Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 067 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


MATTA 6:12
12 Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla.
(Mat. 18:21-35)

Öz günahlarını anlayıb etiraf edən insan bəxtiyardır. Səmavi Atadan pis işlərini bağışlamasını istə və duana cavab verəcəyinə inan. Çünki Məsih çarmıxda sənin üçün canını qurban verdi. Vicdanına tam kamil lütfü qəbul et. Müqəddəs Ruh sənə təsəlli verəcək, Allahın sülhünü verəcək. Bütün günahlarını etiraf et və onların Məsihdə bağışlandığına inan. Onda sən əbədi olaraq saleh sayılacaqsan. Məsihdə Allahla barışıq əsasında günahlarının bağışlanması üçün Səmavi Atana şükür etmisənmi?

Bağışlanmaq üçün xahiş yalnız cinayətkar və dinsiz adamlaramı aitdir, yoxsa həmçinin Allahın saleh saydığı övladlarına da? Müqəddəs Ruh səndə məskən salıbsa, saysız ehtiraslarını, yalanlarını, qeybətini, kinini və dağ boyda qürurunu sənə göstərəcəkdir. Allahın övladları hər gün, hər an Məsihin qanı ilə təqdis edilməyə can atmalıdırlar. Heç kəs Allahın qarşısında pak deyildir, Allahla yaşamağımız üçün yeganə əsas Məsihin qurbanıdır. Vicdanımız yalnız bizim uğrumuzda ölən Quzunun qanından təsəlli tapar. Məsih Rəbbin Duasını yalnız dinsizlərə öyrətməyib; əksinə, O ilk növbədə Öz şagirdlərinə onu öyrətdi, halbuki şagirdləri Allahı Ata kimi tanıyırdılar. Buna görə biz pis fikir, söz və əməllərdən təmizlənməyimiz üçün hər gün dua etməliyik.

Sən günahlarının bağışlanmasına nail olmusansa, öz xudbinliyinin məğlubiyyətindən təsəlli tapmısansa, Xilaskarın lütfü ilə murdar əməllərindən azad olmusansa, Rəbbin Duasının beşinci xahişində görəcəksən ki, İsa sənin nəinki öz günahlarının bağışlanması, həm də tanış olduğun başqa günahkarların bağışlanması üçün Allaha yalvarmağını istəyir. Saleh bir insan yoxdur. Hər insanın sadiq Xilaskara ehtiyacı var. Sən Qanunu pozan və pislik eləyən hər kəsi bu xahişə şamil etməlisən. Kahin xidmətini sədaqətlə yerinə yetir.

Məsih Özü günahsız, hər cür xətadan və haqsızlıqdan uzaq ola-ola bu sözləri söylədi. O, hədsiz məhəbbəti ilə dünyanın bütün günahlarını Öz üzərinə götürdü və bizim üçün “Borclarımızı bağışla!” deyə yalvardı. Bunu dedikdə O şagirdlərini və dünyada olan bütün insanları nəzərdə tutmuşdur. O bizim borclarımızı Özünə aid imiş kimi qəbul edərək cəzamızı çəkdi. Onun məhəbbəti, həlimliyi nə qədər böyükdür – müqəddəs Olan Özü ağır yükümüzü bizimlə bölüşüb! (2Kor. 5:21).

Bu tamamilə unikal xahişə görə Rəbb İsaya şükür edirik. Dua edən hər kəs bu sözlərlə özünü Allahın cəzasına layiq olan günahkar kimi qəbul edir. Tövbə edərək tam iman və inamla duada bu sözləri söyləyən hər kəs qürurlu halda qala bilməz, çünki özünü alçaldıb bütün insanlar kimi təqsirli olduğunu təsdiq edər. Bu xahiş, günahkar olduğumuzu və İsa Məsihin lütfü ilə saleh sayıldığımızı etiraf edən bizləri ikiüzlülük və qürurdan azad edir.

Bəs sənin həmdlərin harada qalıb? Sən Ona necə şükür edirsən? Ümumi əfvi nə vaxt elan edəcəksən?

İnsan, Yaradanın onun günahlarını bağışladığını necə bilər? Qiyamət günü gəlməmişdən bütün təqsirlərinin yox edildiyinə necə əmin ola bilər? Sən Allah və mələklər qarşısında necə əbədi olaraq saleh sayıla bilərsən? Yalnız çarmıxa çəkilmiş olan İsa Məsihdə bu cür əminlik əldə edə bilərsən! Dünyanın günahını ortadan qaldıran Allah Quzusu Odur. Sənin üçün əzab çəkən və hökm günündə səni əvəz edəcək olan Vasitəçi Odur. Onun kəffarəsi sənin salehliyindir. O, dünyanı Allahla barışdırıb. Ona iman edən əvəzsiz olaraq bağışlanır və əbədi olaraq saleh sayılır.

Məsihi bütün bəşəriyyətə şamil edilən kəffarəsinə və günahlarımızı tamamilə bağışladığına görə şükür etmək istəyirsənsə, Məsih səni bağışladığı kimi sən də düşmənini bağışla. Sən düşmənini sevdiyin vaxt Onun məhəbbəti səndə əks olunur və beləcə sən məhəbbətdə bağışlanmanın sirrini dərk edirsən.

Səmavi Atan səni hər adamın bütün günahlarını bağışlamağa, hər kəsə xeyir-dua verməyə, Rəbbin hər kəsə mərhəmət göstərməsi üçün dua etməyə çağırır. Məsihin çarmıxa çəkilməsi ilə başlanan ilahi məhəbbət inqilabı bu gün sənin imanın və düşmənlərini bağışlamağın ilə davam edir.

Düşmənlərinin bütün təqsirlərini bağışlamasan, özünü Allahın lütfündən məhrum edəcəksən, çünki Rəbbin Duasında “Mən mənə qarşı pislik edənləri bağışladığım kimi, Sən də məni tam şəkildə bağışla” deyirsən. Onların təqsirlərini yaddan çıxartmasan, bu duada deyilənə zidd olaraq davranarsan və sanki belə deyərsən: “Ey Ata, mən başqalarının günahlarını unutmadığım kimi, Sən də mənim günahlarımı unutma!” Adamı yalnız zahirdən bağışlayırsansa, elə çıxır ki, Allahdan səni bu cür bağışlamasını istəyirsən. “Biz ...bağışladığımız kimi...” Rəbbin Duasının ən təhlükəli sözləridir. Bunları əməldə tətbiq etməyə çox səy göstər.

Allah, salehliyə nail olmağın üçün səndən gücün çatmayan bir şey istəməz. Səndən bircə onu tələb edər ki, sən təzələnib Onun kimi mərhəmətli olasan. Bu, məhəbbət prinsipidir – özünə görə yaşama, həyatını başqaları ilə, layiq olmayanlarla bölüş. Sənin günahların tamamilə bağışlanmışdır, buna görə sən də düşmənlərinə bütün günah və təqsirlərini bağışlamalısan.

DUA: Ey müqəddəs Ata, Sənə həmd edirik, ucaldırıq lütfkar Ruhunda cuşa gəlib şadlanırıq, çünki Sən sevimli Oğlunun çarmıx ölümü vasitəsilə bizi və tövbə edən hər kəsi bağışlamısan! Məhəbbətin qarşısında səcdə edirik və məhəbbətinin həyatımızda əks edilməsini diləyirik. Sən bizə xeyir-dua verdiyin kimi biz də düşmənlərimizə xeyir-dua veririk, bizə qarşı etdikləri pislikləri bağışlayırıq, necə ki Sən uca məhəbbətinlə bizi bağışlamısan!

SUAL:

  1. Bağışlanma xahişində nə cür sirlər vardır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:37 AM | powered by PmWiki (pmwiki-2.3.3)