Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 094 (Two Blind Men and a Dumb Man Healed)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

11. İsa iki kor və bir lal adama şəfa verir (Matta 9:27-34)


MATTA 9:27-31
27 İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28 Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29 O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30 Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31 Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.
(Mat. 8:4; 20:30; Həv. 14:9)

Allah Davuda Məsihin onun nəslindən gələcəyini vəd etmişdi və hamı bu vədi bilirdi, Məsihə də “Davud Oğlu” deyirdi. O vaxt hər kəs Məsihin zühurunu gözləyirdi. Bu iki kor adam da Məsihin artıq gəlmiş olduğunu bilərək Kefernahumun küçələrində bunu açıqca elan edirdi. Onlar İsanın gözlənilən Məsih olduğunu iqrar edərkən, baş kahinlər və fariseylər cahilcəsinə bunu inkar edirdilər. Korlar nə İsanı, nə də möcüzələrini görə bilmirdilər, lakin “iman eşitməkdən yaranır”!

Məsih yəhudilər arasında yaşadı, amma çox az yəhudi Onu Allahın Məsihi kimi tanıdı, çünki əksəriyyəti siyasi xilaskarı gözləyirdi, ürəkləri dəyişdirəni yox. Buna görə onların gözləri görə-görə, zehinləri sağlam ola-ola, ruhən kor vəziyyətdə qaldılar. Bu gün İsanı tanıdığını düşünən bir çox mömin və alim adamlar İsanın əsil varlığına yaxın gəlməyiblər, Onun ürəyə necə sülh verdiyini dərk etməyiblər. Halbuki sözügedən korlar İsanın Davudun nəslindən gəldiyinə, Əhdi-Ətiqdə vəd olunan ilahi Padşah olduğuna (2Şam. 7:12-14) inandılar, İsanın onlara şəfa verməsi üçün ucadan nida etdilər. Lakin İsa onların imanlarını sınaqdan keçirmək istədiyinə görə nidalarına dərhal cavab vermədi. Onlar sınaqdan uğurla keçdilər, İsadan əl çəkmədən Peterin qayınanasının evinə qədər ardınca gedərək təkidlə yalvardılar. Onda İsa onların qeyrətlərini şərəfləndirdi və imanlarına görə Öz qüdrətini göstərdi. Onun bu möcüzəni yarada biləcəyinə inandığını soruşdu, onlar da “Bəli!” cavabını verdilər. Biz bu gün onlara qoşulub İsanın şəfa verməyə və xilas etməyə qadir olduğunu iqrar edirikmi? Biz sidq ürəkdən nida edib, xahişlərimizi İsaya deyirikmi?

Onlar iman iqrarı etdikdən sonra Məsih onların gözlərinə toxundu və onlar İsanın məhəbbətini, şəfa verən qüvvəsini hiss etdilər və ilk dəfə Onun Özünü gördülər. İsanın siması onlara çox dərin təsir bağışladı. Onlar İsanı görəndə, qüdrətli Xilaskar və Padşah olduğunu dərk etdilər və onların imanı onlara əsil ruhani dərrakə verdi.

İsanın bu iki kor adama şəfa tapdıqlarından hər kəsə danışmamağı tapşırması heyrətvericidir. İsa istəyirdi ki, ardıcıllarının imanı hər şeydən əvvəl tövbəyə əsaslansın, ürəkləri dəyişsin, zehinləri təzələnsin, ruhani korluqdan qurtarıb, şüurlu olaraq Allahın nurunda yaşasınlar. Məsihin məhəbbəti sənin gözlərini açıbmı, yoxsa sən hələ də Məsihdən uzaq, xilasdan məhrum, günah içində, zülmətdə həyat sürürsən?

DUA: Sənə şükür edirik, ey Səmavi Ata, çünki Sən, Səni görməmiz və sevməmiz üçün gözlərimizi açmısan və biz imanla Sənin övladların olmuşuq. Bizi Öz məhəbbətində möhkəmləndir, qoy biz Sənin əzəmətini qavrayaq, taxtına yaxınlaşıb diz çökərək qohum-qonşularımız üçün dua edək ki, Sən onlara şəfa verəsən. Onların ürək gözlərini aç, qoy onlar Səni görüb, mərhəmət və məhəbbətini dadsınlar!

SUAL:

  1. İki kor adamın şəfa tapmasının sirri nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)