Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 233 (Consultation against Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

2. İsaya qarşı sui-qəsd hazırlanır (Matta 26:3-5)


MATTA 26:3-5
3 O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar. 4 İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar. 5 Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
(Luka 3:1-2)

Daha öncə Məsihi öldürmək üçün dəfələrlə məsləhətləşən yəhudilər bu vaxt başçı kahinlər və ağsaqqalların iştirakı ilə daha ciddi məşvərət keçirdilər. Başçı kahinlər xalqın dini məhkəməsini, ağsaqqallar isə dünyəvi məhkəməni təmsil edirdilər. Qanunla bağlı məsələlərdə ali məclisə məsləhət verən ilahiyyatçılar da o məşvərətdə iştirak etdilər. Onlar Məsihə qarşı hazırlanan sui-qəsddə əlbir oldular.

Yəhudi başçılar Məsihə nifrət etdilər, çünki O onların ikiüzlülüyünü, təqsirlərini ifşa edir, onları tövbə edərək Ona iman gətirməyə çağırırdı. Lakin onlar İsanı Allahın Oğlu deyil, kafir saydılar. Onun ardınca gedən izdihamlara, böyük qüdrətinə şəhadət edən möcüzələrinə görə Ona paxıllıq etdilər. Məsihi hiddətlə rədd edib, xalqı yoldan çıxardan yalançı, şeytan adlandırdılar, gizlicə Onu öldürmək barədə plan qurdular. Baş kahin Qayafanın həyətində toplaşan bu adamlar Məsihi məhv etmək üçün məsləhətləşirdilər.

Onların gizli məşvərətindən xəbərdar olan Məsih onlardan uzaqlaşdı. O, misilsiz Allah Quzusu olaraq məhz Allah tərəfindən təyin olunmuş vaxtda – Pasxa günlərində öləcəkdi. O istəyirdi ki, hər kəs Allahın bəşər olmasının səbəbini və məqsədini bilsin. Buna görə İsa, düşmənlərinin planlaşdırdığı vaxtda deyil, Özünün istədiyi vaxtda öldü.

DUA: Ya Rəbb İsa Məsih, Sən xalqının başçılarının Səni çarmıxa çəkdirəcəyi vaxtın gəlib çatdığını öncədən bilirdin. Lakin Sən quzular qurban verilən vaxt, Pasxa günlərində ölməyi qərara almışdın. Sən dünyanın günahını aradan götürən tayı-bərabəri olmayan Quzu olduğunu göstərmək istədin. Onların planı alınmadı, amma Sən Özün o qaranlıq gecədə addımbaaddım Öz taleyini müəyyən etdin. Çarmıx yolunu əzmlə axıra kimi tutduğun üçün Sənə izzət və şükürlər olsun!

SUAL:

  1. Niyə ali məclis Məsihə qarşı hökm çıxara bilmədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:13 AM | powered by PmWiki (pmwiki-2.3.3)