Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 246 (Jesus Faces the Sanhedrin)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
ALTINCI HİSSƏ - İsanın çarmıxdakı iztirabları və ölümü (Matta 26:1 - 27:66)

15. İsa dini məhkəmə qarşısında məhkum olunur (Matta 26:57-68)


MATTA 26:57-63
57 İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. 58 Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu. 59 Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. 60 Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib 61 dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”». 62 Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» 63 Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?»
(Mat. 27:10; Yəh. 2:19-21; Həv. 6:14)

Dini məclisə ifadə verən şahidlər Məsihə qarşı olan ittihamlarından heç birini sübut edə bilmədilər, çünki onların dedikləri bir-birinə zidd idi. Qanunşünaslar, başçılar və ağsaqqallar Məsihi məhkum etmək üçün bir səbəb tapa bilmirdilər və Məsih onların önündə günahsız olaraq qalırdı.

Onlar Məsihin məbədin dağılması və üç gündə bərpa edilməsi barədəki sözlərini anlaya bilməmişdilər. Məsih Özünün məbədi dağıdacağından bəhs etməmişdi. O demişdi ki, məbədi onlar dağıdacaqlar və məbəd dedikdə Öz bədənini nəzərdə tutmuşdu. Beləcə İsa Öz ölümü və dirilməsi haqqında peyğəmbərlik etmişdi.

İsa yalançı şahidlərin iftiraları qarşısında susurdu. Saatlar ötüb keçirdi, O isə dinmirdi. Məhkəmə az qaldı ki, baş tutmasın. Onda hiyləgər ittihamçı Qayafa (o il baş kahin idi) ayağa qalxıb bir daha Məsihi məhkum etməyə cəhd etdi. Məsihin məhkum edilməsinə səbəb olan bir söz deməsini istədi. Lakin İsa onun sualarına cavab vermirdi, dinmədən ona baxırdı, baxışları ilə onu mühakimə edirdi.

DUA: Ya Rəbb İsa, Sən həqiqətsən, Səndə heç bir yalan, əyrilik yoxdur. Sən düşmənlərinin yalançı ittihamlarına cavab vermədin, Səmavi Atanın müdafiəsinə güvənərək dinməz dayandın. Bizə də kömək et ki, biz istintaqda, məhkəmədə olsaq, Sənin müdafiəçi hüzurunu hiss edək və öz-özümüzü müdafiə etməyək. Sən vəd etmisən ki, Müqəddəs Ruh bizimlə olacaq və nə deyəcəyimizi bizə öyrədəcək. Sorğu-suala tutulan hər imanlıya Sənə ümid bağlayaraq hikmət, həlimlik, qüdrət ilə Sənə şəhadət etməkdə kömək ol!

SUAL:

  1. Niyə İsa dini məhkəmənin önündə susdu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:16 AM | powered by PmWiki (pmwiki-2.3.3)