Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)
l) İsa ilk dəfə ölümü və dilirməsi barədə danışır (Matta 16:21-28)MATTA 16:28 Məsih şagirdlərinə ölümü və dirilməsi barədə xəbər verdi və izah etdi ki, O izzətlə gələndə dünyanı mühakimə edəcək və özündən imtina edənləri Padşahlığına qəbul edəcək. Özünə münasibətdə ölən hər kəs əbədi olaraq ölməyəcək. Məsihə bağlanan hər kəs Allahın və Məsihin Padşahlığına daxil olduğuna görə Məsihin əzəli həyatı ilə dolub ölüm dadmayacaq. Məsih bu sözləri təsdiqləyərək onlara belə elan etdi: “Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz” (Yəh. 11:25-26). Buna inanırsanmı?!! DUA: Ey Allahın müqəddəs Oğlu, Sən məni tanıyırsan. Mən kiçikliyimdən bəri şər içində yaşamışam. Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə! Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver! Müqəddəs olduğuna görə Səni ucaldıram. Özündən imtina yolunu mənə göstərmisən. Çarmıxımı üstümə qoy və kömək et, heç vaxt onu başdan etməyim, lakin çarmıxını daşıyan hər kəslə birlikdə Sənin ardınca gedim! Qoy özümə münasibətdə ölüm və Sənin məhəbbətin məndə yaşasın! Sən mənim həyatımsan, ölüm isə mənim üçün qazancdır! SUAL:
|