Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 068 (Founding of the Church at Iconium)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

4. Konyadakı imanlılar cəmiyyətinin qurulması (Həvarilərin İşləri 14:1-7)


HƏVARİLƏRİN İŞLƏRİ 14:1-7
1 Konyada Paulla Barnaba Yəhudilərin sinaqoquna birlikdə daxil olub elə danışdılar ki, həm Yəhudilərdən, həm də Yunanlardan ibarət böyük kütləni imana gətirdilər. 2 Amma inanmayan Yəhudilər başqa millətlərdən olanları qızışdıraraq onları imanlıların əleyhinə qaldırdılar. 3 Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə Öz lütfü barədə kəlamı təsdiqlədi. 4 Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri Yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı. 5 Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir edərək daşqalaq etmək üçün bir sui-qəsd hazırladı. 6 Bundan xəbər tutan bu həvarilər Likaoniyanın Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar. 7 Orada da Müjdəni yaydılar.

Paulla Barnaba Anadoludakı Antakyadan qaçmadılar, lakin İsa Məsihin zəfər yürüşünü davam etdirdilər. Anadolunun başqa bir kommersiya mərkəzi olan Konyaya getdilər. Konyada onlar yenə hər şeydən əvvəl yəhudi sinaqoquna getdilər, çünki yəhudilərin xilas Müjdəsini birinci eşidəcəklərinə dair Əhdi-Ətiq peyğəmbərliklərini yerinə yetirmək istədilər.

Tezliklə Konyada Məsihə iman edən yəhudilərdən və təzələnmiş bütpərəstlərdən ibarət olan canlı bir imanlılar cəmiyyəti yarandı. Luka bizim üçün 13-cü fəsildə Paulun Konyadakı vəzinin bir nümunəsini vermişdir. Böyük kütlənin Məsihin Padşahlığına gəldiyini görən sinaqoq rəisi dilxor olub, Paulun Tövrat şərhinə qarşı çıxaraq, çarmıxa çəkilmiş İsaya, yaşayan Rəbbə küfr etdi. Paulun heç niyyətində olmayan qəti ayrılma baş verdi. Bu ayrılmanın səbəbi Paulun Müjdəni düzgün çatdırmaması, təkəbbürlü davranışı və ya xudbinliyi deyil idi, həqiqi Müjdəni elan etməsinin qaçılmaz nəticəsi idi. Allahın Kəlamı xilas edər və ya inadkarlaşdırar, azad edər və ya əsarətə salar. Biz imanlılar cəmiyyətində ruhən təmizlənməni, Müjdənin yolunda həlimliklə ayrılmanı böyük lütf saymalıyıq.

Niyə yəhudilərin əksəriyyəti Nazaretli İsaya, çarmıxa çəkilmiş Məsihə, göylərin Rəbbinə iman gətirməyib? Luka yazır ki, yəhudilər biliyə, idraka, Müqəddəs Ruhun cəlb etməsinə baxmayaraq, iman etmək istəməyiblər. Zehinləri və iradələri ilə Allaha qarşı çıxıblar, lütfü qəbul etməyə hazır olmayıblar. Çünki öz dinini və salehliyini öz əməlləri və bəşəri qabiliyyətləri üzərində qurublar. Buna görə onlar Məsihə təslim olmayıblar, Özünün Allaha aparan yeganə yol olduğunu elan edən Xilaskara nifrət etdilər. İndiki dövrdə də həmçinin Qanuna bağlanan, Qanunun göyə aparan doğru yol olduğunu düşünən adam Məsihi qəbul etməyə hazır olmur. Bu yazıq insan günah içində batdığını anlamadan öz-özünü aldadır. Öz möminliyinə arxalanan adam tövbə etmir, günahlarını etiraf etmir, qəlbən sınmır. Özündən razı ikiüzlü adam Xilaskar İsaya ehtiyacı olmadığını zənn edir, Xilaskarın ona uzatdığı əli özündən itələyir. Bəs sənin İsaya ehtiyacın varmı? Özünün nə qədər zəif və günahdan kirlənmiş olduğunu dərk edirsənmi? Gecə gündüz Xilaskarına bağlı qalırsanmı?

Luka Paulla Barnabanı qardaş adlandırdı, çünki onlar Müqəddəs Ruhun qardaşlığında böyük məhəbbət, həlimlik və razılıqla birgə xidmət etdilər. Onlardan heç biri özünü düşünmədi və müstəqil olaraq heç bir iş görmədi. Onlar birgə dua etdilər və Məsihin zəfərini birgə elan etdilər.

Özlərinə qarşı nifrətin getdikcə artdığını hiss edən iki qardaş qaçmadı, amma yeni cəmiyyətlərə Məsihin qüvvəsi ilə şəhadət etməyə davam etdi. Cəmiyyətdə iman artdıqca, şəfalar, möcüzələr və əlamətlər baş verirdi, bütün bunlar yaşayan Məsihin onların arasında olduğunu sübut edirdi. Müjdə yayılır və güclənirdi. Məsihin lütfü o vaxtdan bəri indiyədək tükənməyib, Məsih şəhadətini qüvvətləndirmək üçün imanlılara Öz ənamlarını verməyə hazırdır. Deməli, lütf və iman həvarilərin vəzlərinin əsas ünsürü idi.

Yəhudi sinaqoqunun bölünməsi bütün şəhərə təsir etdi və ailələr ikiyə bölündü: yəhudiləri dəstəkləyən tərəf onların kommersiya maraqlarına önəm verirdi və şəhərdə sakitliyi qorumağa çalışırdı. Onlar bu yeni təlimə dözə bilmir, Paulu xalqı təşvişə salan bir adam kimi qovmaq istəyirdi. O biri tərəf isə Məsihin qüvvəsini hiss edib, Onun zəfərini istədi. Şəhərdə ruhani oyanışın baş verməsini istəyən bu adamlar Allahın xeyir-duası üçün dua etdilər.

Bu yeni təlim qədim ənənə ilə toqquşurdu. Dəyişilmək istəməyənlər Allahın məhəbbətinə can atanlara necə qalib gələcəklərini bilmirdi, çünki həvarilərin əməlləri və sözləri qaranlıq gecədə parlayan ulduzlar kimi idi. Ruhani yolla Paulla Barnabaya qalib gələ bilmədiklərini görən yəhudilər şəhər başçıları və yüksək vəzifəli şəxslərlə əlbir olub həvariləri daşqalaq etməyə qərar verdilər. Qanunpərəst ruhları Müqəddəs Ruhun azadlığına qalib gələ bilmədiyindən, onlar zorakılığa və qətlə əl atdılar.

Həvarilər bu pis niyyəti görüb Konyadan başqa şəhərə getdilər, çünki Məsihin yolunda ölmək Rəbbin yeganə əmri deyildir. Onun yolunda yaşamaq, Onun adı ilə xidmət etmək, Kəlamını yaymaq çox vaxt daha önəmli olur. Buna görə də Müqəddəs Ruhun sənə konkret vəziyyətində nə buyurduğuna diqqətlə qulaq as. İsanın adına görə əzab-əziyyət çəkməli olsan, səni təhqir etsələr, sənə böhtan atsalar və təzyiq göstərsələr, təəccüblənmə. Millətlərin həvarisi şəhərdən şəhərə, ölkədən ölkəyə qaçmağa məcbur olub və hər dəfə ruhlanıb. Onu təqib edənlərin nifrətinə əhəmiyyət vermədən, hansı vaxt olursa-olsun, Məsihin böyük xilasını müjdələyirdi. Sən də, ey qardaş, dua et və Müqəddəs Ruhun səsinə qulaq as. Susma, amma Məsihin böyük məhəbbətini elan et və göydən gələn qüvvəyə bürünəcəksən!

DUA: Ey Rəbb Məsih, Sənə şükür edirik, çünki Sən Paulla Barnabanı qüvvətləndirdin və onlar təqiblər və əziyyətlər içində ruhdan düşmədilər! Sən onlara güc-qüvvət verdin, yol göstərdin, onları ruhlandırdın və onlar Sənin müqəddəs adını ucaltdılar. Bizə kömək et ki, heç kimdən qorxmayaq, amma cəsarət və müdrikliklə, Müqəddəs Ruhun qüvvəsi ilə adını izzətləndirək!

SUAL:

  1. Niyə Paulla Barnaba şəhərdən şəhərə qaçırdı?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:06 AM | powered by PmWiki (pmwiki-2.3.3)