Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 267 (The Determined Resurrection of the Crucified)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
YEDDİNCİ HİSSƏ - İsanın ölümdən dirilməsi və böyük tapşırığı (Matta 28:1-20)

2. Çarmıxa çəkilmiş İsanın dirilməsinə dair vəhyin şəhadəti (Matta 28:5-7)


MATTA 28:5-7
5 Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. 6 O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün. 7 Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim».
(Mat. 12:40; 16:21, 17, 23; 20:19; 26:32)

Mələyin sözlərinə xüsusi diqqət yetirmək lazımdır, çünki Allah mələyi qadınlara və bizim hamımıza bir məqsədlə göndərdi: biz dərk etməli idik ki, İnsan İsa həqiqətən dirilib!

Allah qadınlara lütf eləyib mələyi göndərdi və mələk onlara hər şeydən öncə qorxmamağı əmr etdi. Qadınların İsanı sevdiyi və düşündüyünü təsdiq edən mələk onları İsanın dediyinə inanmadıqlarına görə məzəmmətləmədi, amma onlara balaca uşaqlar imiş kimi danışdı, çünki onlar açıq qəbri, ölü kimi yerə sərilmiş keşikçiləri gördüklərindən, nur saçan mələyin onlara danışmasından heyrətə gəlmişdilər. Bütün bunlar qadın hissləri və ağıllarının tab gətirə biləcəyindən daha çox idi.

Nurlu mələk qadınlara onların niyyətlərinə, İsanın ölü cəsədini axtardıqlarına bələd olduğunu söylədi, Məsihin həqiqətən dirildiyinə şəhadət etdi. Bəşər Oğlu ölümə qalib gəldi. Milyonlarla insanın ümidi budur. Bəli, ölüm məğlub edilib, Məsih qüdrətini əzib, əsir tutduğu yaradılışı azad edib. Yaşayan İsaya bağlı olan insan Onunla birlikdə ölüm kölgəsi dərəsindən keçəcək, şərdən qorxmayacaq, İsa ilə birlikdə cənnətə, bol həyata daxil olacaq.

Ondan sonra mələk qadınların yadına saldı ki, onun dediyi yeni deyil, çünki İsa hələ ölmədən öncə onlara bu haqda danışmışdı. Bu deməkdir ki, İsanın İncildə dediyi hər söz son dərəcə önəmli və imanımıza layiqdir. İmansızar buna inanmasa da, İsa bütün insanlara günahlarını bağışlayıb. Bu gün İsa Müqəddəs Ruhu ürəyinə qəbul edən hər adama əbədi həyatını verir.

Mələk İsanı “Bəşər Oğlu” adlandırmayıb, “Rəbb” adlandırıb, çünki Məsihin bizi şeytanın əsarətindən azad etmək üçün göydən endiyini bilirdi. Qəbirdə qoyulmuş Adam Rəbbin Özü idi, amma O dirildi! Bütün filosof və peyğəmbərlər ölüblər, sümükləri qəbirlərində qalıb, yalnız Rəbbimiz həqiqətən dirilib və dirilməsi ilə bizə canlı ümidi verib.

Bu ecazkar olaydan sonra həqarətlə baxılan qadınlar Rəbbin şahidləri, müjdəçiləri oldular. Məsihin yaşadığını dünyaya elan etmək üçün Allahın seçdiyi ilk müjdəçilər bu qadınlar idi. İndi də qızlar və analar şübhə edənlərə Məsihin dirilməsini elan edə bilirlər və onların şəhadəti ilə kişilər İsaya ümid bağlaya və Məsihin yeni həyatına şərik ola bilirlər.

Ondan sonra mələk bu iki qadına bildirdi ki, İsa şagirdlərinə üç gün öncə dediyi kimi, onlardan əvvəl Qalileyaya gedəcək və orada onlarla görüşəcək. Rəbb əsla gizlənmək istəməyib, lakin sevdiklərinə Özünü göstərmək istəyib. Bunun üçün onlar sadəcə olaraq İsanın izzətli dirilməsinə iman etməli idilər.

Nəhayət, mələk qadınlara ondan eşitdikləri sözləri unutmamalarını tapşırdı. Çünki Allah Özü onu göndərmişdi ki, bütün insanlar bu ehtişamlı, əzəmətli xəbəri – çarmıxa çəkilmiş Rəbbin yaşadığını bilsinlər! Nazaretli gənc Rəbbin Özüdür! O, ölümə, günaha və şeytana qalib gəlmişdir!

Bəs sən mələyin bu vəhyinə və qadınların şəhadətinə inanırsanmı?

DUA: Ya Rəbb İsa, Sən ölümdən dirilmisən. Biz Sənə səcdə qılırıq və Səni ucaldırıq. Ölümün Səni saxlaya bilmədiyinə, Sənin ölümə qalib gəldiyinə, ölümdən dirildiyinə görə sevinib cuşa gəlirik! Səni ucaldırıq və bizə ümid qapısını açdığına şadlanırıq. Ölüm bizim üçün son deyildir, amma Sən bizə əbədi həyat verirsən, həyatınla doldurursan və oldükdən sonra bizimlə görüşürsən. Kömək et ki, dost-tanışımıza Sənin ölüm üzərindəki qələbəndən danışaq! Qoy onlar bizim kimi tövbə etsinlər, Səndən günahların bağışlanmasını qəbul etsinlər, Müqəddəs Ruhunla təqdis olunsunlar və əbədi həyata nail olsunlar!

SUAL:

  1. Mələk qadınlara nə dedi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:21 AM | powered by PmWiki (pmwiki-2.3.3)