Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 015 (Edification through the Ministry)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

7. Həvarilər camaata nəsihət verərək xidmət edirlər (Həvarilərin İşləri 2:37-41)


HƏVARİLƏRİN İŞLƏRİ 2:37-38
37 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» 38 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız...»

Müqəddəs Ruh sidq ürəkdən tövbə edib, keçmişini rədd etməyən adamda məskən sala bilməz. Hər günah Allaha və Məsihinə qarşı cinayətdir. Buna görə Müqəddəs Ruh səndə məskən salmazdan əvvəl sənin ürəyindən itaətsizliyi və dikbaşlığı təmizləyəcək və sən Allaha xidmət etmək üçün azad olacaqsan. Müqqəddəs Ruhun bu mühakiməsi eyni zamanda ən böyük lütfdür. Qəlbən əzilərək, Müqəddəs Ruhun məzəmmətini və mühakiməsini qəbul edən hər kəs artıq əbədi həyata keçdiyi üçün son məhkəməyə daxil olmayacaq.

Müqəddəs Ruhun küləyini eşidib şagirdlərin evinə gələn yəhudilər Peterin əzəmətli sözlərindən təsirləndilər, vicdan əzabı çəkdilər, özlərini yaşayan Allahın önündə duran hiss etdilər və həlak olan dikbaş qatillər olduqlarını dərk etdilər. Özlərinə bəraət qazandırmağa cəhd etmədilər, öz təqsirini müzakirə etməyə başlamadılar. Ancaq qorxu ilə “Bəs biz nə edək?” deyə kəkələdilər. Bu sualdan biz iki şeyi öyrənirik:

Birincisi, Allahın Ruhu tərəfindən ifşa edilmiş adamın aciz vəziyyəti – o, yolunu azmış olduğunu anlayır və çıxış yolunu, həll yolunu görmür. Onun özünə arxayınlığı tamamilə darmadağın olur, necə ki Peter İsanı üç dəfə inkar etdikdən sonra xoruz banlayanda özünə güvənməkdən azad olmuşdur.

İkincisi, qəlbi sınmış insan Allahın Kim olduğunu və bizim üçün nə etdiyini dərk etmir. O yalnız təlaşlı ürəklə: “Xilas olmaq üçün nə etməliyəm?” deyə soruşa bilər. Bununla bərabər o, özünü xilas etməyə qadir olmadığını yaxşı anlayır. Bütün əməllərimiz müqəddəs Olanın qarşısında boş və batil, murdar və faydasız görünür, çünki hər insan təbiətcə yalançıdır, hər şeyi özü etmək istəyir və Allahın onu xilas etməsinə yol vermir. Adi insan özünü islah etməyə çalışır, öz səyləri ilə salehliyə nail olmağa cəhd edir, özünü xilas etməyə can atır. Axıra qədər öz qüdrətini göstərmək istəyir, onun pis və pozğun “mənliyi” məhkəmənin son anına qədər onu əsir tutur və buraxmaq istəmir.

Şükürlər olsun ki, Peter tövbə edənlərə nə etmək barədə öz məsləhətlərini vermədi. O onlardan yeni düşüncə və biliyi və İsaya iman etmələrini tələb etdi. İnsanın ruhani “inqilabı” cismində və ya ağlında deyil, zehninin dərinliyində baş verir. Bizim fikirlərimiz, hisslərimiz, iradəmiz dəyişilməli və təzələnməlidir; bu, diktator ölkələrində tətbiq edilən “beyin yuyulması” kimi deyildir, lakin yeni əhddə tövbə edənlər öz istəyi ilə özlərini Allahın təmizləyici qüvvəsinə təslim edirlər. Onlar Məsihin və həvarilərinin sözlərini eşitməyə və anlamağa başlayırlar və bu sözləri sevinc ve şükürlə qəbul edirlər.

Peter qəlbi sınmış adamlara belə dedi: “Pis işlərinizdən, özünüzü xilas etmək cəhdlərinizdən əl çəkin, həyatınızın korlandığını və Allahın önündə itaətsizliyinizi etiraf edin! Özünüzü müqəddəs olanın əlinə təslim edin! Onda sizin məqsədləriniz, ümidləriniz, qayələriniz qurtaracaq və sizin üzərinizdə Allahın iradəsi hökmranlıq edəcək”. Allaha tərəf dönmək insanın həyatında istiqamətini tamamilə dəyişməsi, dünyəvi məqsədlərindən, eqoistlikdən Allaha tərəf dönməsi deməkdir. Biz Allaha tərəf dönəndə Onun məhəbbətinin əsiri oluruq!

Allaha yaxınlaşaraq məhkum olduğumuz, müqəddəs Olana dönərək məyusluğa qapıldığımız tamamilə aşkardır. Tövbə edən adamın Allahın önündə qorunmağa ehtiyacı var. Buna görə Peter ona qulaq asanları İsa Məsihin adı ilə vəftiz olmağa çağırdı. Vəftiz günahlı köhnə mənliyin ruhani “intiharı” və könüllü olaraq Xilaskarın tərəfinə keçməsi deməkdir. Məsihdə vəftiz olanlar suda boğulan pozğun adama bənzəyir. O boğulub ölür, sonra isə ilahi lütf ilə təzələnərək, yenidən doğulur. Allahın lütfü onu qurtarır və ucaldır. O, Ata Allahı izzətləndirmək üçün Məsihin salehlik ənamını əldə edir. Vicdanımızın dərinliyində günahdan təmizlənmək vəftizin ilk bəhrəsidir. İmanla, vəftiz vasitəsilə Məsihlə birləşən adamın alnına gözəgörünməz tərzdə Rəbbin adı yazılır. Belə adam Allahın Oğlu sayəsində Allahla barışır və təqdis olunur.

Vəftizin ikinci bəhrəsi Müqəddəs Ruhu qəbul etməyimizdir. Vəftizçi Yəhya bilirdi ki, onun tövbə üçün su vəftizi sadəcə olaraq rəmz idi; o vəftizin bircə faydası, bizi Məsihin vəftizinə hazırlaması idi. Yəhya açıqca elan etmişdir: “Məndən sonra gələn məndən üstündür. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək!” Əllinci Gün bayramında bu sözlər həyata keçdi. Allahın Oğlu, tövbə edib Onun adına iman edən qatilləri, suda vəftiz olduqları təqdirdə Müqəddəs Ruhla vəftiz etməyə hazır idi. Özlərini tamamilə inkar edən məsihilər imanla Rəbbin Hökmranlığına daxil olurlar. Həqiqətən, Allahın məhəbbəti hər ağıldan üstündür.

Bəs sən vəftiz olub, Müqəddəs Ruhu almısanmı? Təkcə tövbə mərasimi Müqəddəs Ruhun vəftiz olan adamda məskən salmasına zəmanət verməz. Çünki vəftiz, xəstəyə vurulan iynə kimi deyildir. Müqəddəs Ruh istədiyi yerdə hərəkət edir və iman olmadan vəftiz olmağın faydası yoxdur. Sən öz xudbinliyini boğaraq vəftizini təsdiq et, qoy Məsih səndə dirilsin və məhəbbətində zahir olsun. Onda sən Onunla birlikdə əbədi yaşayacaqsan. Müqəddəs Ruhla vəftiz olanların əlamətlərini bilirsənmi? Bunlar məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaqdır. Sən bunları Müqəddəs Ruhdan ənam olaraq almısanmı?

DUA: Ey Səmavi Ata, sevimli Oğlunun vasitəsilə vəd etdiyin Ruhu insanlar üzərinə tökdüyünə görə Sənə minnətdarıq! Sənə səcdə qılırıq, həmd edirik, hər imanlının Sənin Pak Ruhunla dolmasını Səndən diləyirik! Bizi Öz məhəbbət və ədalətinlə doldur və qoy biz Müqəddəs Ruhunun həqiqətləri haqqında mübahisə etməyək, amma rəhmli Oğlunun adından möhkəm tutaq!

SUAL:

  1. Biz Müqəddəs Ruhu necə qəbul edirik və O hansı şərtlərlə imanlılarda məskən salır?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:55 PM | powered by PmWiki (pmwiki-2.3.3)