Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 026 (Abraham’s Faith was Accounted to him)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)
3. İbrahim və Davud imanla saleh sayılmanın misalıdır (Romalılar 4:1-24)

a) İbrahimin imanı ona salehlik sayıldı (Romalılar 4:1-8)


ROMALILAR 4:1-8
1 Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi? 2 Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox. 3 Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 4 Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır. 5 Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır. 6 Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır: 7 «Üsyankarlığı bağışlanan, günahı əfv olunan insan nə bəxtiyardır! 8 Rəbb tərəfindən təqsirkar sayılmayan insan nə bəxtiyardır!»

Paul Romadakı yəhudi mənşəli imanlıların yeni əhd səviyyəsində həqiqi imana çatmasına kömək etməyə çalışdı. Onlara əcdadları İbrahimi və Davud Peyğəmbəri misal gətirərək göstərdi ki, onlar yaxşı əməlləri deyil, imanları vasitəsilə bağışlanıblar.

İbrahim başqa insanlar kimi yaşayıb, nə onlardan yaxşı idi, nə də pis. Allah onun çoxlu günahlarından xəbərdar idi. Lakin qulu İbrahimin Onu çox istədiyini, ruhunda Ona itaət etməyə hazır olduğunu görən Allah-Taala onu şəxsən Özü çağırdı. Bu qoca bədəvi, Rəbbinin dəvətinə iman etdi və Allahın vədlərini dərindən, tam mənası ilə anlamasa da, Allahın Özünə güvəndi, vədinə sadiq olduğuna inandı. Bu imanı ilə o, Allaha izzət verdi və Allahın adını ucaltdı. İbrahim nə öz qüdrətini, nə də açıq-aydın acizliyini düşünüb, lakin Allahın qüdrətinə və qeyri-məhdud imkanlarına ümid bağlayıb. İbrahimin bu inamı və Allahla iman əlaqəsi mənəvi sonsuzluğunu yatırıb. İbrahim müəyyən əqidəni düzgün anladığına görə saleh sayılmayıb, möhkəm və sarsılmaz imanına görə saleh sayılıb. O özü saleh deyil idi, ancaq imanı ona salehlik sayıldı. İbrahim bizim kimi günahkar idi, lakin özünü Allaha təslim edərək dəvətinə cavab verib, sözünə diqqət yetirib, vədini qəbul edib və ürəyində qoruyub.

Dördüncü fəsildə təkrar-təkrar oxuyuruq ki, bu növ iman imanlıya salehlik sayılır. “Ona salehlik sayıldı” ibarəsi Reformasiyasnın şüarı olmuşdur. Öz imanı ilə Allahı şərəfləndirən, çarmıx barəsindəki Müjdəni qeydsiz-şərtsiz qəbul edən və həyatını Məsihin üzərində quran hər kəs tamamən saleh sayılır və onun salehliyi Qanuna riayətindən və ya şəxsi cəhdlərindən asılı olmur.

Allahın Kəlamında sənin yalanın, murdarlığın, məhəbbət azlığın barədə deyilənləri eşitmisənmi? Mühakimə ediləcəyinə inanırsanmı? Peşmanlıq çəkirsənmi, tövbə edirsənmi, günahlarının bağışlanmasını istəyirsənmi? Qəlbən sınsan, özünü aşağı tutsan, Müqəddəs Ruh çarmıxa çəkilmiş Allahın Oğlunun surətini gözlərin önündə canlandıracaq: O, əllərini sənə uzadaraq belə deyir: “Təqsirlərini bağışlamışam, sən öz-özlüyündə saleh deyilsən, amma Mən səni saleh sayıram. Təmiz deyilsən, amma Mən səni büsbütün təqdis edirəm!”

Allahın Kəlamını eşitmisənmi? Kəlamı sənin küt zehninə, daş ürəyinə, səthi ruhuna təsir etmişdirmi? Rəbbinin sözlərini qəbul et, xilas Müjdəsinə iman et, çarmıxa ümid bağla, onda Allah səni həqiqətən saleh sayacaqdır! Çarmıxa çəkilmiş Məsihi imanınla izzətləndir, onda sən Onunla şərikliyində təqdis olunacaqsan!

Allahdan ilham alaraq ilahi oxuyan padşah Davud günahkar adam idi və ilahi əfvi, lütf ilə saleh sayılmanın sirrini öyrəndi. O, gözəl məzmurları ilə qürurlanıb lovğalanmayıb, güclü zəfərləri ilə özünə bəraət qazandırmayıb, alovlu duaları, yaxud comərd ianələri ilə fəxr etməyib, lakin Rəbbin lütfü ilə günahları bağışlanan adama bəxtiyar deyib! Sənə Məsihdə bəxş edilən salehlik, Allahın ənamlarından ən böyüyüdür!

DUA: Ey böyük və müqəddəs Allah, bizə Oğlunda bəşər olmuş Kəlamı verdiyinə və Onun çarmıxı vasitəsi ilə bizə salehlik bəxş edən lütfünə görə Sənə həmd edirik! Vədlərini eşidib anlayaq və Sənə iman edək deyə, qulaqlarımızı aç! Hər yerdə Sənə ümid bağlayanlarla birgə bizə də əvəzsiz olaraq verdiyin salehliyə görə Sənə minnətdarıq. Dost-tanışımıza bu dəvəti qəbul edib, Oğlunun çarmıxının qüvvəsini yaşamaqda kömək ol!

SUAL:

  1. İbrahim və Davud necə saleh sayıldılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.3.3)