Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 242 (Pray Lest You Enter into Temptation)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

11. Dua edin ki, sınağa düşməyəsiniz (Matta 26:40-41)


MATTA 26:40-41
26:40 İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? 41 Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür».
(Ef. 6:18; İbr. 2:18)

Məsih dua edərək ölümlə savaşır, var gücü ilə iblisə qarşı dururdu, eyni zamanda şagirdlər, hətta ən yaxın üç şagirdi belə dərin yuxuya dalmışdılar. Onlar İsa ilə oyaq qalmağı bacarmadılar, Onun ən çətin vaxtında Ona qardaş kimi qulluq etmədilər, yəni Onun üçün dua etmədilər. Ən kritik anda şagirdlərin hamısı sınağa düşdü.

Rəbb İsa onları sevgiylə məzəmmət etdi. O Öz təcrübəsindən bildiyini söylədi – insan cisminin zəif, qorxaq olduğunu, çarmıxını daşımaq istəmədiyini elan etdi. Müqəddəs Ruhun köməyi olmadan heç kəs Allaha xidmət edə bilməz. Ancaq daima dua edən, Ruhdan qüvvət alaraq imanda böyüyən, düşmənlərini sevən adama qələbə verilir. Buna görə sən də sınağa düşməmək üçün hər gün Müqəddəs Kitabı oxu və yaxşı vəzlərə qulaq as. Biz bilirik ki, bəşəri təbiətimiz tez sınağa düşməyə meyillidir, lakin biz gərək ruhdan düşməyək, tam inam və ümidlə yaşayaq.

Möhtərəm oxucu, yaşayan Rəbdən sənə dua ənamı verməsini dilə və həm özünə, həm də dost-tanışına görə dua et. Çünki Səmavi Atan sənin iman dolu dualarını gözləyir.

DUA: Ya Rəbb İsa, Sən Bəşər Oğlusan və Allahın Oğlusan. Çox böyük sınaqdan keçib itaəti öyrənmisən, duada öz insan iradənə qalib gəlmisən, Səmavi Atanı Özündən çox sevmisən, Allahın iradəsinə tabe olmusan. Bizə ruhən itaət etməyi öyrət, qoy biz öz istədiyimizi etməyək, lakin Sənin planını dərk etməyə çalışaq və həyatımızda Sənin iradəni yerinə yetirmək üçün Səndən qüvvət alaq!

SUAL:

  1. “Ruh həvəsli, cisim isə gücsüzdür” kəlamı nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)