəbb, qoy biz də xalqımızı sevək və getdikcə artan allahsızlıq üzündən əziyyət çəkək! Qoy həm onlara, həm də Yaqubun nəslinə görə dua edək ki, sidq ürəkdən tövbə etsinlər, səni tanıyıb qəbul etsinlər! Amin. SUALLAR:
|