Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 232 (Jesus Prophesies His Death)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

1. İsanın Öz ölümü barədəki peyğəmbərliyi (Matta 26:1-2)


MATTA 26:1-2
1 İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: 2 «İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».
(Çix. 12:1-20; Mat. 20:18)

Matta Müjdəsinin əzəmətini tanımağa can atan hər kəs İsanın Rəbb, Padşah, dünyanı mühakimə edən Hakim olduğunu dərk etməlidir. Bütün səlahiyyət Ona verilib, bütün insanların həyatı Onun əlindədir. Onun bəşəriyyətin üzərində ağalıq edən zalımlar kimi olmaması, əksinə, bütün dünyanın günahını aradan qaldıran Allah Quzusu kimi Özünü bəşəriyyət yolunda fəda etməsi necə də heyranedicidir! İlahi qurbanın əzəməti dərrakəmizdən üstündür. Ona iman edib tövbə edən günahkarlara Allahın salehliyi bəxş olunur. Padşah Özü ölümə getdi, belə ki xalqı Onun Padşahlığına daxil ola bilsin, Ona iman edən heç kəs həlak olmasın.

İsa həlak olan xalqını atəşin məhəbbəti ilə Özünə cəlb etməyə çalışdı. İsanın sözləri qüdrət və müqəddəslik dolu, əməlləri mərhəmət və şəfqət əməlləridir. Təlim öyrətməyi, möcüzələr yaratmağı bitirdikdən sonra İsa dünyadakı həyatının son mərhələsinə keçdi – Ataya itaət edərək könüllü olaraq Özünü ölümə təslim etdi. İsanın şəfa verən vaiz xidməti başa çatdı və insanı Allahla barışdırma xidməti başladı. Maraqlıdır ki, İsanın dünyanı xilas etməsi çox qısa bir zaman içərisində - yalnız 24 saatda tamamlandı. Dünyamızın tarixinin ən mühüm olayı, güman ki b.e. 28-ci ilin 13 Nisan (aprel) tarixində baş verdi.

Pasxa bayramında yəhudilər firon II Ramsesin dövründə Misir əsarətindən qurtardıqlarını yada salırdılar. II Ramses zalım padşah idi və onun qulluğunda olan xalqın Rəbb ilə birlikdə səhrada bayram qeyd etməsinə yol verməzdi. Buna görə Rəbbin mələyi gəlib Misirdəki bütün ilk oğulları və heyvanlarının ilk balalarını öldürdü. İbrahim övladları başqalarından yaxşı deyil idilər, ancaq kəsilən Allah Quzusuna iman edib qanının himayəsinə güvənərək, Allahın qəzəbindən və mühakiməsindən xilas oldular. O vaxtdan bəri yəhudilər Allahın qəzəbinin onların yanından keçdiyini yada salmaq üçün Pasxa bayramını qeyd edirlər.

Məsih bu qədim bayrama yeni məna verdi, onu bütün dünyanın xilasının obrazına çevirdi. İsa Özü kəffarə qurbanı, bütün bəşəriyyətin Xilaskarı oldu, belə ki Allahın qəzəbi, Onun ilahi qurbanına imanla şərik olanların yanından keçsin.

Məsih, peyğəmbərlər xəbər verdikləri kimi, öləcəyi saatı əvvəlcədən bilirdi. Necə öləcəyini də O, dəqiq bilirdi: təəssübkeş yəhudilər Onu bütpərəstlərin əllərinə təslim edəcəklər, onlar da Adil və Müqəddəs Padşahı, Hakimi rüsvayçı çarmıxa mıxlayacaqlar.

Bu faciəli olaylarda başçıların Məsihi tanımadığını, Ona iman etmədiyini görürük. Buna görə onlar Saleh Olanı məhkum etdilər, Onu məhv etmək istədilər. Sən də diqqətli ol, ictimaiyyətin rəyi ilə razılaşmağa tələsmə, heç bir adamı mühakimə etmə, əvvəlcə onun davranışına, danışığına fikir ver, unutma ki, İsa “onları bəhrələrindən tanıyacaqsınız” dedi. Allahın sadiq xidmətçisini hər kəs rədd etsə belə, sən onu qəbul və müdafiə et.

DUA: Ya Rəbb İsa, Sən Padşah və Hakimsən, təlimini və möcüzələrini tamamladıqdan sonra çarmıxa getdiyinə görə Səni ucaldırıq. Sən o dəhşətdən qaçmadın, amma Allah Quzusu xidmətini başa çatdırıb bu şər dünyanı xilas etdin. Sənə iman edənləri Allahın qəzəbindən qoruyan həqiqi Pasxa qurbanı olduğuna görə Sənə şükür edirik. Həlim məhəbbətin üçün, Sənə tərəf dönənlərin hamısını xilas edən Allah Quzusu kimi çarmıx yolunu başa çatdırdığın üçün Sənə şükür edirik!

SUAL:

  1. Pasxanın mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on August 23, 2023, at 04:51 PM | powered by PmWiki (pmwiki-2.3.3)