Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 129 (Parable of the Sower)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

a) Səpilən toxum məsəli (Matta 13:1-23)


MATTA 13:10-17
10 Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» 11 O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. 12 Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. 13 Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. 14 Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. 15 Çünki bu xalqın ürəyi kütləşdi, qulaqları ağır eşitdi, gözlərini yumdular ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”. 16 Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! 17 Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.
(Lev. 29:3; Sül. 9:9; Yeş. 6:9-10; Mark 4:10-12; Luka 8:9-10; Yəh. 9:39; 1Kor. 2:10; 1Pet. 1:10)

Məsihin şagirdlərinə bu sirləri bilmək imkanı verildi. Allahın insana verdiyi ilk ənam bilikdir. Müjdənin sirlərini bilməyə can atan bütün həqiqi imanlılara bu bilik bəxş edilir və bu, şübhəsiz, ən yaxşı bilikdir.

Necə gözəl mənzərədir! Sahildən bir az aralıda bir qayıqda İsa durub vəz edir, sahildə isə camaat yığılıb İsaya qulaq asır. İsa onlara imanlıların ruhani inkişafının və imansızların tənəzzülünün sirlərini öyrədir.

İmanlılar Allahın Kəlamını eşidib razılaşır, Allahın Oğluna iman edirdi. Onlar İsa ilə yeni əhd bağladılar, İsada qaldılar, Onun həyatverici Kəlamında kök saldılar, Onun iradəsini yerinə yetirmək və Onun adı ilə başqalarını zülmətin əsarətindən azad etmək üçün qüvvətləndilər. Onların imanları sayəsində Məsih Özü ürəklərində məskən saldı və onlara xilasını elan etməyə güc verdi.

İsanın ardıcıllarının ruhani inkişafı nə qədər böyükdür! Rəbb onları bəxtiyar adlandırdı, çünki onlar Onu görüb dərk etdilər, Onu eşidib dediyinə əməl etdilər; beləcə onlarda keçmiş möminlərin arzuları yerinə yetdi. İsanı Xilaskar kimi qəbul etməyən inadkar adamların tənəzzülü və dönüklüyü nə qədər dəhşətlidir! Məsih doğulmazdan 700 il əvvəl Allah Yeşaya peyğəmbəri yəhudi xalqının ürəyini kütləşdirməyə göndərmişdi, çünki Rəbb onları Aşşurun ordusundan qurtarsa da, onlar ürəkdən tövbə etməmişdilər. Rəbb getdikcə pisliyə qərq olan bu xalqı Babilə sürgün edilməklə cəzalandırdı. Tarixdə bu olay “Babil sürgünü” və ya “Babil əsarəti” adlanır. Üstündən yetmiş il keçmiş Rəbb xalqın vətəninə qayıtmasına yol açdı, onlara yenidən ağıllanıb Rəbbə tərəf dönmək fürsətini verdi. Lakin Məsih gəldiyi zaman yəhudilərin əksəriyyəti Ona və Müjdəsinə qarşı ürəklərini kütləşdirmiş, ata-babaları kimi inadkar idilər. Yenə də xalqın az hissəsi tövbə etdi, az adam Allahın Oğlunu qəbul etdi, çoxları inadkarcasına Ona qarşı durdular. Yeşayanın peyğəmbərliyi ikinci dəfə yerinə yetdi: Rəbb onları vurdu və dünyanın dörd bir yanına səpələdi.

Xristian adlanan adamlar Yaqubun övladları ilə birlikdə məhkum olunmamaq üçün onların tarixindən ibrət almalıdırlar. Müjdəni eşidib qəbul etməyən adamın ürəyi daşa dönür. Axırda Rəbb haqlı olaraq onları mühakimə edəcək, çünki onlar xilasını rədd etdilər, təzələnmək istəmədilər, ruhani həyatlarına yaraşan meyvə vermədilər.

İsa birinci məsəlində bizə Allahın sahəsində müjdəçilik fəaliyyətinin bəhrələrini göstərdi. Müjdə hamıya təqdim olunur, heç kim istisna edilmir. Əkinçi çox toxum əkdi, hər yana bolca atdı: yol kənarındakı bərk daşlara, bitkiləri böyüməyə qoymayan dəlicələrin arasına. Allah hər kəsə bərabər kamil Müjdənin əla toxumlarını qəbul etmək imkanını verir.

DUA: Ey müqəddəs Ata, Səni ucaldırıq, zira Sən xilas barəsindəki Müjdəni bütün xalqlara göndərmisən. Oğlun İsaya və bizi tövbəyə gətirən, ürəyimizdə iman yaradan, bizə yeni həyat, müqəddəslik, izzət ümidini verən həyatverici Kəlamına görə Sənə minnətdarıq. Günahkarları az sevdiyimizə, onların tövbə edib Rəbb və Xilaskar kimi qəbul etmələri üçün onlara asan başa düşdükləri dildə Sənin xilasını başa salmadığımıza görə bizi bağışla! Onlara rəhm elə, ey Səmavi Ata, qoy onlar Səni eşidib İncildə Oğlun İsanı görüb tanısınlar və gözəl surətinə dəyişdirilsinlər!

SUAL:

  1. Ruhani inkişafımıza mane olan nədir və imansızlar necə ürəklərini daşa döndərirlər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)