Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 005 (Identification and apostolic benediction)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Giriş: Allaha şükürlər və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunun açılması (Romalılar 1:1-17)

a) Salam və həvari xeyir-duası (Romalılar 1:1-7)


ROMALILAR 1:7
7 …sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!

Paulun Məktublarının çoxunun başlanğıcında yazılmış olan bu həvari xeyir-duası Paulun teoloji biliyini yekunlaşdırır, həvari səlahiyyətinə işarə edir, oxucunu bol xeyir-dualarına şərik edir! Bu sözlərdə axan lütf selinə özünü at! Bu sözləri ürəyində düşün, hər kəlmədən həzz ala-ala, Allahın bolluğunu qəbul et!

Həvari Paul ilk öncə kamil lütfdən bəhs edir, çünki sən itmiş, həlak olan günahkarsan, ancaq Allah səni sevir və həlak olmağını istəmir. Allah Öz vahid Oğlunun xatirinə artıq səni mühakimə etmir, əksinə, saleh sayır. Lütf, Allahın məhəbbətinin qanuni şəklidir. Müqəddəs Olan, Özü ədalətli olur və eyni zamanda saleh sayılmağa layiq olmayan səni saleh sayır. Allahın bütün ənamları, dualarının cavabları sənə tamamilə lütf əsasında verilir, çünki sən yalnız Allahın qəzəbinə layiqsən!

Lakin Məsihin ölümündən bəri Allahın önündəki mövqeyimiz dəyişilib. Keçmişdə biz günahlarımızdan ötrü Allahın düşmənləri idik, indi isə İsanın çarmıxda tamamladığı barışığa görə sülh vardır. Əzəldən müqəddəs Olan bizi müqəddəsliyi ilə həlak etməyəcək. Məsih ölümdən dirildikdən sonra şagirdlərinə dediyi ilk sözlər “Sizə sülh olsun!” (yaxud: sizə salam) olub. İsa Qanunun tələblərinin hamısını yerinə yetirib və bizi təmizləyən Məsihin qanı sayəsində artıq heç bir şey bizi Allahın önündə məhkum etmir!

Məsihin hədsiz lütfünü qəbul edən və Allahla barışıb sülh içində yaşayan adam bu böyük möcüzəni qavrayır ki, hər şeyə hökmran olan Yaradan zalım deyildir, O istəməz ki, biz dəhşət və qorxu ilə Ona səcdə edək. Çünki O bizi sevən, qayğımıza qalan Atamızdır. O bizi heç vaxt tərk etmir, bizə sonsuz səbir göstərir. Əhdi-Cədiddə “Atamız Allah” ibarəsindən gözəl sözlər yoxdur. Bu teoloji təlim Məsihin Özündən gəlir və Allahın Ata obrazı inancımızdakı yeni əmrdir. İsa məhz ona görə çarmıxa çəkilib ki, biz təmizlənək, övladlığa götürülək, yenidən doğulaq, əbədi həyata nail olaq və Allah bizim Atamız olsun, biz də Onun övladları olaq!

Sən İsa Məsihi tanımısanmı? Onun əzəmətini və təvazökarlığını dərk etmisənmi? O bir şəxsdə həm İnsan, həm də Allahdır. O bizi satın almaq üçün izzətindən məhrum olub, Özünü çox aşağı tutdu. Canını bütün insanlar üçün kəffarə qurbanı olaraq verdikdən sonra İsa Atasının yanına qalxdı və indi böyük izzət və şərəf içində Atanın sağında oturur, çünki O, dünyanı Allahla barışdırdı və buna görə Allahın bütün səlahiyyətini irs olaraq aldı. İsa Rəbbin Özüdür! Bəs sən Onu Rəbb olaraq qəbul etmisənmi? O sənin həyatını idarə etmək, səni təmizləmək, təqdis etmək, istədiyi yerə göndərmək istəyir!

DUA: Ey Səmavi Ata, Sən İsa Məsihdə mənim də Atamsan! Mən itmiş, murdar halda ikən, Sən məni Öz övladın kimi seçmisən! Böyük ehtiramla Sənin pak ayaqlarının altına yıxılıb, Sənə səcdə qılıram! Səni sevirəm, bütün həyatımı, pulumu, qüvvətimi, vaxtımı Sənə və Sənin Oğluna verirəm! Sən məndən Öz istədiyin kimi adam düzəlt, qoy mən Sənin adına ləkə gətirməyin, amma Sənin Ata adına layiq həyat sürərək, Səni izzətləndirim! Oğlun İsanı bütün günahkarların xilası üçün dünyaya göndərdiyinə görə Sənə şükür edirəm! Əbədi həmdlərlə Sənə səcdə qılıram!

SUAL:

  1. Həvari xeyir-duasının hansı sözlərini həyatın üçün ən önəmli və ən təsirli sayırsan?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:43 AM | powered by PmWiki (pmwiki-2.3.3)