Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi
11. Oyaq olun! (Matta 24:42-51)MATTA 24:42-44 Məsih bizə gəlişini gözləyərək ayıq və oyaq olmağı buyurur. İsanın nə vaxt gələcəyini heç kəs dəqiq bilmir. Bəziləri Onun heç gəlməyəcəyini düşünürlər. Başqaları Onun artıq gəlmiş gizli şəkildə aramızda olduğunu söyləyirlər. Lakin Məsih bizə hazır, ruhən oyaq olmağı əmr edir, çünki O, gecə gələn oğru kimi gözlənilmədən, gizlin və sakitcə gələcək. Onun gəlişinin necə başlandığından heç kəsin xəbəri olmayacaq. Bu səbəbdən biz oyaq olmalı və allahsızlıq qaranlığındakı səslərə diqqət yetirməliyik ki, Rəbbimizin gəlişində hazır olaq. Oyaq olmaq təkcə Rəbbimizin gəlişinə inanmaqdan ibarət deyildir. Biz daima Onun gəlişinə hazırlanmalı və Onun gələndə bizi nə vəziyyətdə tapmasını istəyiriksə, özümüzü elə bu cür ruhani vəziyyətdə saxlamalıyıq. Oyaq olmaq, Rəbbin gəlişinin yaxınlaşmasının əlamətlərinə diqqət yetirmək və Onunla gələcək görüşümüzü yadda saxlamaq deməkdir. Nə qədər ki, bu dünyadayıq, sanki qaranlıq gecədə yaşayırıq və nəyin bahasına olur-olsun oyaq qalmaq üçün səy göstərməliyik. Məsihin gəlişinə necə hazırlaşırıq?
Sən İsanın gəlişinə hazırlaşırsanmı? Yoxsa məqsədsiz həyat sürürsən və yalnız özünü düşünürsən? Vicdanını yoxla: üstündə qara bir ləkə, bağışlamadığın bir adama qarşı kin varmı? Vaxt var ikən təmizlənmək üçün tövbə etməyə tələs, hər kəsi bağışla və incitdiyin hər adamdan üzr istə! DUA: Ey Səmavi Ata, dünyəvi işlərlə məşğul olub, sevimli Oğlunun gəlişinə xor başmışıqsa, bizi bağışla! Başımızı qaldır ki, gəlib bizi təqib, sınaq və ölümdən xilas edəcək Nicatkara nəzər salaq. Bizə kömək et ki, dost-tanış və qohum-əqrəbamız üçün Rəbbin yolunu hazırlayaq, belə ki onlar da Məsihi qarşılamağa hazır olsunlar. Bizi qüvvətləndir ki, Səni gözləyərkən yuxuya getməyək və Sənin gəlişinə etinasız yanaşmayaq! SUAL:
|