Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 008 (The Righteousness of God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

c) Biz imanda qaldıqca, Allahın salehliyi bizdə mökhəmlənir və gerçəkləşir (Romalılar 1:16-17)


ROMALILAR 1:16
16 Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir.

Paul romalıların “Müjdə” (yevangeliye, İncil) sözündən geniş istifadə etdiklərini bilirdi. Bu sözün hörməti var idi, çünki Romada “Müjdə” sözü qeysərin evindən gələn xoş xəbər olaraq başa düşülür və paytaxtın əhalisi tərəfindən həmişə çox böyük maraqla qəbul olunurdu.

Paul xilas barəsindəki Müjdəni bağlanğıcdan qeysərin evindən elan edilən xəbərlərlə bir səviyyəyə qaldırdı. Sanki belə deyirdi: “Mən Fələstində yerləşən kiçik müstəmləkədən gətirdiyim bu Xəbəri paytaxtda elan etməkdən utanmıram. Sizə müjdələdiyim Xəbər budur: vahid Allahın yeganə Oğlu vardır. Əzəldən bəri Allahdan qaynaqlanan Oğul Öz ilahiliyində bizə yaxınlaşmaq, ölüm və dirilməsi ilə bizi xilas etmək üçün bəşər oldu. Mənim Xəbərim müvəqqəti olaraq qeysər olan adamın fani körpəsinin doğulması barədə deyildir, mən əzəli Atanın fani olmayan Oğlunun doğulmasını müjdələyirəm! Qeysərin “müjdə”ləri sizə onun fəthlərini, hərbi zəfərlərini müjdələyirsə, mənim elan etdiyim Müjdə dünyanın günahdan, ölümdən, şeytandan, Allahın qəzəbi və mühakiməsindən azad edilməsi barədədir! Sizi inandırıram ki, mənim Müjdəm Romadakı bütün “müjdə”lərdən üstündür, çünki ülvi, əbədi, qüvvətli, əzəmətli və izzətli Müjdədir. Bu Müjdə fəlsəfələr, kitablar, boş ümidlər əsasında qurulmayıb, qeysərin evinə məxsus olmayan, bütün kainata məxsus olan bir Adamla bağlıdır”.

Romalılar yəhudilərin “Məsih” dedikdə nə nəzərdə tutduqlarını çox yaxşı anlamırdı. Yalnız Məsihin “məsh olunmuş” mənasına gəldiyini başa düşürdü. Bəlkə də onlar “məsh” sözünü qeysərə məxsus bir şey kimi anlayırdı, çünki qeysər dünyəvi vəzifəsi ilə yanaşı baş kahin sayılırdı. Qeysərin şəxsində siyasi, hərbi və qanunverici səlahiyyətlər birləşirdi, bundan əlavə o, bərəkət və sülhün vasitəçisi kimi ruhani xidmətini yerinə yetirir, xalqı allahlar və ruhlarla barışdırırdı.

Məsih isə izzətlidir, rəblərin Rəbbidir, Onun taxtı bütün taxtlardan üstündür, göydə və yer üzündə bütün səlahiyyət Ona verilmişdir. O, həqiqi Baş Kahindir, Allahın önündə yeganə Vasitəçi və Vəsatətçidir!

Beləliklə, Paul öz Müjdəsinin başlanğıcında Məsihin Allahın Oğlu olmasını və ilahi təbiətini açıqca elan etməklə qalmadı, həm də Onun Rəbb, Hakim, Padşah, Hökmdar, Barışdıran olduğunu və o dövrdə yalnız qeysərə verilən “Dünyanın Xilaskarı” adına layiq olduğunu elan etdi.

Allahın Oğlunun varlığı və müxtəlif xidmətləri barəsindəki bu Müjdə sadəcə olaraq mücərrəd bir fikir deyil, daşa dönmüş ürəkləri yumşaltmağa qadir olan böyük qüdrədir! Bu qüdrət bütün yaradılışın qüvvələrindən üstündür, çünki Allahın bütün qüdrəti Müjdənin içindədir! Ağ vərəq üzərində yazılmış qara hərflərdən Allahın səsi gəlir. Bu sözlər, onları diqqətlə oxuyan adamda yeni həyat yaradır və çağırılmış olanları təzələyir! Sən də bu həyat Kitabını, ən müqəddəs Kitabı başqa kitablarla yan-yana rəfə qoyma, onu xüsusi bir yerə qoy, çünki bu Kitab bütün başqa kitabları mühakimə edəcək! Allah kamil olduğu kimi, İncil Kitabı da kamildir, güclüdür, yeni dünyanı yaratmağa qadirdir!

Məsihin Müjdəsinə görə dünyaya gəlmiş Allahın bu qüdrəti, günah dolu dünyamızı məhv etmək üçün deyil, xilas etmək üçün gəldi! Allah bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. Səmavi Atamız diktator deyildir, Oğlunun Müjdəsini heç kəsə zorla qəbul etdirmir, ancaq hər kəsə əvəzsiz olaraq Onun həqiqətini qəbul etmək fürsətini verir. Kim ürəyini Məsihin sözlərinə açır və Ona etibar edərək, həyatını təslim edirsə, Allahın qüdrətini daxilində hiss edir və təcrübəsində yaşayır! İman etmədən xilas olmaq qeyri-mümkündür. Hər imanlı Allahın Oğlu ilə birləşir və Məsih Öz ilahiliyini onda yaşadaraq, onu təmizləyir, təqdis edir, canlandırır!

Məsih üçün ürəyini açan hər kəs imanı ilə əbədi xilasa nail olur. Allahın Oğluna inanmaq, xilasa aparan yeganə yoldur. İman vasitəsilə adamın günahları bağışlanır və o, ölümdən dirilir. İman, Romalılara Məktubun önəmli bir anlayışıdır, çünki iman olmadan, Allahını tanıya və qüvvətini hiss edə bilməzsən. Ancaq imanla sən saleh sayılırsan və əsil həyata nail olursan!

Bu gözəl həqiqəti ilk əvvəl dərk edənlər yəhudi olublar, halbuki onların əksəriyyəti Məsihi rədd edib və nifrətlə çarmıxa çəkdiriblər. Yalnız az sayda yəhudilər Məsihi tanıyıb, Ona iman gətirib, Müqəddəs Ruhla dolub və Allahın məhəbbətində qalıblar. Müqəddəs Üçlüyün qüvvəsi indiyə qədər ilk həvarilərin şəhadəti vasitəsilə bəşəriyyətə axır!

Yəhudilərin azlığı Məsihin xilasını qəbul edəndən sonra yunanlar və başqa xalqlardan olan insanlar da Müjdəyə ürəyini açıb xilas oldular. Onlar bildilər ki, bu Müjdə təkcə sözlərdən ibarət deyildir, imanlıları yaşayan Məsihlə əbədi əhddə birləşdirən Allahın qüdrətidir.

Əziz qardaşım, əgər sən Məsihin Müjdəsini (İncili) diqqətlə oxumusansa, Onun sözləri üçün ürəyini açmısansa, İsanın ilahiliyinə inanaraq duada Ona müraciət etmisənsə, onda çarmıxa çəkilmiş və ölümdən dirilmiş Məsihi öz Xilaskarın, böyük Baş Kahinin, qüdrətli Padşah və dünyanın Xilaskarı olaraq tanıyacaqsan! Cəsarətli ol və həyatını başdan-başa Müjdənin təməli üzərində qur, o zaman Allahın qüdrəti sənin zəifliyində ucalacaqdır!

DUA: Sənə alqışlar olsun, ey Allah Ata, Oğul və Müqəddəs Ruh, çünki Sən Məsihin Müjdəsində Özünü tanıdırsan, bizi imanla təmizləyirsən və bütün dolğunluğunla bizdə yaşayırsan! Biz həmçinin ona görə Səni ucaldırıq ki, Romalılara Məktubun hər hərfində və bütün Əhdi-Cədiddə Sənin ecazkar qüdrətin işləyir. Gözlərimizi, zehnimizi aç, qoy biz Sənin səsini eşidək və Sənə güvənək, qoy bütün həyatımızı Sənə həsr edək və bizə yol göstərəcəyinə inanaq!

SUAL:

  1. Sənin fikrincə, 16-cı ayədə ən önəmli olan nədir? Niyə?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)