Home
Links
Bible Versions
Contact
About us
Impressum
Site Map


WoL AUDIO
WoL CHILDREN


Bible Treasures
Doctrines of Bible
Key Bible Verses


Afrikaans
አማርኛ
عربي
Azərbaycanca
Bahasa Indones.
Basa Jawa
Basa Sunda
Baoulé
বাংলা
Български
Cebuano
Dagbani
Dan
Dioula
Deutsch
Ελληνικά
English
Ewe
Español
فارسی
Français
Gjuha shqipe
հայերեն
한국어
Hausa/هَوُسَا
עברית
हिन्दी
Igbo
ქართული
Kirundi
Kiswahili
Кыргызча
Lingála
മലയാളം
Mëranaw
မြန်မာဘာသာ
नेपाली
日本語
O‘zbek
Peul
Polski
Português
Русский
Srpski/Српски
Soomaaliga
தமிழ்
తెలుగు
ไทย
Tiếng Việt
Türkçe
Twi
Українська
اردو
Uyghur/ئۇيغۇرچه
Wolof
ייִדיש
Yorùbá
中文


ગુજરાતી
Latina
Magyar
Norsk

Home -- Azeri -- Matthew - 066 (The Lord’s Prayer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
2. İbadət barəsində (Matta 6:1-18)

c) Rəbbin Duası (Matta 6:9-13)


MATTA 6:11
11 Gündəlik çörəyimizi bizə bu gün ver.

Bu dünyada təbii yaşayışımız, ruhani vəziyyətimiz üçün böyük əhəmiyyət kəsb edir. Buna görə Allahın izzəti, Padşahlığı, iradəsi ilə əlaqədar olan xahişlərimizdən sonra Ondan hazırkı həyatımız üçün lazım olan hər şeyi diləyirik, axı bu dünyada həyat bizə Allahdan ənam edilib və biz bu həyatda hər şeyi Allahdan xahiş etməliyik.

Məsih xəyalpərəst filosof olmayıb, lakin yer üzündə əsil insan kimi yaşayıb. Onun aclıq hiss edən, qayğıya və istirahətə ehtiyacı olan bədəni var idi. O bilirdi ki, xəstə, ac, zəif halda insana Allahı izzətləndirmək, Ona şadlıqla xidmət etmək çətin olur. Məsih insan bədənini Müqəddəs Ruhun məbədi etdiyinə görə, ona əsla xor baxmaz, lakin bədənimizi qoruyub xidmət üçün istifadə etməyimizi tələb edər.

İsa bizə bolluq, var-dövlət diləməyi öyrətməyib. O əsla istəməz ki, biz qarınqulu və ya sərxoş olaq, lakin O bizi zahid olmağı, özümüzə zülm etməyi də öyrətməyib. Biz əzab çəkərək, ac və susuz qalaraq öz bədənlərimizi təqdis edə biləcəyimizi ummamalıyıq. İsa az ilə kifayətlənərək Atamıza belə dua etməyi öyrədib: “Bizə bu gün yaşayışımız üçün kifayət qədər yemək, içki, paltar, iş, istirahət, ev ver”. Çünki "çörək" sözü insanın bütün maddi və mənəvi ehtiyaclarına şamil edilir. Biz yalnız yeməyə və suya ehtiyacı olan heyvanlar deyilik. Bizə həmçinin kitablar, dostlar, sənət və sağlamlıq lazımdır. Buna görə İsa bizə həyat sürmək üçün lazım olan hər şeyi həlimlik və inamla diləməyi öyrətdi. Qürurlanmaq, yaxud dəbdəbəli həyat sürmək üçün deyil, ruzimizə qane olub Allahın yolunda yaşamaq və sevinclə Ona xidmət etmək üçün Allahdan diləməliyik.

İsa Rəbbin duasında “mən” sözündən təkidlə imtina edir, onun əvəzinə cəm formasını işlədir – “biz”. Beləcə Müqəddəs Ruh bizə başqalarına qayğı göstərməyi, onlar üçün yalvarmağı öyrədir. Allah təkcə mənim Atam deyil, bütün imanlıların Atasıdır. Onun məhəbbəti mənimlə məhdud deyil, bütün insanları əhatə edir. Müqəddəs Ruh bizi xudbin duadan azad edir və biz təkcə öz çörəyimiz üçün yox, bütün bəşəriyyətin bərəkəti üçün dua edirik və lazım olsa əlimizdə olanı başqaları ilə bölüşməyə hazır oluruq.

İnsan öz həyatının ağası deyildir. Onun evləri, vaxtı, fiziki qüvvəsi ona məxsus deyildir. İnsan Allahın yaratdığı məxluq, Səmavi Atanın övladıdır. Buna görə sən malik olduğun hər şeylə birlikdə Allaha məxsussan. Səmavi Atan səni məhəbbət xidməti üçün yaradıb və O gözləyir ki, sən öz ənamlarını qardaş-bacılarınla bölüşəsən. Sən Atadan başqaları üçün diləmədiyin şeyi özün üçün diləyə bilməzsən. Onun sənə yar olmasını, səni xilas etməsini istəyirsənsə, bunları başqaları üçün də istə. Uğurlu olmaq istəyirsənsə, əvvəlcə Allahın Padşahlığını və salehliyini axtar, onda qalan şeylər də sənə əlavə olaraq veriləcək.

Gündəlik çörək zəhmət çəkmək şərti ilə qazanılır. Bu xahişlə biz Atamızdan özümüz və digər insanlar üçün düzgün iş verməsini diləyirik.

Sözsüz, Səmavi Atamız ağlasığmaz dərəcədə zəngindir, amma Onun övladlarının tamahkarlığı və inadkarlığı ucbatından bizə Öz bərəkətlərini gec-gec verir. Müqəddəs Ruh sənə hər yerdə olan ac və paltarsız insanlar üçün dua etməyi öyrədir. Hər günkü ruzi üçün dua et və sabahkı günün qayğısını çəkmə, çünki sənin hər şeyə qadir olan, məhəbbət dolu Atan sənin qayğına qalır.

DUA: Ey Səmavi Ata, Sənə sidq ürəkdən şükür edirik, çünki Sən günahlarımız üçün bizi aclıqla cəzalandırmamısan. Xudbinliyimizi bağışla, ac və möhtac olanlarla çörəyimizi bölüşməyi bizə öyrət! Bizi məhəbbətinlə doldur, qoy heç bir dərdimiz, heç bir ehtiyacımız bizi narahat etməsin, bizə əziyyət verməsin, kömək et ki, biz həyatda və ölümdə həmişə Sənə güvənək! Müjdəni yaymaq, nəşr etmək, çoxlarını ruhani qida ilə təmin etmək üçün kifayət qədər vəsaiti bizə ver! Bizə kömək edib yol göstərdiyinə görə Sənə minnətdarıq. İşə ehtiyacı olan hər kəsə düzgün işi ver, qoy onlar Sənə səylə xidmət etsinlər!

SUAL:

  1. “Gündəlik çörək” üçün xahişin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:37 AM | powered by PmWiki (pmwiki-2.3.3)