Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 033 (Baptism of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

2. Məsihin vəftiz olunması (Matta 3:13-15)


MATTA 3:13-15
13 O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14 Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15 İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu.
(bax: Mark 1:9-11; Luka 3:21-23; Yəh. 1:21-23)

Xalqın içərisində tövbə edənlərin hamısı İordan çayının vadisində Vəftizçi Yəhyanın ətrafına yığılmışdı. Onlar gələcək Müjdənin əkilməsi üçün hazır olan şumlanmış torpaq kimi idilər. Allah bu qəlbi sınmış insanları gələcək imanlılar cəmiyyətinin sütunları olaraq seçmişdi. Allahın cəmiyyətinin tarixi təmtəraqlı məbəddə deyil, isti səhrada başlandı.

Birdən Yəhyanın yanına İsa gəldi. O, tövbə edən günahkarlarla birlikdə vəftizdə iştirak etmək üçün Nazaretdən iki gün yol qət etdi. Yəhya İsa ilə ilk görüşündə əsil peyğəmbər kimi davrandı, çünki İsanın təbiətini dərk etdi. İnsanların çoxu Məryəm oğlu İsanın kim olduğunu bilmir. Yalnız gözləri Müqəddəs Ruh ilə məsh olunmuş insanlar iman edən hər kəsə bu Ruhu verən Şəxsi tanıyırlar.

İsa vəftiz olunmağa gəlmişdi. Bütün günahkarları tövbəyə, alçalmağa çağıran Vəftizçi isə Nazaretlinin müqəddəs olduğunu anladığına görə, əvvəllər Onu vəftiz etməkdən imtina etdi. Yəhya uca səslə etiraf etdi ki, İsa, ruhən təmizlənməyə və yeni həyata ehtiyacı olmayan yeganə insandır, çünki O günahsızdır. İsa müqəddəs Olandır, müqəddəs Olan isə Allahın Özüdür. Yəhya İsanı ilk dəfə gördüyü zaman dərhal ilahiliyini iqrar etdi.

Vəftizçi Məsihin hüzurunda özünü əhəmiyyətsiz, günahkar hiss edirdi, özünün İsa tərəfindən vəftiz edilməli olduğunu anlayırdı. O İsadan onu Müqəddəs Ruhla vəftiz etməsini istədi. Beləcə Vəftizçi öz Rəbbi önündə alçaldı və Ona təslim oldu. Bu həlim hərəkəti ilə o, tövbə edən xalqı da Məsihə təhvil verdi.

Məsih Vəftizçinin fikirlərini rədd etdi. O Yəhyaya, insanları məhkum etməyə gəlmədiyini, amma onların əvəzinə məhkum olmağa gəldiyini izah etdi. Beləliklə, İsa xidmətinin başından amiranə padşah, yaxud alovlu peyğəmbər kimi deyil, dünyanın günahını Öz üzərinə götürən, bizim əvəzimizə Allah tərəfindən cəzalandırılmağa hazır olan həlim Allah Quzusu kimi gəldi.

İsa səmada günahkarlardan uca, ayrı, uzaq qalmayıb, tövbə sularına enib. O bizim əvəzimizə günahlarımızı daşıyıb. Beləcə İsa xidmətinin ilk günündən çarmıx yoluna qədəm qoydu, çünki O bilirdi ki, bizim salehliyimiz və dünyanın xilası üçün başqa yol yoxdur. Həqiqətən, İsanın qurbanı Allahın ədalətini tam şəkildə izhar etdirir, çünki bu qurban vasitəsilə müqəddəs Olan Öz ədalətini təsdiq edir və eyni zamanda günahkara əvəzsiz olaraq salehliyi bəxş edir. Allah vahid Oğlunda mühakiməsini tamamlayıb və yalnız Məsihdə Allahın salehliyinin bütün tələbləri yerinə yetirilmişdir.

Yəhya Rəbbin qarşısında itaətkar idi, tövbə edərək Ona tabe oldu, İsa ilə birlikdə suya girdi və İsanı suya saldı. Məsih «biz salehlik işini beləcə yerinə yetirməliyik» deyib, Yəhyaya Allahın işində iştirak etmək fürsətini verdi. Beləcə Məsih Vəftizçiyə sədaqətinə görə böyük şərəf göstərdi, Allahın salehlik işinin yerinə yetirilməsində bir köməkçi olaraq xidmət etməsinə izin verdi.

Əziz oxucu, Rəbb səni də imanınla ilahi xilasın yayılması işində iştirak etməyə və bu yolla öz şəhadətinlə salehliyə susamış olanlara Onun salehliyini çatdırmağa çağırır.

Məsihin İordandakı vəftizi bizim uğrumuza Allahın qəzəbi altında öldüyü çarmıxda tamamlandı, çünki Məsihin İordan sularına salınması, Allahın qəzəbinə salınmasının rəmzi, sudan çıxması da ölümdən dirilməsinin rəmzi idi.

Beləliklə, Yəhyanın vəftizinin ilkin mənası dəyişdi. Bundan sonra o təkcə mühakimə deyil, həm də Allahın əbədi həyat yolu idi. Məsih bizə Öz həyatını bəxş etmək istəyir.

DUA: Biz Sənə səcdə qılırəq, ey müqəddəs Allah Quzusu, zira Sən dünyanın günahını daşıdın! Sən bizim əvəzimizə Allah tərəfəndən cəzalandırıldın. Böyük məhəbbətini, xilasını görməyimiz üçün, saleh sayılıb, Sənin salehliyinə şərik olmağımız üçün gözlərimizi aç! Qoy biz Sənin adını iqrar edək, və bir çox dostlarımız saleh sayılsınlar, necə ki biz də Səndən ayrı salehlik tanımırıq!

SUAL:

  1. Niyə Məsih günahsız olmasına baxmayaraq İordanda vəftiz olundu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:26 AM | powered by PmWiki (pmwiki-2.3.3)