Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 209 (The Hardheartedness of the People of Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

12. Yerusəlimin aqibəti (Matta 23:37-39)


MATTA 23:37-39
37 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 38 Baxın, eviniz viran qalır. 39 Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz»!
(1Pad. 9:7-8; Mat. 21:9; 26:64)

Məsihə ən çox əziyyət verən, günahkarlar deyil, Musanın Qanununa bağlı olan daşürkəli dinçilər idi. İsanı ölümə təslim edənlər də adi günahkarlar deyil, kin dolu ikiüzlü dinçilər olublar. Buna baxmayaraq, Məsih onları sevib, dəfələrlə Ona tərəf dönməyə çağırıb, onlara dönə-dönə Öz məhəbbətinin, qüdrətinin əlamətlərini göstərib! Ancaq indi artıq bunun sonu yaxınlaşmışdı. İsa Yerusəlimi “Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər” adlandırdı. Sivilizasiyanın mərkəzi, Allahın evi olan şəhəri “qatillik”də ittiham etdi. Qüdsün və bütün şəhərlərin üzərinə gələcək mühakimə necə də qorxunc olacaq!

Məsih həmişə itmiş biçarələri bir yerə yığmaq, doğma evinə, Onun Özünə geri gətirmək istəyir: “Xalqlar Ona itaət edəcək” (Yar. 49:10). O, bütün yəhudiləri ilahi əzəmətinin qanadları altına, İmanlılar Cəmiyyətinə yığmaq istəyib.

İsa onları şəfqətlə yığmaq istəyib, necə ki toyuq cücələrini qanadları altına yığır. Məsihin bu arzusu məhəbbətindən qaynaqlanır (Yer. 31:3). Cücələr toyuğun qanadları altına yığılır, çünki ora əmin-amanlıqdır, isti və rahat yerdir. Eləcə də biçarələr Məsihdə pənah yeri və rahatlıq tapırlar. Cücələr təhlükə qarşısında təbii olaraq toyuğa təfər qaçır, ona sığınır. İsa da həmçinin günah və ölümdən xilas olmaq üçün Ona tərəf dönənlərə pənah yeri olmuşdur.

Lakin onların əksəriyyəti qürurunu sındırmaq istəmədi, tövbə edib günahlarını etiraf etmədi. Allahın rəhmli Oğlunda olan məhəbbətini qəbul etmədilər, Onu rədd etdilər, çarmıxa çəkilməyə təslim etdilər, Müqəddəs Ruhun səsinə əhəmiyyət vermədilər. Buna görə Yerusəlim üzərinə Allahın mühakiməsi gəldi. Eramızın 70-ci ilində yəhudilərin romalılara qarşı qiyamından sonra müqəddəs şəhər viran edildi. 132-135-ci illərdə ölkənin qalan hissəsi də viran edildi. O zamandan bəri Allahın qədim xalqı, həqarətlə baxdığı millətlər arasında səpələndi. Evləri viran qaldı. Yalnız ürəyindəki şərə görə tövbə etsələr, Allahın çarmıxa çəkilmiş Oğluna iman etsələr, onda ümid yerləri olan Məsihi görəcəklər və lənətdən azad olacaqlar. O vaxt müqəddəs şəhər Yerusəlimdən ətrafındakı səhraya diri su çayları axacaq (Zək. 12:10-11). Ondan qabaq isə Yerusəlim bütün xalqları səndələdən şərab dolu kasa və büdrəmə daşı olacaq (Zək. 12:2-3).

Buna görə biz belə nida edirik: “Ya Rəbb İsa! Sən yer üzünə gələcəksən, biz Səni gözləyirik. Tez gəl! Çünki Sənsiz Yerusəlimdə sülh olmayacaq”.

DUA: Ey müqəddəs Rəbb, biz qürurluyuq, Sənin Oğlun isə qəlbi sınıq və Ona ehtiyacı olduğunu dərk edənləri sevir. Nöqsanlı məhəbbətimizə görə bizi bağışla və tövbə edən ürəklə Sənə xidmət etmək üçün bizi Öz qüvvətinlə doldur! Qoy biz Sənin Padşahlığını müjdələyək və bütün insanlar tövbə edib birgə belə dua etsinlər: “Gəl, ya Rəbb İsa! Rəbbin adı ilə Gələnə alqışlar olsun!”

SUAL:

  1. Məsih bizə Yerusəlim şəhəri barədə nə öyrədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:08 AM | powered by PmWiki (pmwiki-2.3.3)