Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 004 (Identification and apostolic benediction)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

a) Salam və həvari xeyir-duası (Romalılar 1:1-7)


ROMALILAR 1:5-7
5 Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq 6 Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız 7 Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza…

Həqiqətən, İsa Məsih Allahın bütün ənamlarının açarıdır. Nə peyğəmbərlər, nə müqəddəslər, nə də Bakirə Məryəm – İsadan savayı heç kəs Allahın önündə sənin üçün vəsatət edə, sənə lütf və bərəkət verə bilməz. Səmavi Ata İsa Məsihə görə dualarımıza cavab verir, çünki yalnız Məsih Allahın önündə bizim üçün vəsatətçilik edir! Onun adı, dualarımızın Allaha gedib çatdığı və ruhani ənamların Allahdan bizə verildiyi kanaldır. İsadan başqası bizi Allahla barışdırmayıb. Biz eləcə də Ondan bol lütf alırıq və bu lütf ilə əfv, barışıq, xilas və salehliyə nail oluruq. İlahi xeyir-duaların hamısı bizim layiq olmadığımız lütfdən başqa bir şey deyildir!

Paulun bu Məktubunun əsası lütfdür. Paul əvvəllər imanlılar cəmiyyətini təqib edən adam olduğu üçün, bu lütfü öz həyatında yaşamışdı. Onu xilas edən nə hədsiz həvəsi, nə duaları, nə xeyirli işləri idi. O yalnız Məsihdə olan mərhəmət sayəsində xilas oldu. Buna görə də Paul hər kəsə bu böyük, mütləq lütf barəsindəki Müjdəni vəz edirdi. Məsih sənə də lütf, əfv və barışıq vermişdir!

Əziz qardaşım, bu lütfün mahiyyətini dərk və iqrar edəndən sonra, sən də əvəzsiz olaraq verilən salehliyin carçısı kimi hər yerdə bu lütf barəsindəki xəbəri yayacaq, Allahın məhəbbətini müjdələyəcəksən. Müqəddəs Ruh bu xəbəri sənin ürəyinə qoyubmu? Yoxsa sən hələ də günahlarının əsarətində qalıb sıxılırsan və susursan?

Lütf barəsindəki xəbəri anlayan hər kəs Allahı və Məsihi sevir və lütf dolu əmrlərinə əməl edir. “İmana itaət” ibarəsinə gəlincə, Paul bunu dedikdə insanın lütfə verdiyi cavabı nəzərdə tutur. Allah istəmir ki, biz kin və üsyan ilə məcburən Ona itaət edək. O istəyir ki, biz Xilaskarımıza şükür edərək, sadiq olaq və özümüzü Ona həsr edək! “İmana itaət” ibarəsinin mənası Paulun “İsa Məsihin qulu” sözlərində ən yaxşı əks olunur. Paul könüllü olaraq Məsihin qulu oldu. Bəs sən Məsihin qulu olmusanmı? Allah-Taala bütün zamanlarda və hər yerdə yaşayan insanların təqsirlərini Məsihin adı naminə bağışlayıb! Bəşəriyyət üçün bundan daha qiymətli bir xəbər bilmədiyimizə görə tanıdığımız hər adamı Allaha itaət etməyə, Məsihi sevməyə və lütfünün qüvvəsini dadmağa dəvət edirik. Bəs sən dost-tanışını hər cür lütf və neməti Verənə iman və itaət etməyə dəvət etmisənmi?

Romadakı imanlılar cəmiyyətinin üzvləri, Paul yaxud başqa bir kəs tərəfindən deyil, birbaşa Məsih tərəfindən çağırılıblar. Əsil imanın sirri budur ki, adam adamı xilasa çağırmır, çünki heç kəs başqasından yaxşı deyildir. Biz sadəcə olaraq Rəbbimizin əlindəki alətlərik. İsa ardıcıllarını Özü seçir, Özü çağırır və onlar İsanın ölüləri dirildən səsini ürəklərinin dərinliyində eşidirlər! “İmanlılar cəmiyyəti” dedikdə İsanın çağırışını eşidib, ümidsiz və bədbin camaatdan ayrılmış, özlərini məhəbbətlə Allahın xidmətinə həsr etmiş adamlardan ibarət olan cəmiyyət nəzərdə tutulur. Bəs sən İsa Məsihin çağırdığı adamlardansanmı, yoxsa hələ boş və mənasız həyat sürürsən, ömrünün qiymətli illərini puç edirsən? Bizim inancımız çağırış, dəvət inancıdır.

Bu ilahi dəvəti qəbul edən hər kəs Allahın sevimlisi olur! Məsihilərin kim olduğunu izah edən bu sözlər necə gözəldir, ecazkardır! Məsihilər, Haqq-Taalanın yaxınlarıdır, tanıdıqlarıdır, Onun önündə hörmətə malik olanlardır! Bundan əlavə, Məsihdə Allah Özü onların səviyyəsinə enib, Məsihin qurbanı vasitəsilə onları Özü ilə şərikliyə layiq edib! Allahın məhəbbəti insan məhəbbətindən qat-qat təmizdir, böyükdür, valideynin öz övladına sevgisindən, bəy və gəlin arasındakı məhəbbətdən belə, dərin və müqəddəsdir. Bu ülvi, ilahi məhəbbət əsla tükənməz! Sən də Allahın sevimlisisənmi? Onun məhəbbəti ilə dolub, müqəddəs həyat sürürsənmi?

Məsih bizi bağışlayan, itaətkar olmağa, Onun ardınca getməyə çağırıb. Lakin bu vəsflərin zirvəsi müqəddəslikdir! Heç kəs öz-özlüyündə müqəddəs deyildir, ancaq bizi satın almış Xilaskarla birləşərək biz Müqəddəs Ruhu qəbul etməyə layiq görülürük! Yalnız lütf vasitəsilə biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız oluruq. Bütün müqəddəslər dünyadan ayrılmış, Allaha xidmət etməyə təyin olunmuşlar. Onlar artıq özlərinə, yaxud yaxınlarına məxsus deyillər, müqəddəs işlər etmək üçün Allaha məxsusdurlar! Sən də lütf ilə həqiqətən müqəddəs olanlardansanmı?

DUA: Ey müqəddəs Allahımız, Sən Özün müqəddəs olduğun kimi, bizi İsa Məsihdə müqəddəs olmağa çağırmısan! Biz öz haqsızlığımızı etiraf edərək Sənə yalvarırıq, bildiyimiz, bilmədiyimiz – bütün günahlarımızdan keç. Bizi o qədər çox sevdiyin, Məsihin qanı ilə təmizlədiyin, Müqəddəs Ruhla təqdis etdiyin üçün Sənə şükür edirik! Həyatımızı büsbütün dəyişdir, qoy biz Sənə məxsus olaq, bütün qüvvəmizi, vaxtımızı Sənə həsr edək və Sən bizi sevdiyin kimi Səni sevək!

SUAL:

  1. Lütf nədir və insan lütfə necə cavab verir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)