Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 157 (Transfiguration of Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

m) Xermon dağında İsanın görünüşünün dəyişməsi (Matta 17:1-8)


MATTA 17:1-8
1 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. 2 Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. 3 O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 4 Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». 5 Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» 6 Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. 7 İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. 8 Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.
(Mat. 3:17; Mark 5:37; 9:2-13; Luka 8:51; 9:28-36; Rom. 1:16; 2Pet. 1:16-18)

İsa, gələcək ölümü barədə xəbərdən və özündən imtina etmək təlimindən sarsıntı keçirən şagirdlərinə altı gün istirahət verdi. Onların dünyəvi ümidləri dağılmışdı və bundan sonra onlar təqiblərə hazırlaşmalı idilər. İsa üç şagirdini Özü ilə götürüb hündür Xermon dağına çıxdı. Orada dua etməyə başladı. Dua edərkən ilahi varlığını örtən pərdə qaldırıldı, görünüşü dəyişdi, üzü günəştək parladı, əzəli izzəti göründü. O zaman şagirdləri Onun həyata malik olduğunu və ölümün Ona qalib gələ bilməyəcəyini dərk etdilər. İsa iztiraba düşmüş şagirdlərini sakitləşdirmək üçün izzətini göstərdi və bununla izzətlə diriləcəyinə dair vədini təsdiqlədi.

Rəbbin evində gözəlliyinə imanla baxan adam əbədi olaraq Rəbbin hüzurunda qalmaq istəyər. Daim Onun müqəddəs məkanında qalsaq, Onun hüzurunda özümüzü doğma evimizdəki kimi hiss etsək, necə gözəl olar!

Məsih bir müddət öncə şagirdlərinə əzab çəkəcəyindən xəbər vermişdi və onların da bu yolda əzab çəkməyə hazır olmalarını istəmişdi. Amma biz burada görürük ki, Peter bunu ya unudur, ya da qəbul etmək istəmir və bu dağda, Rəbbin izzəti içində çadır quraraq, əzablı yoldan uzaq qalmaq istəyir. O hələ də İsaya “Ya Rəbb, Özünə yazığın gəlsin!” deməyə davam edir. Halbuki bir az öncə İsa onu belə sözlərə görə məzəmmətləmişdi.

Birdən İsanın yanında Musa və İlyas peyda oldu. Vəfat etmiş müqəddəslər ölü deyillər – onlar yaşayır, danışır, müqəddəslik zinəti və izzət içərisində Allaha xidmət edirlər. Bu heyranedici olay Məsihin şagirdlərini imanda möhkəmləndirdi, onlar iman etdilər ki, İsa Musanın Qanununun Rəbbi və bütün peyğəmbərliklərin yekunudur; dünyanın xalqlarına vəd olunmuş, qüsursuz qurban kimi öləcək olan Məsihdir. Məsihin ölümü qədim əhdin vasitəçisi olan Musanın təliminə uyğun olduğu kimi, yeni əhdin carçısı Vəftizçi Yəhyanın təliminə də tamamilə uyğun gəlir. Allah Özü Oğlunun ölməyinə razı olduğunu onlara bildirdi. Allahın izzətinə yalnız İsanın qurban ölümü vasitəsilə daxil ola bilərik.

Musa və İlyas böyük şəxsiyyətlər, göylərin sevimliləri idilər. Bununla belə, onlar sadəcə olaraq qullar idi və heç də həmişə Allahı razı salmadılar. Musa dilini yüyənləyə bilmirdi, İlyas da təbiətcə bizim kimi adam idi. Məsih isə Allahı hər zaman razı salan “Oğul”dur. Musa və İlyas arada Allahın vasitəçisi rolunu oynadı, Allah onların vasitəsilə İsraili Özü ilə barışdırdı. Musa böyük vəsatətçi, İlyas da xalqa xəbərdarlıq edən böyük peyğəmbər idi. Məsihdə isə Allah dünyanı Özü ilə barışdırdı. Məsihin vəsatəti Musanınkından üstün olduğu kimi, islahatı da İlyasınkından üstündür.

Petet bütün insanların arzusunu ifadə etdi – hamı Məsihin izzətli hüzurunda nurlu mələklərlə birlikdə belə səmavi görüşdə iştirak etmək istəyər. Hamımız göylərdə Allahla olmağa can atırıq. Ürəklərimiz bunu deyir. Peter də onları ziyarət edən peyğəmbərlər üçün çadır quraraq, həmişə onların yanında göylərdə qalmaq istədi. Özünü və dostlarını tamamilə yadından çıxartmışdı. O tam şüurlu halda deyil idi, çünki Allahın izzəti insanın dərrakəsindən üstündür.

Allah nur, həyat və əmin-amanlıq dolu izzətli buludunu onların üzərinə gətirərək imanlarını möhkəmləndirdi. Kaş ki Allahın məhəbbət buludu xalqımızı büsbütün örtə və biz müqəddəs Olanın hüzurunda yerə yıxılıb Ona səcdə qılaq! Kaş ki biz Səmavi Atamızın İsa Məsihdə təcəssüm etmiş məhəbbətini elan edən səsini eşidə bilək! Məsihin çarmıx yolu dünyanın xilası üçün Allahın planıdır. Ata Oğlunun itaəti, günaha batmış bəşəriyyətin yolunda ölməsi vasitəsilə dünyanın xilasını tamamlamaq istəmişdir.

Allahın səsi çaşıb qalan həvarilərin ürəyini dəlib keçdi. Lakin Məsih şagirdlərini qucaqladı, həyata qaytardı. Allahın səsini eşidən adam günahlarına münasibətdə ölər, salehlik üçün yaşayar, dünyamızda parlayan “nur”ları yaddan çıxarıb yalnız dünyanın Nuru olan İsanı görər. Sən Onu görmüsənmi, O sənin ürəyinin mərkəzi yerini tutubmu, həyatının mənası olubmu?

Musa Qanunu ilə bizi tərk etsə də, İlyas tarixi ilə bizi buraxsa da, Məsih həmişə bizimlə qalır. Rəhbərlərimiz gec və ya tez bu dünya ilə vidalaşar, İsa Məsih isə dünən, bu gün və əbədi olaraq eynidir (İbr. 13:7-8).

DUA: Ey Səmavi Ata, İsanın seçilmiş şagirdlərinin gözləri qabağında görünüşünün dəyişməsi və onlara bütün izzəti ilə Xilaskar kimi zühur etməsi üçün Səni ucaldırıq. İsa Məsihə minnətdarıq, çünki O Özünü heç etdi və bizim uğrumuza öldü, bununla Sənin Musanın Qanununda və Peyğəmbərlərin Yazılarında verdiyin vədləri yerinə yetirdi. Bizə kömək ol, heç kəsə baxmayaq, ancaq Allahın Oğlu İsaya gözümüzü dikək, belə ki Onun surəti ürəyimizdə möhürlənsin və biz Ona tam itaət edərək ətrafımızdakı insanlara Onun xilasından danışaq! Sənə alqışlar olsun, çünki Məsih ölümü ilə ölümdən həyata keçməyimizə yol açdı!

SUAL:

  1. Niyə Məsihin görünüşünün dəyişməsi seçilmiş üç şagirdi qarşısında baş verdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:55 AM | powered by PmWiki (pmwiki-2.3.3)