Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 241 (Jesus’ Struggle in His Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

10. İsanın Getsemanidə etdiyi dua (Matta 26:39)


MATTA 26:39
39 İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun».
(Yəh. 6:38; 18:11; İbr. 5:8)

Məsihin yerə qapanaraq Ataya səcdə etməsi, əzab çəkdiyi zaman ilahiliyindən məhrum olduğuna heç də işarə etməz. Ancaq Onun Özünü aşağı tutması bizi xilas etmək üçün idi. İsanın duada söylədiyi sözlər, Onun xilasımız üçün nə qədər mübarizə apardığını göstərir.

Səcdə edən İsa Allaha “Ey Atam!” deyə xitab etdi. Çünki O, bizim günahlarımız üçün Atasından ayrıldığından əziyyət çəkib Onunla birləşməyə can atırdı. İsanın Allahın Oğlu olduğundan, Atasının Onu sevdiyindən heç şübhəsi yox idi. Biz də dərdlərimizdə Allahın Atamız olduğundan təsəlli alırıq. Biz də Allaha Ata kimi müraciət etməliyik, baxmayaraq ki, hər günaha qarşı Onun qəzəbi alovlanır. Biz Allaha bu cür yaxınlaşa bilirik, çünki Məsih bizim əvəzimizə Allahın qəzəb kasasını içdi. Getsemani bağında dua edərkən İsa Onun içməsi üçün hazırlanmış olan bu kasanı gördü.

Məsih insan təbiətində bu acı kasanın Ondan yan keçməsini və mümkünsə, Allahın xilas planının çarmıxsız tamamlanmasını arzulayırdı. Lakin Oğul hər bir işdə Öz iradəsini tamamən Atanın iradəsinə tabe etmişdi. Bu iman mübarizəsində İsanın tam Allah olduğu kimi, həm də tam insan olması təsdiqləndi. Bəli, İsanın insan iradəsi var idi, lakin insani iradəsi həmişə ilahi iradəsi ilə bir idi.

Məsih bəşəri təbiətində çox kədərlənir, əzab çəkir, ölmək istəmirdi. Digər yandan, Onun ilahi təbiəti üçün Atasının Onu tərk etməsi dözülməz idi. Lakin böyük əzabları və yaxınlaşan ölümünə baxmayaraq, O, Atanın iradəsinə zidd olanı istəmirdi.

DUA: Ya Rəbb İsa Məsih, biz Səni sevir və ucaldırıq, çünki Sən bizim əvəzimizə ölüm dəhşətinə tab gətirmisən. Bizim günahlarımızın cəzası üçün Atan tərəfindən tərk edilməkdən əzab çəkmisən. Ancaq Sən Özünü düşünmədən, Atanın iradəsini seçmisən, dərdlərimizi Öz üzərinə götürüb daşımısan, bizim layiq olduğumuz qəzəb kasasını bizim əvəzimizə içmisən. Bizə kömək et, həmişə Səni sevək və əmrlərinə riayət edək! Əzab-əziyyətinə, uca məhəbbətinə şükürlər olsun!

SUAL:

  1. Niyə İsanın qəlbini qəm-qüssə çulğadı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)