Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Romans - 050 (The Spiritual Privileges of the Chosen)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)

2. Seçilmiş xalqın ruhani üstünlükləri (Romalılar 9:4-5)


ROMALILAR 9:4-5
4 Bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. 5 Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.

Paul Romadakı imanlılar cəmiyyətinə öz xalqının ruhani üstünlükləri və hüquqları barədə xatırlatmaq istədi. Eyni zamanda o, bu üstünlüklərinin nə onun özünə, nə də xalqına həqiqi Məsihi tanımaqda kömək etmədiyini etiraf etdi. Onlar Məsihə nifrət etdilər, Onu rədd etdilər, paxıllıqdan çarmıxa çəkdirdilər və hətta Müqəddəs Ruha qarşı inadkar oldular! Necə ki haqsızlıq bir an içində baş verir, amma tədricən yayılır, eləcə də inadkarlıq Paulun soydaşlarına tədricən yayılmışdır.

Bəs Yaqubun nəslinin başqa xalqları qarşısında hansı üstünlükləri və hüquqları vardır?

1) Əvvəllər onlar “İsrail övladları” deyil, hiyləgər “Yaqubun övladları” adlanmışdılar. Ancaq onların bu əcdadı çox böyük günahkar olsa da, Rəbdən möhkəm yapışıb, ona xeyir-dua verənə qədər buraxmayıb. O vaxt Rəbb Yaquba imanına görə yeni ad verib – Allahla güləşib imanı ilə üstün gələn mənasını verən “İsrail”. Yaqub nə bədəncə güclü, nə də mənəvi cəhətdən saleh idi, lakin o həmişə imanla dolu idi və imanı sayəsində Allahın qəzəbindən və məhkumiyyətdən xilas olub (Yar. 32:22-32).

Yaqub İsanın əcdadlarından biridir. Dünyanın günahını Öz üzərinə götürən Allah Quzusu İsa bizi günahlarımız üzündən uğradığımız məhkumiyyətdən qurtarmaq üçün həmçinin Allahla güləşib və hamıya xeyir-dua verənə qədər imanla Allahı “buraxmayıb”! Bəli, Məryəm Oğlu bizi məhkumiyyətdən qurtaran Xilaskardır! Əslinə baxanda, Allahla güləşən Yaqub deyil, İsa idi. Yalnız İsa bizi Allahın qəzəbindən xilas edən həqiqi İsraildir!

Onların əvəzinə “güləşən” Xilaskarı qəbul etməyən hər yəhudi, xristian və müsəlman adam Məsihin xeyir-dualarında iştirak etməz və Onun seçilmiş ruhani xalqına məxsus olmaz. Bu səbəbdən Paulun ürəyi sökülürdü, çünki O görürdü ki, onun xalqının böyük hissəsi ruhən kordur, məğrurdur, ona vəd edilən hüquqları dərk etmir, inadla rədd edir.

2) Allah Musaya əmr etdi ki, Misir fironuna gedib, bütün Yaqubun övladlarının Onun ilk oğlu olduğunu söyləsin (Çıx. 4:22; Qanun. 14:1; 32:6; Huşə 11:1-3). Lakin Allah Öz övladlarının inadkarlığından əziyyət çəkdi – Allah onlara övladlıq haqqını verdiyi halda, onlar Allaha lazımınca hörmət etməmişdilər. O vaxt onlar yenidən doğulmasalar da, Rəbbin ilk övladı olmaq haqqına malik idilər.

3) Seçilmiş xalq çöldən keçdiyi zaman, Rəbbin izzəti hüzur çadırında, Ən Müqəddəs Yerdə məskən salmışdı. Allah onları təhlükələrdən qorudu, onlara yol göstərdi, çoxlu möcüzələr yaratdı (Çıx. 40:34; Qanun. 4:7; 1Pad. 2:11; Yeş. 6:1-7; Yez. 1:4-28; İbr. 9:5). Lakin Rəbb eləcə də seçdiyi xalqı cəzalandırır, imansızlıq üzündən həlak olacağı barədə xəbərdarlıq edirdi. Yalnız Musa və Harunun vəsatətçiliyi sayəsində o xalq Allahın izzətindən məhv olmamışdı! (Say. 14:1-25).

4) Paul İsrail övladlarının digər üstünlüklərindən də bəhs edir: onlara vədlər və əhdlər verilib – bunlar, Yaradan və Ədalətli Hakim olan Rəbbin bu kiçik xalqa əbədi olaraq bağlandığını elan edən Böyük Allahın qüvvətli sözlərinə şəhadət edən vədlər və əhdlər idi. Müqəddəs Kitab aşağıdakı əhdlərdən bəhs edir:

Allahın Nuhla əhdi (Yar. 6:18; 9:9-14);
Allahın İbrahimlə əhdi (Yar. 15:18; 17:4-14);
Allahın İshaq və Yaqubla əhdi (Yar. 26:3; 28:13-19; Çıx. 2:24);
Rəbbin Musa ilə əhdi (Çıx. 2:24; 6:4; 24:7-8; 34:10, 28).

Əfsuslar olsun ki, Müqəddəs Kitabda Allahın qədim xalqının dönə-dönə bu vədləri tərk etdiyini nəql edir; Yeremya Peyğəmbər dedi ki, Rəbb onlarla yeni əhd bağlayacağını qərarlaşdırıb və bu yeni əhdin bir hissəsi, dikbaş xalqının Ruhdan doğulması olacaq (Yer. 31:31-34).

5) Qanun Rəbbin Musa Peyğəmbərin vasitəsilə bağladığı əhdin əsası idi. On Əmr və Əhd Kitabı 613 əmrin təməlində durmuşdur; bu əmrlərin 365-i qadağalar, 248-i isə əmrlər idi (yəhudi filosof və təbib Maymonidə əsasən).

Əmrlərin əvvəlində təsirli sözlər var idi: “Allahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın” (Çıx. 20:1-3).

Əmrlərin məqsədini axtaran adam bu əmri tapır: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm” (Lev. 19:2). Əmrlərin məğzi isə bu əmrlərdə tapılır: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev” (Qanun. 6:4-5); “Qonşunu özün kimi sev” (Lev. 19:18).

Lakin biz İsadan başqa heç kəsin bu əmrləri kamil surətdə yerinə yetirə bilmədiyini bilirik (Zəb. 14:3; Rom. 3:10-12).

6) Hüzur Çadırı önündə və daha sonra Qüdsdəki Məbəddə ibadət üçün günahkarın ilk öncə axıdılan qurban qanı vasitəsilə təmizlənməsi tələb olunurdu, ondan sonra günahkar adam mömin olaraq Allaha yaxınlaşmaq və səcdə qılmaq hüququnu əldə edirdi. İbadət edən adam məzmurlar, ilahilər oxuyur, günahlarını etiraf edir, ritualları yerinə yetirir, səcdə edirdi. Əhdi-Ətiqdəki Zəbur Kitabını dərindən öyrənən hər kəs bu cür ruhani ibadəti öyrənir və həyata keçirir. Bu ibadətin ən önəmli hissəsi qurban verilməsi ilə yanaşı xeyir-duanın qəbul edilməsi idi.

Bu ibadətlər bayramlarda, xüsusilə Pasxada, Pentikostda (Əllinci gün) və Yom-Küpürdə (Kəffarə günü) zirvəsinə çatırdı.

Allahın Yerusəlimdəki Məbəddə məskən salmasının vurğulanması xalqın birliyini möhkəmləndirirdi. Lakin bu ruhani mərkəzdən əlavə başqa şəhər və kəndlərdə də qurbangahlar var idi, ancaq onlarda bütlərə qurbanlar verilir, başqa allahların surət və heykəlləri ucaldılırdı və bunu edən xalq Allahın qəzəbinə gəlirdi.

7) Əhdi-Ətiqdə bir çox mühüm vədlərin əsasən üç məqsədini görə bilirik:

А. Rəbb Allahın hüzuru, əfvi, himayəsi, təsəllisi (Çıx. 34:9-11);
B. Sülh Hökmdarı və həlim Allah Quzusu olan Məsihin gəlişinə dair vədlər (Qanun. 18:15; 2Şam. 7:12-14; Yeş. 9:5-6; 49:6; 53:4-12).
C. Seçilmiş xalq və bütün bəşər üzərinə Müqəddəs Ruhun tökülməsi (Yer. 31:31-34; Yez. 36:26-27; Yoel 3:1-5).

Təəssüf ki, xalqın Padşahı olan Allah Quzusu gələndə, yəhudilərin əksəriyyəti Onu tanımadı; onlar güclü siyasi hakimiyyəti gözlədiklərinə görə, Müqəddəs Ruhun töküləməsinə xor baxdılar, öz günahlarını dərk etmədilər, ruhən yenidən doğulmağı lazım bilmədilər! Məsihin həyatında və Müqəddəs Ruhun Məsihin ardıcıllarında məskən salmasında bir çox vədlər yerinə yetmişdir. Lakin seçilmiş xalqın əksəriyyəti bu vədlərin yerinə yetirilməsini qavramamışdır!

8) Seçilmiş xalqın əcdadları filosoflar deyil, çobanlar və kahinlər idi. Əcdadlar iman və sədaqət ilə öz zəifliklərinə qalib gələn İbrahim, İshaq və Yaqub ilə təmsil olunmuşlar. Buna görə onlarla əhd bağlayan Rəbb İbrahimin, İshaqın və Yaqubun Allahı adlanmışdır (Yar. 35:9-12; Çıx. 3:6; Mat. 22:32).

Nə Musa, nə Davud, nə İlyas, nə də Əhdi-Ətiqin başqa görkəmli şəxsiyyətlər məşhur bir fəlsəfənin, universitetin, akademiyanın əsasını qoymamışlar, lakin bəşərin pozğunlaşmasına baxmayaraq, Rəbbin həqiqət və qüdrətini dəfələrlə yaşamışlar. Onlar imanla yaşayıb, xalqları üçün nümunə və gələcək nəsilləri üçün xeyir-dua mənbəyi olmuşlar.

9) Lakin İsrail xalqının xüsusi sərvəti gözlənilən Məsihin gəlişi idi. O, padşahlar Padşahı, həqiqi Baş Kahin və Allahın bəşər olmuş Kəlamı idi; Onda biz Allahın insanlar arasında zühur edən qüdrət, qüvvət və məhəbbətini görürük. İsa Məsih “Mən dünyanın Nuruyam” demişdir, çünki Allahın məhəbbəti Onda yaşayıb və Müqəddəs Ruh Onu izzətləndiririb! O Allahla birdir, necə ki Özü “Mən və Ata birik” (Yəh. 10:30) deyə elan etmişdir. Bu həqiqət əsasında həvari Paul İsaya “Allah” dedi, necə ki bütün məsihi cəmiyyətləri iqrar edirlər ki, İsa Allahdan olan Allah, Nurdan olan Nur, həqiqi Allahdan olan həqiqi Allahdır, doğulmuş, amma yaradılmamışdır, Ata ilə eyni varlığa malikdir.

Paulun Romadakı imanlılar cəmiyyətinə yazdığı bu iman iqrarı üçün yəhudilərin məsihilərə qəzəbi tutub, onlar məsihiləri lənətləyiblər. Roma paytaxtında yaşayan yəhudilərin əksirəyyəti İsanı Allaha boyun əyməyən yalançı kafir sayıblar və zənn ediblər ki, elə bu səbəbdən İsa romalıların əlinə təslim edilib çarmıxa çəkilmişdi. Onlar İsadan yeddi yüz il əvvəl Yeşayanın dövründə etdikləri kimi, eramızın birinci əsrində yenə Məsihə qarşı ürəklərini daşa döndərməyə davam ediblər (Yeş. 6:9-13; Mat. 13:11-15; Yəh. 11:40; Həv. 28:26-27).

Bu ayələrdə yəhudilərin inadkarlığının get-gedə artdığını, aşkara çıxdığını açıq-aşkar görürük. Onlar günahlarından tövbə etməyiblər, Musanın Qanununa riayət etdiklərinə görə özlərini saleh sayıblar, başqalarını isə murdar hesab ediblər.

Xalq belə inadkar halda olanda, Vəftizçi Yəhya Məsihin yolunu hazırlamağa gəlib. Xalqın bir hissəsi Yəhya tərəfindən vəftiz olunub və İsanın Müqəddəs Ruhla vəftiz edəcək, yeni ruhani Padşahlığını quracaq Allah Quzusu olduğunu öyrəniblər. Səhrada nida edənin tərəfindən vəftiz olunanlar Məsihi qəbul etməyə hazır idilər. İsa dindarları, alimləri, ilahiyyatçıları dəvət etməyib, lakin Vəftizçinin önündə günahlarını etiraf edən adamları Onun yolunu tutmağa dəvət edib. Belə adamlar Məsihin şagirdləri olub, Müqəddəs Ruhu ilə dolublar. Seçilmiş xalqın sirri nə bilikdə, nə var-dövlətdə, nə siyasi təcrübədə, nə də zahiri əzəmətdədir. Sirr bundan ibarətdir ki, adam günahlarını etiraf etsin və qürurunu sındırsın. Günahlarını etiraf edən, ruhu əzilmiş adamlar Məsihin xilası və əbədi həyatına nail olublar.

İsrail xalqının Allahın hüzurundan əlavə olan bu qanuni üstünlükləri yəhudilərin çoxuna mənfi təsir göstərib. Onlar öz günahlarını dərk etmədikləri üçün başqa xalqların qarşısında qürurlanmağa başlayıblar, tövbə etməyə ehtiyacları olmadığını zənn edib, əsrlər boyunca Allaha, Məsihə və Pak Ruhuna qarşı baş qaldırıblar. Axırda hüquqları çox, Ruhu az bir xalqa çevriliblər!

Keçmişdə Paul da onlardan biri, məğrur fanatik idi. Məsihin ardıcıllarına işkəncə çəkdirir, bəzisini imandan döndərməyə müvəffəq olurdu, imanda möhkəm olanları isə ölümə təslim edirdi. Lakin Dəşəmq yolunda izzətli Məsihlə üz-üzə gəlməsi Paulun xəyallarını, qürurunu darmadağın edib, günah və təqsirlərini ifşa edib və Allahın lütfü ilə ruhu əzilən Paul Müqəddəs Ruhdan yenidən doğulub və Rəbb İsanın həvarisi olub!

Paul anlayıb ki, insan İbrahimin nəslindən olması, sünnət edilməsi ilə xilas olmur, yalnız Məsihin kəffarə qurbanı və Müqəddəs Ruhla dolması ilə xilas olur. Bu yolla insan Məsihin ruhani Bədəninə daxil olur, Məsihin üzvü olur. İbrahimin yeni nəslinə vəz edən Paul bir daha əmin olub ki, Allahın ruhani Padşahlığı əsla siyasi İsrail dövlətinə bənzər olmaz. Təəssüf ki, Məsihin ruhani Bədəni bu gün hələ də İsraildə amansızcasına təqib olunur. Paul heç bir siyasi hakimiyyətdən bəhs etmir, Məsihin dünyanın hər yerində yaxşı xasiyyətdə, düzgünlükdə və paklıqda zahir olan ruhani Padşahlığından bəhs edir.

DUA: Ey Səmavi Ata, seçilmiş xalqın ilə çox səbirli rəftar etdiyinə görə Sənə şükür edirik! Bu xalq ilə qədimdən bağladığın əhdlərə görə Sənə minnətdarıq. Onlar Sənin xəbərdarlıqlarına, cəzalarına əhəmiyyət verməyiblər! Biz də sənin uca məhəbbətinə iman və sədaqətlə cavab verməmişiksə, bizi və xalqımızı bağışla! İbrahimin nəslindən çoxlarını xilas et, yaşayan İsa Məsih vasitəsilə zehinlərini təzələ və ürəklərini təmizlə!

SUALLAR:

  1. Paul Allahın qədim xalqının neçə üstünlüyündən bəhs etdi? Sən bu üstünlüklərdən hansını ən önəmli sayırsan?
  2. Niyə Allahın lütfü Allahın seçdiyi xalqının əksəriyyətini xilas edə bilmədi və yəhudilər dəfələrlə məhkumiyyətə uğradılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)