Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Acts - 086 (Paul at Athens)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

7. Paul Afinada (Həvarilərin İşləri 17:16-34)


HƏVARİLƏRİN İŞLƏRİ 17:22-29
22 Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. 23 Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. 24 Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. 25 İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! 26 Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, 27 Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. 28 “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”. 29 Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş və yaxud daşdan düzəldilən bir şeyə bənzəyir.

Afina gözəl və səfalı şəhərdir, lakin Yerusəlim ondan böyükdür. Afinanın ətrafındakı təpələr, düzənlik və dəniz gözəl nəğmə kimi ahənglidir, lakin Yerusəlim mühakimə və lütf dağları ilə əhatə olunan qurbangah kimidir. Paul yunan incəsənətinin mehvərində, Afina mədəniyyətinin mərkəzində, Panteonun kölgəsində durub, hər şeyə qadir olan, hər kəsin Sahibi və Yaradanı yeganə Allahın yolunda mübarizə apardı. O, çarmıxa çəkilmiş Məsihi elan etmədi, çünki ona qulaq asanlar ilahi əfvi nə dərk edir, nə də axtarırdı. Paul öz inancının bütün əsaslarını anlatmadı, insanların suallarına cavab vermədi, ona qulaq asanlardan gizli qalan ruhani anlayışını onlarla bölüşmədi, ancaq xilas olmaları üçün onlara Müjdəni danışdı. Hər şeydən əvvəl o, hikmətin başlanğıcı olan Allahın qorxusundan başladı. Hikmətli vaiz afinalıları çoxlu allahlara inanmaqdan azad etməyə cəhd etdi. O onları vahid Allaha imana gətirmək və Allahın önündə cavabdeh olduqlarını öyrətmək istədi. Belə ki onlar Allahın iradəsini axtarıb, Onun müqəddəs Şəxsiyyəti qarşısında lərzəyə gəlib tövbə etsinlər.

Paul alim və filosofları ruhani cahilliklərinə görə mühakimə etmədi, çoxlu allahlara qulluq etdiklərinə görə dərindən kədərləndiyi halda, onların səthi dindarlıqlarını və xoş niyyətlərini təriflədi. Həvari itmiş adamlar ilə onların itmiş halları arasında ayırd etməyi bacardı, həqiqəti axtaran itmiş bir adamı rədd etmədi, səylə axtardığı Şəxsi onlara göstərdi. Bütün insanlar Allaha can atırlar, amma Onu tanımırlar və günahlarına görə Ona yaxınlaşa bilmirlər.

Paul yolunu azmış bu dahi adamların arasında dayanıb söhbət edərkən, “naməlum Allahı” tanıdığını və onlardan gizli qalan bu Allahı onlara elan etdiyini söylədi. Çox qəribədir! Yunanlar bütün ruhları və allahları razı salmağa çalışır və hətta onlara naməlum olanı belə, unutmaq istəmirdi. Buna görə “Naməlum Allah” onlara qəzəblənməsin deyə, Ona qurban vermək üçün bir qurbangah inşa etdilər. Paul bu bütpərəst qurbangahından istifadə edərək, onların bütpərəstliyini özünün inancı ilə əlaqələndirmişdir və ona qulaq asanlara bu yolla göstərmişdir ki, dünyanı Yaradan yeganə Allah indiyədək göylə yeri, buludlarla küləkləri idarə edir. Dənizlər, fəzalar, ulduzlar Onun əlindədir. O, başımızdakı tüklərin sayını belə, bilir. Hazırkı texnologiya əsrimizdə bizim Yaradan Allahın izzəti və əzəmətini dərindən öyrənməyə böyük ehtiyacımız vardır. Biz dərk etməliyik ki, müasir elmlər: fizika, kimya, biologiya və astronomiya insanın Allahın hədsiz qüdrətini təsvir etdiyi təvazökar vasitələrdən başqa bir şey deyildir. Yaşayan Allah ağlımızdan, dərrakəmizdən üstündür. O, kiçik kəlləmizi yaratdı və onun içinə beynimizi qoydu. Biz məxluquq, O isə Xaliqdir, yaradan Ruhdur. Biz günahlarımız üzündən Ondan ayrı düşmüşük. Allahla insan arasındakı əsas münasibətlər belədir. Hamımız Yaradan Allahı yenidən tanımalı, fikirlərimizi Ona yönəltməliyik ki, həqiqi Allahın əvəzinə elmə, texnikaya, insanlara və pula səcdə etməyək.

Böyük Allahın ibadətə, qulluğa, qurbanlara ehtiyacı yoxdur. Çünki O Özü müqəddəs və əzəmətlidir, insanların köməyindən asılı deyildir, heç kəsdən yemək, yaxud qurban istəmir. O, məhdud deyildir, məbədlərə, kilsələrə sığmır. Onun Ruhu bütlərdə və qəribə daşlarda yaşamır. Həqiqətən, Allahımız azad və izzətlidir, Öz fikirlərini həyata keçirir, insanlarda, heyvanlarda, bitkilərdə daim həyat yaradır. Onun iradəsi ilə bərkiyən işıqlı qazlardan yeni ulduzlar meydana gəlir. Yaradanı şərəfləndirən adam Ona qarşı birinci borcunu yerinə yetirir. Onun izzətini dərk etmişiksə, mütləq Ona şükür və səcdə ilə cavab verəcəyik. Beləliklə, Paul ona qulaq asanları, qızıl bütlərə və mərmər məbədlərə olan imanlarından azad etməyə və böyük Yaradan Allaha imana gətirməyə çalışdı.

Ondan sonra həvari hamının Sahibi olan və bütün xalqların tarixini idarə edən Şəxsdən bəhs etdi. O, Adəmdən bizi yaradıb, hər millətə əmrlər verdi və insanların daxilində yaşayan günahın qüdrətinə baxmayaraq, onları inkişaf etdirdi. Allahın Qanununa əməl edən sağ qalır, amma Allahı tərk edən xudbinlik və rifah içində batıb məhv olur. Rəhmli Allah hər qəbiləyə, hər xalqa düşünmək və ənamlarından səmərəli istifadə etmək üçün vaxt verir və onların məskunlaşması üçün hüdudları müəyyən edir. Kim Allaha qarşı ehtiramını itirirsə, insan hüquqlarını da itirər. Bütün xalqların ən böyük borcu Allahı axtarmaq və tapmaqdır, zira ali məqsədimiz puldan, şöhrətdən, səlahiyyətdən və ya elmdən ibarət deyildir, yalnız Allahın Özü bizim məqsədimizdir. Allaha tərəf dönməyən hər kəs həlak olur. Bəs sən Rəbbi axtarırsanmı, yoxsa ancaq özünü düşünürsən? Fani məqsədlər üçün çalışırsanmı, yoxsa hər kəsə hər şeyi Verənə bağlı qalırsan? Həqiqətən, hər gün həyat yaradan və xalqları əməllərinə görə idarə edən Odur.

Böyük Allah göydəki buludlarda oturmaz, daş məbədlərdə məskən salmaz, çünki O, hər yerdə mövcud olan Ruhdur. Bizdən uzaq, yaxınlaşa bilmədiyimiz bir Şəxs deyildir. Əksinə, O sənə çox yaxındır, dediyin hər sözü eşidir və ağlına gələn hər fikrə agahdır. Sənin vicdanın Onun önündə açıqdır və O, sənin daxilində olan hər ləkəni elektrik lampasının işığında xəstənin bədənini müayinə edən həkim kimi açıq-aydın görür. Ondan heç nə gizlədə bilməzsən. Sənin vicdanın belə, günahını ifşa edir.

Biz hələ günahkar ola-ola Allahın bizi çağırdığını anlayan və Allahın məhəbbətinə görə lərzəyə gələn hər kəs, insanı Öz surətində Yaradana səcdə qılır. Allahla insan arasındakı bu münasibəti izah etmək üçün Paul yunan filosoflardan birini sitat gətirdi: “Biz ilahi nəsildənik”. Bu sözlər əzəmətlidir! Varlığımız heçdən yaranmayıb, təkcə maddədən və ya şərdən əmələ gəlməyib. Biz Allahdan yaranmışıq və Allahda yaşayırıq, O bizim istiqamətimizdir və fikirlərimiz yalnız Ona yönəlməlidir, yoxsa biz günah edirik. Nə sənət əsərləri, nə qızılı günəş işığında parlayan dəbdəbəli binalar, nə fəlsəfi düşüncə sistemləri dünyamızda Allahın izzətini əks etdirməz. Həqiqətən, hər insan Haqq-Taalanın nəslindəndir və Onun surətini əks etdirməyə çağırılmışdır.

DUA: Ey Müqəddəs Allah, Sən kainatı yaratdın və səbrinlə saxlayırsan! Biz Səndə yaşayırıq və mərhəmətin sayəsində var oluruq. Böyük məhəbbətinə görə Sənə şükür edirik. Fikirlərimizi hər zaman Özünə tərəf yönəlt!

SUAL:

  1. Paulun afinalı filosofların önündəki vəzinin birinci hissəsində başlıca üç fikir nə idi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)