Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 234 (Shrouding of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

3. Məsih dəfn üçün hazırlanır (Matta 26:6-13)


MATTA 26:6-13
6 İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən 7 bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü. 8 Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür? 9 Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı». 10 Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü. 11 Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam. 12 Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı. 13 Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın».
(Luka 7:36-50; Yəh. 12:1-8; Qanun. 15:11)

Qədim yəhudi xalqında padşahlar, kahinlər, peyğəmbərlər, Müqəddəs Ruhun onların üzərinə enib onları xüsusi qüdrətlə təmin etməsinin rəmzi olaraq, məsh olunurdu. Lazarın bacısı Məryəm də Müqəddəs Ruhdan ilhamlanaraq, Məsihin başına xoş ətirli yağ töküb Onu məsh etdi. Məsih həqiqi “Məsh olunan” – Allahın tam bütövlüyünün bədəncə yaşadığı Şəxs idi. Onun dəfni üçün məsh olunması da Atanın iradəsi ilə olub – bu qadın çox sevdiyi Məsihin izzəti naminə qiymətli xəzinəsini fəda edib.

Biz özümüz və ya başqaları bir şeyi Rəbbə fəda edəndə, bunu israfçılıq zənn etməkdən özümüzü gözləməliyik. Vaxtımızı, pulumuzu Onun xidmətinə sərf etmək əsla israfçılıq ola bilməz. Bunlar bizə “suların üzünə buraxılan” çörək kimi görünə bilər, amma üstündən günlər keçəndən sonra biz bunları yenə taparıq (Vaiz 11:1).

Şagirdlər bu qiymətli yağın İsanın başına tökülməsini israfçılıq saydılar. Lakin İsa onlara belə dedi: “Bu qədər yağ sizin ölkənizin adətinə görə vəfat etmiş adamın ölü bədəninə tökülsəydi, buna heç israfçılıq deməzdiniz”. Bu qadının yağ tökdüyü bədən ölü bədəndən heç də pis deyil idi və qadının məhəbbətlə etdiyi bu işin qiyməti çox böyük idi. Bu, israfçılıq deyil, Məsihin ölümə hazırlanması idi.

Məsihin şagirdləri düşündülər ki, bahalı yağ satılmalı və əldə edilən pullar ac və yoxsul adamlara paylanmalı. Məsih isə Məryəmin xeyirxahlığını yüksək qiymətləndirdi və bu qadını Allahın önündə ucaltdı, onun xidmətini bütün dünyada şöhrətləndirdi və hər kəs bildi ki, Məryəm bu yolla İsanın bədənini çarmıxa çəkilməyə və dəfn olunmağa hazırlayıb.

DUA: Ya Rəbb İsa, Sənə həmd edirik, çünki Sən bu qadının Səni qiymətli yağla məsh edərək, bədənini bizim üçün qurban ölümünə və dəfninə hazırlamasına yol vermisən. Şagirdlərinə bu ibrət dərsi verdiyinə görə Sənə şükür edirik – onlar bahalı yağa baxa-baxa, Sənin ölüm vaxtının yaxınlaşdığını anlamırdılar. Sən bizə öyrətmisən ki, xidmət etməli olduğumuz yoxsullar həmişə bizim yanımızdadır. Onlar bunu bilməsələr də, Sən onların uğrunda ölmüsən. Bizə yol göstər, qoy biz Müqəddəs Ruhun rəhbərliyi ilə müdrik şəkildə onlara xidmət edək və onlar da Sənin lütf və məhəbbət Ruhun ilə dolsunlar!

SUAL:

  1. “Yoxsullar həmişə sizin yanınızdadır” sözlərinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:14 AM | powered by PmWiki (pmwiki-2.3.3)