Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 068 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


MATTA 6:13
13 Bizi sınağa çəkmə, lakin bizi şər olandan xilas et.
(1Yəh. 5:4-5, 19)

Səmavi Ata heç vaxt heç kəsi aldatmaz və sınağa çəkməz, çünki Onun məhəbbəti müqəddəsdir, bizi həlak etməz, əksinə, xilas edər. Lakin Onun övladlarından biri Müqəddəs Ruhun onu paklığa, həqiqətə, məhəbbətə yönəltməsinə, günahlarını ifşa etməsinə cavab etməyəndə, inadkarlıq və qürurunda qalanda, Allah şər olana yol verir ki, onları sınağa çəksin və günaha batırsın. O zaman insan saleh olmadığını, kiçikliyindən bəri həmişə çox günahkar olduğunu dərk etməyə başlayır və ağlaya-ağlaya tövbə edərək Səmavi Atasına tərəf dönür, bağışlanır, tam dəyişilməsi, təqdis edilməsi üçün yalvarır.

Səmavi Atan səni Öz surətinə dəyişdirmək istəyir. Məsih sənə Öz adını verib. O sənə “məsihi” deyir ki, sən məhəbbət, sevinc, sülh və səbir ilə müqəddəs həyat sürən, Müqəddəs Ruh tərəfindən məsh olunmuş insan olasan. İnadkar ürəyinə görə səndə Atanın məziyyətlərindən heç biri görünməyəndə, Allah bu problemin həlli üçün bircə çarə tapar – sınağa çəkilməyinə yol verər və həyatında xəstəliklər, dərdlər, bədbəxtliklər üz verər. O səni tərbiyələndirər ki, sən ağıllı olub Ona tərəf dönəsən, Onun qüvvəsiylə xilas olasan, təqdis olunasan.

Daima tövbə etmək və sınaqlardan qorunmaq üçün özünə və bütün imanlılara görə dua etsən, həm hər kəsin ürəyinin dəyişilməsi, həm də hamının təqdis olunması üçün yalvararsan. Həvari Paul Romalılara Məktubunda saleh sayılmaq barədə ətraflı olaraq bəhs edəndən sonra imanlıların təqdis olunması və əqlən yenilənməsindən danışır: bədənlərini diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim etmələrini buyurur (Rom. 12:1-2). Biz mütləq dəyişilməliyik, çünki Allah istəyir ki, biz müqəddəs olaq. Müqəddəs Ruh daima səni ifşa edir ki, sən öz qürurundan əl çəkərək təvazökar ilahi məhəbbətlə dolasan.

Hər tərəfdə çoxlu sınaqlar var! Filmlərdə, reklamlarda, kitablarda, geyimlərdə – hər yan Allahın müqəddəsliyinə qarşı üsyan qaldırır. Sənin ürəyindən Allahın əmrlərinə qarşı olan pis fikirlər çıxır. Biz hamımız sınaqlardan qorunmaq üçün dua etməliyik. Gəlin, bu sözləri şüurlu şəkildə deyək və dualarımızda dediyimiz sözlərə həqiqətən inanaq.

Sınaqların məqsədi birdir – bizi Allahın iradəsinə zidd davranmağa, Onunla əhdimizdən çıxmağa, müstəqil yaşamaq arzusuyla Atadan uzaqlaşmağa məcbur etməkdir.

Xristian xalqlar sınağa düşüb Məsihə zidd davranmaq təhlükəsindədirlər, çünki Müjdəni eşidib iman edən və qüvvəsini görən, amma Allahın məhəbbətinə görə davranmayan, Rəbbin Ruhunun göstərdiyi yolu tutmayan adam ürəyini daşa döndərir. Buna görə Əhdi-Ətiq və Əhdi-Cədidin lütfünü dadan ölkələrdə Allaha inanmayan insanların sayı, çarmıxdakı lütfdən xəbərsiz olan ölkələrə nisbətən daha çoxdur. Ehtiyatlı ol ki, sənin ürəyin Müqəddəs Allahın səsinə qarşı inadkar olmasın! Onun Ruhu səni cəlb edəndə, bağışlamağa, pak həyat sürməyə, həqiqətə sadiq qalmağa səsləyəndə, Ona qarşı durma!

Özünü güclü, ağıllı, yaxşı adam sayma. Həqiqətdə, ruhani məsələlərdə sən cahilsən, zəifsən, qabiliyyətsizsən. Öz qabiliyyətsizliyini Səmavi Atana etiraf et və yalnız Məsihin səlahiyyətinə iman et. Allahın Oğlu “Oğul Özündən bir şey etməz” deyib şeytana qalib gəldi. Qürurlular iblisin qurbanı olur, həlimlər isə tövbə edir və Məsihin adı ilə saleh sayılır, Onun Ruhunun qüvvəsində yaşayır, Rəbbin Padşahlığında əbədi yaşayırlar. Onlar sınaqların qüvvəsindən, ölümün hökmranlığından azad olurlar, çünki daim Allahın həyatı ilə dolu olaraq qalırlar!

Şeytana qalib gələ biləcəyini zənn etmə! Çünki o, günaha batmış nur mələyidir və biz onun önündə zəif və acizik. Ölümə qalib gələn, iblisi darmadağın edən Məsihdən dilə ki, O səni Öz təntənəsinə şərik etsin. Qüdrətli İsaya iman edənlər böyük Qalibin yanında yer tutacaqlar. O bizim sığınacağımız, əmin-amanlığımızdır. Məsih şeytana “şər olan”, yaxud “hiyləgər” deyir, çünki şeytan şərir və yalançıdır. Şər ondan başlandı və o, xarab və həlak etməkdən başqa heç nəyi bacarmır. Dünyamız, Allah ilə şər arasında olan xeyir və şər müharibəsinə meydan olmuşdur. Rəbbin duası “Ata” ilə başlayır və “şər olan” ilə sona çatır. Bizim ömrümüz də uca Allahın Şəxsiyyətinə məxsus olan “Ata” ilə düşməni olan şeytanın şəxsiyyətinə məxsus olan “şər olan” arasında keçir. Bəs sən kimə tərəf dönürsən?

İblisin qüdrətindən, hiyləsindən xilas olmağı yalnız özün üçün yox, bütün bəşər üçün istə, belə ki insanlar zülmətin hökmranlığından qurtarıb Allahın övladlarının azadlığına qovuşsunlar. Qüdrətli Xilaskar olan Məsih, dua edən cəmiyyətini qaranlıq qüvvələrinin hücumlarından xilas edəcəkdir. Müqəddəs Ruhun sənin dostlarının üzərinə gəlməyini istə, qoy dostların həqiqi məhəbbətlə dolsunlar, çünki Müqəddəs Ruhun köməyi olmadan onlar xeyirli bir iş görə bilməzlər.

Məsih izzətlə gələndə, biz sevinc harayı ilə Ona yaxınlaşacağıq, çünki Onun hüzurunda şeytanın səlahiyyətinə əbədi olaraq son qoyulacaqdır. O zaman artıq heç bir şey bizi Allahın məhəbbətindən ayırmayacaq: nə ölüm, nə günah, nə sınaq artıq olmayacaqdır. Bu son xahişdə biz tez gəlməsi, qüdrət və izzətlə Atasının Padşahlığını qurması üçün Məsihə yalvarırıq. Rəbbin Duasının ali məqsədi odur ki, Ata Padşahlığı gerçəkliyə çevirsin, Allah Özünün əleyhdarının bütün qüvvələrini məğlub etsin!

Dua: Ey Səmavi Ata, Sənin məhəbbətinə, Oğlunun xilasına, Müqəddəs Ruhunun qüdrətinə görə Sənə səcdə edirik. Bizim itaətsiz ürəklərimizə qalib gəl və bizi büsbütün təqdis elə! Bizə Öz məziyyətlərini bəxş et ki, şeytanın qurbanı olmayaq! Biz hamımız müqəddəs mübarizədə məğlub oluruq, yıxılırıq, ancaq Sənin qüvvətli Ruhun bizi azad edir və çoxlarını iblisin zindanından xilas edir. O bizi Sənin məhəbbət Padşahlığına gətirir ki, biz Sənin şər olanın üzərindəki zəfərini bilək!

SUAL:

  1. Həyatımızda hər cür şərdən necə azad oluruq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:37 AM | powered by PmWiki (pmwiki-2.3.3)