Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 025 (Herod’s Attempt to Kill Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
A - İsanın doğulması və uşaqlığı (Matta 1:1 - 2:23)

4. Hirodun İsanı öldürmək cəhdi (Matta 2:12-23)


MATTA 2:16-18
16 Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17 Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18 «Ramada bir səs eşidildi, ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, təsəlli istəmir. Çünki onlar daha yoxdur».
(Yar. 35:19; Yer. 31:15)

Hirod elə bilmişdi ki, münəccimlər ondan qorxduqları, ona hörmət etdikləri üçün anadan olmuş Körpə barədə öyrənən kimi onun yanına qayıdacaqlar. Lakin o tezliklə bu adamların ona xor baxdıqlarını başa düşdü. Hansı körpənin Məsih olduğunu, onun harada yaşadığını ona xəbər vermədiklərinə görə Hirod həddən artıq hiddətləndi. O zaman Hirod keçimşdə dəfələrlə etdiyi kimi, amansızcasına davrandı.

Hirod edomlu olduğundan, yəhudilərə qarşı ədavət onun qanında idi. Uşaqlar həmişə insanların qanunlarının, hətta bəşəri təbiətin xüsusi qayğısı və himayəsi altında olublar və olacaqlar. Lakin günahsız insanlarla rəhmsizcəsinə rəftar edən Neron kimi, bu zalım padşah da qəzəbində o dərəcədə qəddar olub ki, balaca uşaqları qırıb. Hirod hakimiyyətdə olduğu müddətdə həmişə qan tökməyi sevib. Bu hadisədən bir az öncə o, yəhudi ali məclisinin bütün üzvlərini öldürtmüşdü. Ancaq bu vəhşi kişinin gözündə qan tökmək susuzluğu yatırtmaq üçün su içmək kimi idi. Özü də susuzluğu içtikcə artırdı. Hirodun yaşı yetmişi ötmüşdü və ağlı başında deyil idi, çünki iki yaşdan kiçik uşaqlardan qorxurdu. O, öz uşaqlarına da qayğı göstərmirdi, onların rifahı üçün çalışmırdı, hətta iki oğlunu – Aleksandr və Aristobulu öldürtdürmüşdü, ölümündən beş gün öncə isə oğlu Antipatarı da öldürtdürüb.

Belkəliklə, Hirod yalnız öz məğrur, qəddar, vəhşi ehtirasını yatışdırmaq üçün bu vəhşi hadisəni törətdi.

Bütpərəst tarixçi Makrobius nəql edir ki, qeysər Avqust Hirodun o köprələrlə birlikdə öz oğlunu da öldürtdüyünü eşidəndə: «Hirodun donuzu olmaq, oğlu olmaqdan yaxşıdır» dedi. Ölkənin adətinə görə donuzların öldürülməsi qadağan idi, lakin Hirodun öz oğlunu öldürməsinə heç bir maneə yox idi.

Bəzilərinin fikrincə, Bet-Lexem sakinlərinin bu fəlakəti onların Məsihə xor baxması və iman etməməsinin qisası olub. Axı Allahın Oğlunun doğulmasına sevinməyən adamların öz oğullarının ölümünə yas tutmasında ədalət var. Bet-Lexem sakinlərinin çobanların sözlərindən "heyrətə" gəldiklərini oxuyuruq, lakin bu sözləri sevinclə qəbul etdiklərini oxumuruq.

Burada haqqında danışılan peyğəmbərlik Məsihin gəlişinin bu qədər faciəli bir hadisəyə səbəb olduğunu qəbul edə bilməyən adamların etirazlarına cavab verməyə kifayətdir. Onlar deyirlər: «İsrailin təsəllisi olaraq gözlənilən Məsihin bu dünyaya gəlişi belə faciələrlə baş verə bilərmi, bu qədər kədərə səbəb ola bilərmi?»

Ola bilər, çünki Müqəddəs Kitab bunu xəbər vermişdi və Müqəddəs Kitabın bütün peyğəmbərlikləri yerinə yetməlidir. Bundan əlavə, bu peyğəmbərliyin qalan hissəsini düşünsək, Ramadakı "ağlaşma və böyük fəryad" hədsiz sevinci qabaqlayacaqdı, "Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək… Gələcəyin üçün ümid var" (Yer. 31:16-17). Vəziyyət pisləşdikdə, tezliklə düzələcək deməkdir. Onlar üçün bütün itirdiklərini əvəz edəcək Körpə doğulub.

Qəribədir ki, Bet-Lexem sakinləri çobanların və münəccimlərin sözlərinə inanmamışdılar. Körpə İsa onları maraqlandırmırdı. Onlar Körpəyə səcdə qılmağa gəlməmişdilər. Açıq-aydın əlamətləri görə-görə İsaya iman gətirmədikləri zaman, Allahın qüdrəti əli onların körpələrinin canını aldı. Buna bənzər, keçmişdə də ilahi cəza dəfələrlə İsrailin üzərinə gəlmişdi: Yeremya sürgün edilən xalqına yas tuturdu, Rəhilə doğuş sancısı içində əzab çəkib ölmüşdü və onu Bet-Lexemdə dəfn etmişdilər. Allah Öz qulu Yeremyanın yas tutub ağlamasına icazə vermədi, çünki o hadisə Onun iradəsi ilə baş vermişdi, Onun xalqının Özünə tərəf dönməsi üçün tərbiyəvi tədbiri olmuşdu (Yer. 31:15; Yar. 35:18). Fikir verin ki, bu hadisə ilə əlaqədar olaraq «söz yerinə yetsin deyə…» yazılmayıb, amma «söz yerinə yetdi…» yazılıb. Bunların arasında böyük fərq var. Şünki «söz yerinə yetsin…» deyildikdə, ilkin peyğəmbərlikdə xəbər verilən olay nəzərdə tutulur. Burada olduğu kimi, «Beləliklə, bu söz yerinə yetdi…» deyildikdə isə, bu hadisənin ilkin peyğəmbərliyindən fərqli bir mənada yerinə yetdiyi nəzərdə tutulur. Burada sitat gətirilən peyğəmbərlik ilk əvvəl Babil sürgünü zamanındakı İsrailə aid olmuşdu – peyğəmbər viran olmuş torpaqdan bəhs edərkən, Yaqubun sevimli arvadı, Bet-Lexemdə dəfn olunmuş Rəhilənin simvolundan istifadə etmişdi (Yar. 35:19). Rəhilə sanki ölümdən dirilib öz övladlarından xəbər alır, lakin onları orada tapmır. Düşmənlər tərəfindən sürgün edilmiş övladları üçün ağlayan Rəhilə təsəlli istəmir. Məsihin anadan olduğu zaman vəziyyət buna bənzəyirdi, çünki həqiqi Varis Özü zülmdən xilas olmaq üçün qaçmağa məcbur olub və yalançı padşah oralarda qalanların üstünə ac qurd kimi atılıb.

Bet-Lexem üzərində Allahın mühakiməsi bu şəhərin sakinlərini sevən Rəbbin bir tədbiri idi və tövbə edib Körpə İsaya tərəf dönmələri, Ona iman gətirmələri üçün idi.

Göründüyü kimi, Matta Rəbb İsa Məsihin körpəliyini yəhudilərin bir millət kimi förmalaşdığı ilk dövrünə oxşadır. İsanın Misirdən çıxışını yəhudilərin qədim çıxışı kimidir, ancaq İsa, yəhudi xalqının imansızlıqla məğlub olduğu mübarizədə qalib gələcəkdi. Həvari Matta İsanın körpəliyindəki hadisələri nəql etməyi başa çatdırarkən, Məsihin Nazaretdə böyüdüyünü bildirir və beləcə Onun bütün millətlər üçün əhəmiyyətini bir daha vurğulayır, çünki Nazaret Qalileyada, ölkənin sərhədinə yaxın yerləşirdi və beynəlxalq ticarətdə çox fəal iştirak edirdi. Orada xeyli çox əxlaqsızlıq və bütpərəstlik yayılmışdı. Bu səbəbdən Yəhudeya sakinləri ümumiyyətlə qalileyalılara, xüsusilə nazaretlilərə həqarətlə baxırdılar; bu yolla Məsihin həqarətə məruz qalacağına dair Müqəddəs Kitab peyğəmbərliyi yerinə yetməli idi.

DUA: Ey müqəddəs Allah, Sən ədalətlisən və əsla səbəbsiz cəza verməzsən. Biz Sənin əzəmətinə etinasız yanaşdığımıza, yoxsullara həqarətlə baxdığımıza, peyğəmbərliklərinə maraq göstərmədiyimizə görə həlak edilməyə layiqiq. Bizə mərhəmət et və xalqımıza da mərhəmət et, çünki günahlarımız göyə qədər çatır! Bizdə təqsirlərimizə görə peşmanlıq yarat, bizə pisliyimiz barədə bilik ver, bizi tövbəyə gətir və əqlən dəyişdir! Məsihin kəffarəsinə gözlərimizi aç və bizi Öz məhəbbətinlə doldur ki, biz gələcək qəzəbindən xilas olaq!

SUAL:

  1. Allahın cəzalarının ali məqsədi nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:24 AM | powered by PmWiki (pmwiki-2.3.3)