Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 168 (Infinite Forgiveness)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
4. Allahın Padşahlığının daxili nizamı (Matta 18:1-35) -- İsanın sözlərinin dördüncü məcmuəsi

d) Tam bağışlama (Matta 18:21-22)


MATTA 18:21-22
21 O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» 22 İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.
(Yar. 4:24; Luka 17:4; Ef. 4:32)

Peter Məsihin iman duası və cəmiyyətin birliyi barədəki vədinin əzəmətini dərk etmişdi, lakin eyni zamanda qardaşlar arasındakı birliyin müxtəlif məsələlər, anlaşılmazlıqlar üzündən pozulacağından narahat idi. Əlbəttə, Məsihin ardıcılları arasında fikir ayrılığı olacaq və o halda qardaş qardaşın onunla pis rəftar etdiyini zənn edə bilər.

Qardaşımızın bizi neçə dəfə incitdiyini yadda saxlamaq yaxşı deyil. Bağışlanan təqsirlərin bu cür “hesablanması” yanlışdır. Yalnız Allah Hakim olduğuna görə təqsirlərin hesabını tutacaq, yalnız O əvəzini verəcəkdir. Qardaşlar arasında sülhün olması üçün başqalarına qarşı kin saxlamamalı, kim kimi neçə dəfə bağışladığını hesablamamalıyıq. Hər şeyi bağışlayıb yaddan çıxartmalıyıq. Allah bizi bağışladığı kimi, biz də başqalarını bağışlamalıyıq. Bu ayələr bizə hər zaman bağışlamağı, bunu adət halına çevirməyi öyrədir.

Məsihə baxıb insanları bağışlamağı öyrənən Peter qardaşını yeddi dəfə bağışlamağa hazır idi, çünki yeddi kamillik rəmzidir. Peter bilirdi ki, hər hansı cəmiyyət, üzvlərinin bir-birini bağışlaması üzərində qurulur. O biri şagirdlərə yaxşı nümunə olmaq istəyən Peter belə düşünürdü ki, imanlı lazım olsa, hətta gündə yeddi dəfə belə qardaşını bağışlamağa hazır olmalıdır! Lakin İsa ona daha böyük məsihi məhəbbətini göstərdi: imanlılar yeddi dəfə bağışlamaqla kifayətlənməməli, qardaşlarını gündə 490 dəfə bağışlamalıdırlar! Bu deməkdir ki, bağışlamağın həddi-hüdudu olmamalıdır. İlahi bağışlama, sevgi və əfv nə qədər böyükdür!

İmanlı bir uşaq balaca bacısına həmişə oyuncaqlarını xarab etdiyinə görə hirslənirdi. İsanın adı naminə bacısını gündə 490 dəfə bağışlayacağını qərara aldı. Bacısının onu neçə dəfə incitdiyini hesablayır və bağışlayırdı. Hər gün bacısının onu incitdiyi halların sayı yüzdən az idi. Zamanla oğlan hər kəsi bağışlamağı adət halına çevirdi və bu adəti heç vaxt tərk etmədi. Qoy bağışlamaq sənin də adətin olsun və Rəbdən dilə ki, O sənə sevinclə dözməkdə kömək olsun. Axı imanlılar cəmiyyəti məsihilərin bir-birini bağışlaması ilə yaşayır. Düşünmə ki, təqsir yalnız o biri tərəfdədir. Hər mübahisədə hər iki tərəfin təqsiri olur. Buna görə də, sən birinci addım at, səni incidən qardaşı axtar, o sənə çox pislik etmişsə belə, ondan əfv dilə, çünki məhəbbət Qanunun tamamlanmasıdır.

DUA: Sənə şükür edirik, ey Ata, çünki Sən bizi Müqəddəs Ruhun birliyində şərikliyə dəvət etmisən. Sənin Oğlun bizi satın alıb ki, biz bizi incidən bacı-qardaşlarımızı sevək, onlara qayğı göstərək, Müqəddəs Ruhun rəhbərliyi ilə onlar üçün dua edək, çünki saf məhəbbətlə edilən duaya mütləq cavab veriləcək. Bizi qarşılıqlı məhəbbətdə hifz et, qoy biz bir-birimizdən uzaqlaşmayaq, Sən bizi sevdiyin kimi biz də bir-birimizi sevək!

SUAL:

  1. Yaxınımızı gündə neçə dəfə bağışlamalıyıq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:58 AM | powered by PmWiki (pmwiki-2.3.3)