Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 175 (Danger of Richness)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

5. Varlı gənc və var-dövlət təhlükəsi (Matta 19:16-22)


MATTA 19:16-22
16 Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» 17 İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». 18 O adam İsadan «Hansı əmrlərə?» deyə soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. 19 Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”». 20 Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm, daha nəyim çatışmır?» 21 İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». 22 Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki var-dövləti çox idi.
(Çıx. 20:12-16; Lev. 19:18; Zəb. 62:10; Mark 10:17-27; Luka 18:18-27; 12:33)

Müjdəçi Matta İmanlılar Cəmiyyətindəki problemləri təsvir edərkən evlənmə, boşanma və uşaqlara qayğı məsələlərindən sonra var-dövlət məsələsinə keçir.

Hörmətli bir varlı gənc Allahla pak və müqəddəs həyat sürmək, xeyirli işlər etmək arzusunda idi. Bunlar yaxşı arzulardı, lakin Məsih bu gənci öncə səhv bəşəri meyarlarından azad etmək istədi – o düşünməməliydi ki, insanların saleh saydığı adam Allahın nəzərində də salehdir. İsa ona “Yaxşı olan tək Allahdır” dedi. İsa bu sözləri ilə gənc adamın zehnini açmaq istəyirdi ki, Allah saleh olduğu kimi saleh olan Məsih Allahla birdir.

İsa Ruhun vəhdəti ilə Atası ilə birlikdə yaşayır, tam xeyirxahlıq, salehlik və izzət içində qalır. Biz isə Allahın müqəddəsliyinə nisbətən pozğun və pisik, özümüzdən heç bir yaxşı iş gəlmir. Bu səbəbdən bizə tövbə etmək və özümüzdən imtina etmək lazım olur.

Yaxşı olan tək Allahdır. Ondan başqa təbiətcə, mahiyyətcə, əsli etibarilə yaxşı olan heç nə və heç kəs yoxdur. Yaradılışdakı bütün yaxşılıq Allahdan qaynaqlanır. Yaxşılığın mənbəyi Odur və üstümüzə tökülən hər cür yaxşılıq bizim Atamızdan gəlir (Yaq. 1:17). Xeyrin ən böyük nümunəsi, yaxşılığın meyarı İsadır. Ona bənzəyən hər şey, Onun fikirlərinə uyğun gələn hər şey yaxşıdır. Biz Ona Allah deyirik, çünki O yaxşıdır. Bu və başqa cəhətlərdən Rəbb İsanın “Allahın izzətinin əksi və mahiyyətinin tam surəti” (İbr. 1:3) olduğunu görürük, buna görə də Onu haqlı olaraq “Yaxşı Müəllim” deyə çağıra bilirik.

Gənc adam Məsihin dərsini qavramadı. İsa onun gözləri qabağında Qanun güzgüsünü qoymuşdu ki, o gündəlik həyatında Qanunu yerinə yetirə bilməyəcəyini dərk etsin. Gənc adamın cavabında qeyri-ciddiliyi üzə çıxıb – o, Allahın tələb etdiyi hər şeyi yerinə yetirdiyini iddia edib. O, həqiqi halını, müqəddəs Rəbbinin qarşısında günahkar olduğunu görmürdü. Özünü Qanuna riayət edən saleh adam sayırdı. İsa ona qulluq etdiyi pulpərəstliyi, nahaq yerə özündən arxayın olduğunu göstərməyə məcbur oldu. O ona öyrətdi ki, kamil möminlik Allaha və ehtiyac içində olanlara məhəbbətlə edilən fədakarlıqdır. Bu kamilliyə yalnız İsanın ardınca gedərək çatmaq mümkündür.

Məsih burada On Əmrin yalnız insanlara münasibətlə bağlı olan ikinci hissəsindəki əmrləri sadalayır. Bu demək deyil ki, birinci hissəsi daha az önəmlidir. Məsələ orasındadır ki, Musanın kürsüsündə oturan müəllimlər vəzlərində bu əsas əmrlərə ya heç yer vermir, ya da onların mənasını dəyişdirirdi. Onlar nanə, şüyüd və zirənin onda birini verdikləri halda, ədalətə, mərhəmətə və imana lazımınca əhəmiyyət vermirdilər (Mat. 23:23). Təlimləri mənəviyyatla deyil, mərasimlərlə bağlı idi.

İsa bizi öyrətmir ki, varlı adamlar varını necə gəldi, düşünmədən yoxsullara paylasın. O öyrədir ki, varlılar yoxsullara həqiqətən fayda vermək üçün necə kömək edə biləcəyini müdrikliklə araşdırsınlar. Tənbəl adama nə qədər yardım etsən, ona heç faydası olmayacaq; belə adama xasiyyətini dəyişmək faydalı olardı, onda o özü zəhmət çəkib çörəyini qazanmağa başlayar.

Məsih bu əhvalatda gənc adama təkcə pulunu yoxsullara paylamağı öyrətməyib, eləcə də onu öz əmlakına güvənməyindən azad etmək istəyib ki, o adam özünü və bütün pulunu Allaha həsr etsin. Heç kəs Allaha və sərvətə qulluq edə bilməz.

Lakin gənc adam eyni zamanda İsanın ardınca getmək və puluna güvənmək istəyirdi. Məsih səndən də bütün ürəyinlə Ona güvənməyini tələb edir, çünki O, iki yerə bölünən ürəkdə əsla məskən salmaz. Ancaq Məsih hər adama bütün əmlakını satıb pulunu yoxsullara paylamağı əmr etməz. O səni özünü tamamilə Ona həsr etməyə dəvət edir. Bu dəvət, puluna və əmlakına da aiddir.

Bir çox insanlara elə gəlir ki, onlar Məsihin ardınca getmək istəyirlər, həqiqətdə isə ürəklərində hökm sürən var-dövlət sevgisi onları Məsihdən uzaqlaşdırır.

DUA: Ey müqəddəs Olan, Sən yaşayırsan, haqq-ədaləti yerinə yetirirsən, mərhəmət və şəfqətlə dolusan. Fani pulumuza, əmlakımıza güvənmişiksə, bizi bağışla! Özümüzü və pulumuzu Sənə həsr etməkdə bizə kömək ol! Eyni zamanda həm Sənə, həm də sərvətə qulluq edə bilmərik. Bizə kömək et ki, Səni sevək və eləcə də yoxsul və möhtacları Sənin sadiq məhəbbətinlə sevək!

SUAL:

  1. İsa dindar gənc adamı necə xilas etmək istədi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)